MÜXALİFƏT İCAZƏSİZ DƏ OLSA, MİTİNQ KEÇİRƏCƏK
Tarix: 10-03-2012, 15:04 |
Çap et
İP-DƏ AKSİYA İLƏ BAĞLI FİKİR AYRILIĞI VAR
İctimai Palatanın bu gün keçirilən sessiyasında İP Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli çıxış edib.
APA-nın məlumatına görə, o, mitinq keçirilməsinin zəruri olduğunu deyib.
İctimai Palatanın üzvü Səxavət Əlisoy aksiyanın harada keçirilməsinin elə də əhəmiyyətli olmadığını bildirib: “Mitinqi bizim istədiyimiz yerdə, yoxsa hakimiyyətin təklif etdiyi yerdə keçirməyin elə bir fərqi yoxdur”.
İctimai Palatanın üzvü Tofiq Yaqublu isə deyib ki, aksiya icazə verilib-verilməməsindən asılı olmayaraq keçirilməlidir. O, aksiyanın “Təbriz” kinoteartının qarşısında keçirilməsini təklif edib.
Sonda səsvermə ilə İctimai Palatanın aprelin 8-də mitinq keçirməsi barədə qərar qəbul olunub.
Mitinqin yeri barədə qərarı İP Koordinasiya Şurası verəcək.
Bununla da İctimai Palatanın sessiyası başa çatıb.