"Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                 

Amerika dünyaya hansı üzünü göstərəcək? - ekspertlər danışır...
Tarix: 22-10-2023, 12:05 | Çap et
Amerika dünyaya hansı üzünü göstərəcək?
ABŞ Prezidenti Co Bayden ikinci müddətə namizədliyini irəli sürməsinin səbəblərini açıqlayıb. O, CBS telekanalına müsahibəsində deyib ki, Yaxın Şərqdəki vəziyyəti normallaşdırmaq və Rusiya rejimini əzmək üçün Avropanı birləşdirmək istəyir: “Təsəvvür edin ki, biz Yaxın Şərqdə uğur qazana və münasibətləri normallaşdıra bildik. Əgər biz bütün Avropanı birləşdirsək, nə baş verərdi”, - deyən Bayden öz vəzifələri siyahısına Rusiya Federasiyasının və indiki Rusiya hökumətinin sıxışdırılmasını da əlavə edib.

“Ki, Rusiya artıq problem yaratmasın. Bizim bu dünyanı daha yaxşı bir yerə çevirmək üçün böyük imkanımız var”, – deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Anti-Qərb koalisiyası keçmiş Prezident Donald Trampın yenidən prezidentliyinə ümid etsə də, artıq onun heç bir şansının qalmadığı söylənilir. Trampın Baydeni Rusiya-Ukrayna müharibəsinə görə sərt tənqid etməsi və onu dünyanı qarışdırmaqda suçlaması ABŞ-ın rəqiblərini onu dəstəkləmək üçün hərəkətə gətirib.

Analitiklər hesab edir ki, Bayden gələn ilin noyabrına qədər Rusiyanı ciddi şəkildə zəiflədə və Ukraynanın üstünlüyünü təmin edə bilməsə, növbəti seçkilərdə qələbəsi müşkül olacaq. Digər iddiaçılar isə Baydenin son açıqlamasını imitasiya adlandırır və hesab edirlər ki, yenidən və sonuncu dəfə prezident seçilərsə, ölkəsi Ukraynaya dəstəyini azaldacaq. Avropa birləşdirmək, Rusiyaya təzyiq amillərinin isə sadəcə seçkiöncəsi təbliğat məqsədilə ortaya atıldığı bildirilir.

DİA.AZ-ın məlumatına görə, amerikaşünas, politoloq Kamran Cəfərov mövzuya dair AYNA-ya şərhində deyib ki, dünyanın taleyində bu seçkilər çox mühüm rol oynacaq: “Bayden artıq gələn il keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb və hazırkı vitse-prezidentlə marafona qoşulacaq. Onun seçki qərargahının rəhbər heyətinin tərkibinə nəzər yetirsək, görərik ki, burada əsasən latın amerikalılar təmsil olunur. Bunun da əsas səbəbi 2020-ci ilin prezident seçkilərində Baydenin latın amerikalı əhalidən lazımi qədər səs ala bilməməsi ilə bağlı idi. Demokratlar əsas diqqəti məhz bu kateqoriyadan olan seçicilərdən səs almağa yönəldiblər”.

“Baydenin kifayət qədər peşəkar üstünlükləri var ki, bunlardan da ən əsası onun “birləşdirici” rolunu uğurla oyana bilməsindədir. Onun təşəbbüsü ilə NATO və Avropa İttifaqının birliyinin bərpa olunması, Rusiyanın Ukraynaya hücumu fonunda Ukraynaya dəstək məqsədilə “Ramştayn formatı” yaradılması və NATO ilə başqa regionlardan olan müttəfiqlərini bir yerə gətirməsi bu xüsusda qeyd olunmalıdır. Bütün bunlar Baydenin qarşıdakı seçkilərdə şansını artırır”, - deyə analitik bildirib.

Onun sözlərinə görə, prezident seçiləndən sonra Baydenin ABŞ-ın daxilində Trampın yaratdığı qarşıdurmalara son qoyması və hamını Ağ Evin ətrafında birləşdirməsi də mühüm məqamdır: “Onun dövlət başçısı kimi fəaliyyətə başlamasından qısa müddət sonra Böyük Britaniyanın Baş naziri ilə birlikdə “Yeni Atlantik Xartiyası”nı imzalaması və bununla yeni dünya nizamının qurulmasının anonsunun verilməsi ciddi dəyişikliklərə səbəb oldu”.

“Hətta bir çox senatorlar açıq şəkildə bəyan edirlər ki, nəyin bahasına olursa olsun, Baydeni müdafiə edəcəklər. Bu sırada nüfuzlu senator Berni Sanders və digərlərinin adını çəkmək olar. Nəticə etibarı ilə demokratlar 2024 seçki kampaniyasına vahid qüvvə kimi və vahid mövqe ilə qatılırlar. Rəqib partiya isə seçkilərə dərin ideoloji boşluq şəraitində qatılacaq”, - deyə Cəfərov söyləyib.

Əlavə edib ki, Bayden Rusiya məsələsində israrlı mövqeyini davam etdirəcək: “Təbii ki, növbəti seçkilərə qədər Ukraynanın üstünlük əldə etməsi onun şanslarını artıracaq. Bayden seçkilərə qədər çalışacaq ki, Rusiyaya qarşı təzyiqləri maksimum həddə çatdırsın. Onun Rusiya məsələsində sona qədər dirəniş göstərəcəyini ehtimal edirəm”.

DİA.AZ-ın məlumatına görə, Azərbaycanın sabiq dövlət müşaviri, professor Qabil Hüseynli də AYNA-ya açıqlamasında qeyd edib ki, Baydenin qələbəsində Ukrayna amilinin mühüm rolu olacaq: “Məhz buna görə də Bayden Rusiyaya qarşı mübarizənin və Avropanı birləşdirmə siyasətinin davam edəcəyini bəyan edir. Çünki 2020-ci ildə iqtidara bu vədlərə gəlmişdi. Rusiyaya qarşı kəskin təzyiqləri başlatdı. Lakin Ukraynaya ciddi yardımlar ayırmadı. Görünən odur ki, ABŞ və müttəfiqləri bu müharibənin uzanmasına çalışırlar. Bilirlər ki, Rusiya kifayət qədər güclü dövlətdir və onu asanlıqla təslim etmək olmayacaq. Buna zaman lazımdır. Geri də çəkilə bilməzlər. Bu, anti-Qərb koalisiyasının beynəlxalq miqyasda güclənməsinə səbəb olacaq. Həm də keçmiş prezident Donald Trampın haqlı olduğunu ortaya çıxaracaq. Bu isə Baydenin sonu deməkdir”.

Hüseynlinin fikrincə, gələn il keçiriləcək seçkilərə qədər vəziyyət dəyişə bilər: “Ötən seçkilərdə analitiklər Trampın daha şanslı oldğuun söyləyirdilər. Lakin Bayden qalib gəldi. ABŞ-da vəziyyət sürətlə dəyişir və burada seçkilərin taleyinə təkcə daxili amillər deyil, xarici faktorlar da təsir edir”.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru