Türkiyə çətin sınaq qarşısında: Ərdoğan birinci hədəfinə çatdı, amma ikincisi... - NƏ BAŞ VERİR?
Tarix: 22-08-2023, 14:27 | Çap et
Türkiyədə yaşayan və xarici media qurumları ilə əməkdaşlıq edən azərbaycanlı jurnalist Vüqar Həsənov qardaş ölkədə mövcud sosial-iqtisadi vəziyyət, siyasi münasibətlər sistemi və sabahdan gözləntilər barədə fikirlərini AYNA ilə bölüşüb. DİA.AZ onunla söhbəti təqdim edir:
- Prezident seçkilərindən öncə, xüsusilə də, seçki kampaniyası ərəfəsində Türkiyədə sosial-iqtisadi böhran həddən artıq dərin idi. Seçkidən sonra vəziyyət hansı səmtə yönəldi?
- Seçkidən əvvəlki dönəmdə Ərdoğanın qarşısında iki məsələ dururdu: siyasi arenadan getdikdən sonra öz kursunu davam etdirədəcək xələfini üzə çıxarmaq və əlbəttə ki, çox ağır vəziyyətdə olan iqtisadiyyatı yoluna qoymaq. Birinci məsələ demək olar ki, həll olunur, Türkiyə siyasətində əvvəllər üzə çıxmayan, amma xarici siyasət və güvənlik məsələlərində əsas fiqur olan Hakan Fidan artıq üzdədir və bəyənatları ilə ölkənin gələcək dönəmi üçün xarici siyasətini, maraqlarını və kursunu acıq-aşkar dilə gətirir.
İkinci məsələyə - iqtisadi vəziyyətə gəldikdə isə, bu düyünü açmaq çox mürəkkəb görünür. Ərdoğan seçkidən sonra yeni iqtisadi komanda ilə davam etmək qərarı aldı. Əslində, keçmiş maliyyə naziri Nurəddin Nebatinin yeni maliyyə naziri Mehmet Şimşəklə təhvil-təslim mərasimində dərindən ah çəkməsi hər şeyin izahı idi. Yeni komandanın, xüsusən xaricdə təhsil almış və ABŞ-da çox müsbət reputasiyası olan Mərkəzi Bankın sədri Hafizə Erkanın atdığı addımlar həlik bir nəticə vermir. Mehmet Şimşek bəyan edir ki, Türkiyə iqtisadiyyatında keçid dönəmidir və nəticələri görmək üçün vaxt lazımdır. Amma günü-gündən bahalaşan qiymətlər, kirayə və təhsil haqqı xərcləri onu göstərir ki, vəziyyətdən çıxış yolu hələ uzaqdadır.
- Seçki ərəfəsində müxalifətin əsas istinadı və hədəfi sosial-iqtisadi problemlər, iqtidarın dayaq nöqtəsi isə siyasi sabitlik, terror bəlasının dəf edilməsi və geosiyasi rəqabətdə ölkənin uğurları idi. Türk seçicisi ikincini seçdi. Bu gün vətəndaş seçimindən razıdırmı?
- Seçkidən sonra mürəkkəb və hətta, deyərdim ki, qorxulu bir situasiya yaranıb. Qiymətlərin artması fonunda, müxalif Kamal Kılıçdaroğluna səs verənlərlə Ərdoğana səs verənlər arasında uçurum daha da dərinləşdi. “Siz səs vermisiniz, şikayət etməyə haqqınız yoxdur” ifadəsinə söhbətlərdə dəfələrlə şahidlik etmişəm. Bəzi hallarda bu polemika dava həddinə belə, gətirib çıxarıb. Bu, Türkiyədə qarışıqlıq və xaos istəyən qüvvələr üçün göydəndüşmə bir fürsətdir, çox qorxulu tendensiyadır. Təbii ki, soyuducusu boş olan vətəndaşı geosiyası uğurlarla “doydurmaq” olmur. Müxalifət o zaman uğurlu olacaq ki, bu vəziyyətdən çıxış yolunu real işlə göstərsin. “Mən gəlim, düzələcək” sözləri artıq təsir imkanını itirib.
O ki qaldı seçimdən razı olub-olmamaq məsələsinə, düşünürəm ki, vətəndaş bunun cavabını gələn il bələdiyyə seçkilərində verəcək. Bu seçkilər hakimiyyət üçün çox böyük önəm daşıyır. İstanbulu yenidən AK Partiyə qazandırmaq əsas hədəfdir.
- Gözləntilər vardı ki, seçkidən sonra Ərdoğanın komandası Qərblə, əsas da ABŞ-la bir şəkildə dil tapacaq və inflyasiya, milli valyutanın çökməsi, iqtisadi böhran kimi problemlər həllini tapmağa başlayacaq. Hökumət buna cəhdlər edirmi və gözləntilər nədən ibarətdir?
- Ərdoğanın komandası təbii ki, Qərblə, ABŞ-la yaxşı münasibətlərdə olmaq istəyir. Amma Qərb və ABŞ bunu istəyirmi? ABŞ seçki dönəminə girir və bu şeckilərin nəticələri Ankara üçün münasib olacaqmı? Ərdoğanın Avropa İttifaqı (Aİ) qarşısında qoyduğu şərtlərlə Brüssel razılaşacaqmı? Suallar çoxdur, cavablarını tapmaqda çətinlik çəkirəm.
Türkiyəni iqtisadi, siyasi cəhətdən sıxışdırmaq cəhdləri edən Qərblə olan dialoqundan hansısa müsbət nəticə gözləmək qaranlıq otaqda qara pişik axtarmaq deyilmi? Bunu dərk edən Ərdoğanın komandası Körfəz ölkələrinə üz tutub, Ərdoğan Körfəz turundan kifayət gədər investisiya ilə qayıtdı. Bu pullar türk lirəsini bir müddət sabit saxlamağa, sosial ödənişlərdə gecikmə olmamasına kömək edəcək. Amma Mehmet Şimşəyin dediyi kimi, Türkiyəyə uzunmüddətli iqtisadi kurs lazımdır, “bu gün yedim, sabaha Allah kərimdir” prinsipi Türkiyə kimi dövlət üçün çıxış yolu deyil.
Bəzi versiyalar da var ki, Türkiyə Beynəxalq Valyuta Fondundan (BVF) kömək istəyə bilər. Amma seçkiqabağı kampaniyasında Ərdoğan məhz valyuta fonduna olan borcun ödənildiyini və onlardan asılı olmamağı hakim komandanın qələbəsi adlandırırdı. Ona görə indiki mərhələdə, bələdiyyə seçkilərindən öncəki dönəmdə mən bunu real görmürəm. Lakin Türkiyə iqtisadiyyatındakı vəziyyəti proqnozlaşdırmaq çətin olduğundan, mümkün versiyalar istisna olunmur.
- Gələk, zəlzələ bölgəsinə.Orada durum necədir? Seçki ərəfəsində bölgədə sürətli quruculuq işləri aparıldığına dair görüntülər, məlumatlar yayılırdı. Hazırda, sanki dayanmış kimi görünür, yoxsa...?
- İşlər gedir və bu işlərin tempi və yekun nəticə hakimiyyət üçün bələdiyyə seçkiləri öncəsi çox böyük önəm daşıyır. Aldığım məlumatlara görə, artıq oktyabrda bir qrup sakin yeni evlə təmin olunacaq. Təbii ki, ölkəni yenidən ayağa qaldırmaq böyük investisiyalar tələb edir. Zəlzələ bölgəsində ümumillikdə 650 min mənzil inşa ediləcək, onlardan 319 mininin 1 il ərzində təhvil verilməsi gözlənilir. Zəlzələnin fəsadlarını tez bir şəkildə aradan qaldırmaq hakim komandaya böyük pulların sırf sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına köklənməyə və həmçinin bələdiyyə seçkisi öncəsi müsbət PR qazanmağa zəmin yaradacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|