"Mən evimə vertolyotla gəlməliyəm?" - Nazirə müraciət olundu
Tarix: 25-01-2021, 09:19 | Çap et
İllərdir ki, əlaqədar qurumların biganəliyi və birtərəfli mövqe tutması səbəbindən yaşadığı evdə mühasirə vəziyyətinə düşən Şamaxı şəhəri Qədirli küçəsi 69 ünvanında yaşayan Qasımov Rövşən Əli oğlu redaksiyamız vasitəsilə Ədliyyə naziri Fikrət Məmmədova və S. Bəktaşiyə müraciət edərək yardım istəyir.
13 ildir məhkəmələrdə süründürülən, bu səbəbdən özü və həyat yoldaşı əsəb və sarsıntıdan əlil olan R.Qasımov heç olmazsa ömrünün ixtiyar çağlarında bu bəladan qurtarmaq, mühasirə vəziyyətindən çıxmaq istəyir.
Şikayətçi bildirir ki, 13 ildir məhkəmələrə sübut edə bilmirəm ki, insan giriş-çıxışı olmayan mənzildə necə yaşaya bilər. Hansı qanunda,ədalətdə yazılıb ki, bir şəxsin yaşadığı evin qarşısındakı torpaq sahəsini başqasına verəsən?
R.Qasımov 1988-ci ildə gənc mütəxxəsis kimi Şamaxıda əmək fəaliyyətinə başlayıb. Elə həmin il ona kommunal mənzil verilib. Ona verilən mənzildə 1997-ci ilə qədər rus qonşusu ilə sülh və əminamanlıq şəraitində yaşayıb. Daha sonra mənzili özəlləşdirən R.Qasımov 1990-cı ildə rayon icrayə komitəsinin qərarı ilə istifadə üçün 3 sot torpaq sahəsi alır.
R.Qasımovun çətin günləri 1997-ci ildən sonra başlanıb. Həmin il rus qonşusu evini Nuriyeva Ella Maşallah qızına sataraq Azərbaycanı tərk edib. Xatırladaq ki, N.Ellanın 2 bacısı R.Qasımovla qonşu olub. Ella xanımın da bitişik mənzili alması ilə R.Qasımovun mənzili 3 tərəfdən bacıların evlərinin əhatəsində qalıb.
Şikayətçi bildirir ki, çox keçmədən bacılar onu hər vasitə ilə evdən çıxarmaq, bütün mənzilə yiyələnmək iddiasına düşüblər. Elə o gündən də Qasımovun günü məhkəmələrdə qonşularla, canı da xəstəliklərlə çəkişmələrdə keçib.
R.Qasımov bildirir ki, mənzil alqı satqısı zamanı heç bir torpaq sahəsindən söhbət getmir. Xüsusilə qeyd etmək lazımdır ki, sonradan məlum olub ki, Qobustan rayon notarial kontorunda icra olunan alqı satqı müqaviləsi qeydə alınmayıb. Mənzilin qarşısındakı torpaq sahəsini ələ keçirmək istəyən E.Nuriyeva 2008-ci ildə R.Qasımovu məhkəməyə verib. 13 il ərzində 50-dən çox məhkəmə çəkişməsində iştirak edən R.Qasımovun və həyat yoldaşının bu illər ərzində səhhəti korlanıb, əlil olub. Amma, məhkəmələr bitməyib ki, bitməyib.
Şikayətçi bildirir ki, E.Nuriyevanın yüksək vəzifədə işləyən qohumunun yardımı ilə bu illər ərzində bir çox hüquqi əsası olmayan, qanunsuz qərarlar çıxarılıb. 2015-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən R.Qasımovun və E.Nuriyevanın mənzillərinin qarşısındakı torpaq sahələri onlara verilib. Qərar həmin il Ali Məhkəmədə də hakim Qəhrəman Allahverdiyev tərəfindən təsdiq edilib.
Lakin qəbul edilən məhkəmə qərarları E.Nuriyevanı qane etməyib və müxtəlif yollarla “blokada siyasəti”ni davam etdirib. 2017-ci ildə Şamaxı 14 saylı Ərazi Reyestr İdarəsi tərəfindən hansısa maraqlar müqabilində E.Nuriyevaya 3 sot torpağın mülkiyyətinə verilməsi haqqında saxta çıxarış verilib. Lakin verilən çıxarışda heç bir plan, sxem olmadığı üçün torpağı almaq üçün gələn icra qrupu qərarı yerinə yetirə bilməyib. Çünki əgər torpaq sahəsi E.Nuriyevaya verilərsə R.Qasımovun mənzili faktiki olaraq giriş-çıxışdan məhrum olur.
Bütün cəhdləri hədər gedən iddiaçılar daha bir saxtakarlığa əl atıblar. Bu dəfə Şamaxı Reyestr İdarəsindən evin texniki pasportunu götürərək dəyişiklik edərək torpaq sahəsini əlavə ediblər. R.Qasımovun polisə şikayətindən sonra saxtakarlığı edən Şamaxı Arxiv İdarəsinin əməkdaşı Elçin Qafarov bunu pul müqabilində etdiyini etiraf edib. Lakin polis məhkəmənin müvafiq qərarı olmadan cinayət işi başlanmasının mümkün olmadığını bildirib. R.Qasımov bildirir ki, işə Sumqayıt İnzibati Məhkəməsində V.Əzizovanın sədrliyi ilə baxılıb və hakim təqdim edilən saxta pasporta əsasən torpaq sahəsinin E.Nuriyevaya verilməsi bardə qərar qəbul edib. Şikayətçi bildirir ki, qarşı tərəfin məhkəməyə təqdim etdiyi bütün sənədlər və dəlillər tamamilə saxtadır. Məhkəmə isə nədənsə məhs saxta sənədlərə əsaslanaraq analoqu olmayan qərar qəbul edib.
“Hal hazırda Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət etsəm də heç bir nəticəsi yoxdur. Uzun illər sağlamlığımı və rahatlığımı əlimdən alan bu məhkəmə süründürməçiliyi bitmək bilmir. Mənim vəzifədə işləyən qohumum yoxdursa deməli hüququm qorunmamalıdırmı? Necə ola bilər ki, 33 ildir ki, yaşadığım evin qarşısındakı torpaq başqasına mənsub olmalıdır. Mən evimə vertalyotlamı gəlməliyəm? Bəlkə yeraltı tunel qazaraq mənzilimə daxil olum? Bəlkə E.Nuriyevanın xoşuna gəlmək üçün məni Azərbaycandan da çıxarıb xarici ölkələrin birinə göndərsinlər? Bu nə haqsızlıq, nə qanunsuzluqdur? Prezident hər dəfə çıxışlarında məmurları ədalətli olmağa, haqqı müdafiə etməyə çağırır. Budurmu onun göstərişlərinə məmurların verdiyi dəyər?
Mən hələ də inanıram ki, məhkəmələrimiz ədalətli qərar qəbul edəcək. Saxta sənədlərə əsaslanaraq qəbul edilən qərarların heç bir hüquqi əsası yoxdur. Mənim mühasirədən xilas olunmağıma yardım edin. Qoy ədalət zəfər çalsın!” Rubrika.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
|