Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                 

11 sentyabr serialı: Yalançı bomba, “Boeng”dən gələn sonuncu zəng… – İkinci təyyarənin hekayəti
Tarix: 11-09-2023, 07:20 | Çap et
 11 sentyabr serialı: Yalançı bomba, “Boeng”dən gələn sonuncu zəng…
11 sentyabr terrorundan 22 il ötür. Ötən il bu hadisələr zamanı ələ keçirilən, amma sərnişinlərin müqaviməti üzündən terrorçuların məqsədlərinə çatmadığı dördüncü təyyarə haqqında məqalə yazmışdım. İndi digər üç təyyarə haqqında da yazmaq qərarına gəldim. Bu məqalə ələ keçirilən ikinci təyyarə haqqındadır.

***

2001-ci il sentyabrın 11-də ələ keçirilən birinci təyyarə kimi, ikinci təyyarə də Bostonun Loqan hava limanından Los Ancelesə uçan “Boeing-767” idi. Amma “United Airlines” şirkətinə məxsus idi və 175 saylı reys adlanırdı (UA175). Kapitan Viktor Sarançininin və ikinci pilot Maykl Horroksun idarə etdiyi təyyarədə 7 stüard və 56 sərnişin vardı.

Bu təyyarənin ələ keçirilməsi üçün də beş nəfər ayrılmışdı. Qrupa Mərvan Şehhi başçılıq edirdi. O, təyyarə ələ keçiriləndən sonra pilot yerini tutacaqdı. Şehhi və Fayez Bənihammad BƏƏ, digər üç nəfər – Mohand Şehri, Əhməd və Həmzə Qəmdi qardaşları – Səudiyyə Ərəbistanı vətəndaşı idilər. Onlar aksiyaya bir neçə gün qalmış ABŞ-ın başqa şəhərlərindən Bostona gəldilər.

Aksiya günü Şehhinin səhər tezdən dördüncü qrupun başçısı Ziyad Cərrah ilə, təyyarəyə minməyə az qalmış isə birinci qrupun başçısı Məhəmməd Atta ilə telefonla danışması məlumdur. Onların nə danışdığı bilinmir, yəqin ki, bir-birlərinə aksiyaya hazır olmalarını deyir, uğur arzulayırlar.

UA175 saat 08:00-da uçmalı idi. Terrorçular uçuşa təxminən yarım saat qalmış təyyarədə yerlərini tutdular. Bənihammad və Şehri birinci dərəcəli salonda yer tutdular. Şehhi və Qəmdi qardaşları biznes-klasa bilet almışdılar. Onların silahı sadəcə iki cib bıçağı və iki dəftərxana bıçağı idi.

Birinci təyyarə (AA11) kimi UA175 də 14 dəqiqə ləngidi və 08:14-də havaya qalxdı. Məhz həmin dəqiqədə AA11-in terrorçular tərəfindən ələ keçirildiyi güman olunur. Buna görə də AA11 ilə əlaqəsi kəsilən Boston dispetçer mərkəzi başqa təyyarələr kimi UA175 ilə də əlaqə saxlayaraq, ələ keçirilən təyyarə haqqında məlumat istəyir.

Viktor Saraçininin dispetçerlərlə, o cümlədən hava məkanına daxil olduğu Nyu York mərkəzinin dispetçerləri ilə son danışığı bu haqda olur. O, həmin təyyarəni özündən 16 km aralıda gördüyünü deyir. Dispetçerlər ona AA11-in ehtimal ki, qaçırıldığını deyirlər və toqquşmamaq üçün istiqamətini dəyişməyi məsləhət görürlər. UA175 ilə sonuncu əlaqə 08:42-də yaradılır. Bu zaman o, 9400 metr hündürlükdə uçurdu.

Bundan sonra baş verənlərin süjeti belə təxmin edilir: Bənihammad və Şehri pilot kabinəsinə hücum edərək, pilotları öldürürlər. Qəmdi qardaşları isə sərnişinləri və stüardları yalançı bomba ilə qorxudaraq, üstəlik, gözyaşardıcı qaz səpərək, təyyarənin arxa hissəsinə çəkilməyə məcbur edirlər. Saat 08:46-da təyyarə artıq terrorçuların əlində idi və sükan arxasında Şehhi oturmuşdu. Bu zaman Attanın idarə etdiyi birinci təyyarə Ümumdünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı.

08:51-də nyuyorklu dispetçer Devid Bottiqliya UA175-in öz kursunu və hündürlüyünü dəyişdiyini sezir. O, növbəti dəqiqələrdə bir neçə dəfə pilotla əlaqə saxlamaq istəyir, amma cavab almır. 08:58-də ikinci təyyarə də Nyu Yorka tərəf istiqamət alır. Onu da deyim ki, qaçırılan birinci təyyarədən fərqli olaraq, ikincinin Nyu Yorka uçuşu problemsiz ötüşmür. O, iki dəfə başqa təyyarələrlə toqquşmaq təhlükəsi yaşayır.

UA175-dən də telefon zəngləri olur. Stüard Robert Fenqman və iki sərnişin, Piter Henson və Brayan Suini radiotelefon vasitəsilə yerlə əlaqə saxlayırlar, təyyarənin qaçırıldığını xəbər verirlər. İlk zəngi Fenqman edir. O, “United Airlines” şirkətinin San Fransiskodakı texniki xidmət ofisinə zəng vurur və təyyarənin qaçırıldığını deyir. Təxminən həmin vaxt dispetçer Bottiqliya da ikinci Boeingin qaçırılması qənaətinə gəlir.

Piter Henson atası ilə, Brayan Suini isə anası ilə danışırlar. Henson 09:00-da ikinci dəfə atası ilə danışır. Bu zaman təyyarə Ümumdünya Ticarət Mərkəzinin Cənub qülləsinə maksimum sürətlə çırpılmaq sürətlə aşağı enirdi. Henson da atasına “Sərnişinlər özlərini pis hiss edirlər, ürəkləri bulanır. Təyyarə kəskin hərəkətlər edir. İnanmıram ki, onu pilot idarə edir” söyləyir.

Təyyarə son beş dəqiqə ərzində aşağı şığıyır. Dispetçer Biqliyanın müşahidələrinə görə, son iki dəqiqədə təyyarə hər dəqiqə 3000 metr aşağı enir ki, bu da sərnişin təyyarəsi üçün ağlasığmaz göstəricidir. Nəticədə UA175, birinci təyyarədən 17 dəqiqə sonra, 09:03-də saatda 850 km sürətlə Cənub qülləsinı çırpıldı. Hadisə birinci qəzanı işıqlandıran onlarla KİV-in kamerası qarşısında baş verdi və milyonlarla insan bunu canlı yayımda gördü. Məhz bu zaman hamıya aydın oldu ki, baş verənlər terrordur.

Təyyarə qülləyə dönərək girdiyindən, sol qanadı aşağıda, sağ qanadı isə yuxarıda olduğundan daha çox mərtəbəni sıradan çıxardı: 77-85. Amma eyni zamanda UA175 binanın ortasına deyil, bir qədər yan tərəfinə girdiyindən Şimal qülləsindən fərqli olaraq, həmin mərtəbələrdə olanların hamısı həlak olmadı. Üstəlik, bir pilləkən şaxtası salamat qaldı. Nəticədə tam alov və tüstü bürüməmiş 18 nəfər həmin pilləkənlə xilas oldu.

İkinci təyyarə də binaya çırpılan zaman çənlərində 38 000 litr yanacaq olması təxmin edilir. Cənub qülləsini dəhşətli yanğın bürüdü. Bina 56 dəqiqə yanandan sonra, 09:59-da çökdü. Bu zaman onun əkiz tayı hələ yerində idi.

Şimal qülləsindən daha gec zədələnən Cənub qülləsinin daha tez uçması bəzən suallar doğurur və hətta konspiroloji nəzəriyyələrə bəhanə verir. Əslində isə burada qeyri-adi bir şey yoxdur.

AA11 ilə müqayisədə UA175 qülləyə daha böyük sürətlə çırpılmışdı. Çəkilən video və fotolarda onun bəzi hissələrinin binanın əks tərəfindən çıxması əks olunur ki, AA11 hadisəsində bu baş verməmişdi. Dolayısı ilə, UA175 Cənub qülləsinə daha ağır xəsarət yetirmişdi.

Digər tərəfdən, AA11 93-99 mərtəbələrə girmişdi və həmi yerdən yuxarıda 11 mərtəbə vardı.UA175 binanın daha aşağı hissəsinə, 77-85-ci mərtəbələrə çırpılmışdı. Oradan yuxarıda isə 25 mərtəbə vardı. Deməli, zədələnən konstruksiyaların üzərinə daha ağır yük düşürdü.

Cənub qülləsinin daha aşağıdan zədələnməsinə və daha tez uçmasına baxmayaraq, burada ölənlərin sayı Şimal qülləsindəkindən az oldu: təxminən 1000 nəfər civarında. Bunun da əsas səbəbi o idi ki, birinci qülləyə təyyarə çırpılanda, ikinci qüllədəkilər bunun hələ terror olduğunu bilməsələr də, instinktiv olaraq iş yerlərini tərk etmişdilər. Nəticədə qüllədə ölənlərin sayı 600 nəfər təxmin edilir ki, bu da Şimal qülləsindən xeyli azdır. Amma binanın uçması gözlənilmirdi, buna görə də aşağı mərtəbələrdə və ətrafda xeyli adam həlak oldu. Şimal qülləsi uçanda analoji qurbanların sayı az oldu.

***

Prezident Corc Buş həmin gün Florida ştatındakı Sarasota şəhərində Emma Buker adına ibtidai məktəbin şagirdləri ilə görüşə hazırlaşırdı. 08:55-də müşaviri Karl Rouv ona Şimal qülləsinə yüngül ikimotorlu təyyarənin çırpıldığını xəbər verir. Buş milli təhlükəsizlik üzrə müşaviri Kondoliza Raysla əlaqə saxlayır. Rays binaya böyük sərnişin təyyarəsinin çırpıldığını deyir.

Corc Buş uşaqların olduğu sinfə daxil olandan iki dəqiqə sonra, 09:05-də prezident administrasiyasının rəhbəri Endrü Kard ona yaxınlaşaraq, qulağına deyir: “İkinci təyyarə ikinci binaya çırpılıb. Amerikaya hücum edilir”.
Yadigar Sadıqlı
Pressklub.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru