Dağıstanda nə baş verir: xalq etirazı, idarəolunan xaos, yoxsa...? - GƏLİŞMƏ
Tarix: 30-10-2023, 15:12 | Çap et
Dağıstanın Mahaçqala şəhərində yerləşən hava limanında izdiham yaşanıb. İsraildən gələn təyyarənin Mahaçqalaya enməsindən qabaq minlərlə insan hava limanına toplaşıb. Aksiya iştirakçıları İsraildən gələnlərə etiraz və Fələstin xalqına dəstək ifadə ediblər.
Daha sonra bir neçə yüz aqressiv şəxs terminalın binasına soxulub. Toplananların digər qrupları gələn sərnişinlərin pasportlarını yoxlayaraq hava limanından çıxan avtomobillərdə “axtarış” təşkil ediblər. Etirazçılar İsrail vətəndaşlarını axtarıblar.
Bəzi etirazçılar hava limanının uçuş zolağına çıxıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları havaya atəş açmaqla baş verənlərin qarşısını almağa çalışıblar, lakin onların qüvvələri vəziyyəti nəzarətə götürmək üçün kifayət etməyib.
Rusiya Qvardiyasının əsgərləri hava limanına daxil olub. Uytaş hava limanının fəaliyyəti iflic olub. Nijnevartovsk-Mahaçqala reysi hava limanındakı etirazlara görə Mineralnıye Vodıya yönləndirilib. Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Mahaçqala hava limanının gəliş və uçuşlar üçün bağlandığını bildirib.
Şimali Qafqaz regionlarının rəhbərləri Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda respublikaların əhalisini sakit olmağa və aqressiv çağırışlara uymamağa çağırıblar. Dağıstanın dövlət başçısı Sergey Melikov, Qaraçay-Çərkəzin rəhbəri Rəşid Temrezov və Kabardin-Balkar lideri Kazbek Kokov qeyd ediblər ki, Yaxın Şərqdə baş verən hadisələrə heç kəs biganə deyil.
Rəmi məlumatlara görə, iğtişaşlar zamanı 9 polis əməkdaşı yaralanıb. İki polis əməkdaşı isə xəstəxanaya yerləşdirilib.
Mahaçqalada yaşananlar dünyanın nəzərlərini yenidən Rusiyaya yönəldib. Rusiya-Ukrayna müharibəsinin davam etdiyi və Qərb-Rusiya savaşının şiddətləndiyi bir ərəfədə baş verənlərə müxtəlif rakurslardan yanaşılır. Bəzi analitiklər bu aksiyaları kortəbii etirazlar, digərləri isə Qərbin Rusiyada aranı qatmaq cəhdi kimi qiymətləndirir.
Bununla yanaşı, aksiyaların Kremldə ssenariləşdiyini iddia edənlər də mövcuddur. Onların qənaətinə görə, Rusiya bu yolla diqqəti özündən yayındırmağa çalışır.
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında deyib ki, Yaxın Şərqdə baş verən qarşıdurmalar elə Yaxın Şərqdə də həll olunmalıdır: “İstənilən halda Mahaçqalada baş verənlər xoşagələn və arzuolunan hadisə deyil. Harada terror hadisəsi və cinayətlər baş veribsə, onun heç bir aiddiyyəti olmayan digər bölgələrə sıçraması, eyni zamanda münaqişə ocağında mülki insanların zərər görməsi dərin təəssüf hissi doğurur. Əfsuslar olsun ki, müasir dünyamızda böyük güclər təsir imkanlarından istifadə edərək müxtəlif regionlarda müharibələr aparırlar. Dünyanın müxtəlif bölgələrində gərginlik ocaqları yaradır və etnik münaqişələrdən öz xeyrinə istifadə edirlər”.
“Bunların kökündə, heç şübhəsiz, geosiyasi maraqlar dayanır. Mahaçqalada baş verən hadisələrin də süni şəkildə hazırlandığına dair müxtəlif mülahizələr irəli sürülür. Hesab edirəm ki, bu aksiyalarda hansısa xüsusi xidmət orqanlarının, siyasi qruplaşmaların əli ola bilər. Hər hansı dövlətin bilavasitə iştirakı olmasa belə, həmin ölkələrin tərkibində müxtəlif siyasi qüvvələrə və ideologiyalara xidmət edən, onlara bağlı qüvvələr bu prosesdə iştirak edə bilər”, - deyə deputat bildirib.
Müsahibimiz istisna etmir ki, bu iğtişaşlar hansısa radikal qüvvələr tərəfindən də yönləndirilə bilər: “Bu versiya da istisna edilmir və mümkündür. Digər tərəfdən də Rusiya Yaxın Şərqdə baş verən bu qarşıdurmada Fələstini dəstəkləyir. Bu günlərdə HƏMAS təşkilatının nümayəndələri Moskvada Rusiya xarici işlər nazirinin müavini tərəfindən də qəbul edildi. Bundan sonra Moskvada İran xarici işlər nazirinin müavini tərəfindən də qəbul olundular. Bunu əsas gətirib Dağıstanda baş verənlərin Rusiya xüsusi xidmət orqanları tərəfindən də təşkil edildiyini söyləyənlər mövcuddur”.
“Lakin mən bu ehtimalı inandırıcı saymıram. Ona görə ki, istənilən kütləvi iğtişaşlar hər şeydən əvvəl ilk növbədə həmin dövlətin özünə qarşı yönəlir. Daxildə icxtimai-siyasi sabitliyi sarsıdır. Beynəlxalq münasibətlər sisteminin gərinləşdiyi, Qərb və anti-Qərb blokunun mübarizəsinin şiddətləndiyi, Rusiyanın müharibə şəraitində olduğu və ona qarşı çoxvektorlu hücumların davam etdiyi bir ərəfədə Moskvanın buna gedəcəyinə inanmıram”, - deyə Məhəməliyev vurğulayıb.
DİA.AZ-ın xəbərinə görə, Mahaçqalada baş verənləri AYNA-ya şərh edən politoloq Zərdüşt Əlizadə söyləyib ki, İsrailin qeyri-insani davranışları dünyada hiddət doğurur və bəşər əhli buna etiraz edir: “Etirazçıların arasında yəhudilər, eləcə də Amerika yəhudiləri də var. Dağıstanda savadsız, cahil insanlar öz tərzinə uyğun İsrailin günahsız insanları bombalamasına etiraz edirlər. Bütün dünyaya da nümayiş etdirirlər ki, biz də vəhşiyik və heç də İsraildən fərqlənmirik. İndiki halda bu, kimə lazım ola bilər? Təbii ki, İsrailə”.
“1989-cu ildə Azərbaycanda müstəqillik hərəkatını necə gözdən salmışdılarsa, bu gün Mahaçqalada da eyni ssenarilər baş verir. O zaman AXC çox mütərəqqi ideyalarla yarandı. Lakin hərəkatın içərisinə soxuşdurulmuş agentlər və satqınlar Rusiyanı qızışdırdılar və 20 yanvar soyqırımı baş verdi. Özləri isə qaçıb gizləndilər, heç burunları da qanamadı. Bundan sonra Qarbaçova “Nobel” mükafatı verildi. Ardınca da hakimiyyəti götürüb, qısa müddət sonra qaçdılar. Eyni ssenari bu gün Dağıstanda baş verir. Bu aksiyalar Fələstinin yox, İsrailin zülmünə haqq qazandırır”, - deyə analitik fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|