Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                 

“Adıma külli miqdarda pul götürərək yoxa çıxıblar” - GİLEY
Tarix: 8-02-2021, 10:28 | Çap et
“Adıma külli miqdarda pul götürərək yoxa çıxıblar”
Masallı rayonu, Həsənli kənd sakini Camal Əhmədağa oğlu Hüseynov iddia edir ki, “Turan Bank” işçisi və bir neçə nəfər tərəfindən aldadılıb:
“Hadisə 2015-ci ilin sentyabrında olub. Bakıda fəhlə işlədiyim dövrlərdə naxçıvanlı tanışım gəldi ki, köməyin lazımdır. Bir nəfər maşınını sənin adına keçirmək istəyir. Dedi ki, narahat olma, sənlik heç bir iş yoxdur. Mən də həmin oğlanı tanıdığım üçün etiraz etmədim. Növbəti gün Anar adlı bir nəfərlə görüşdük. O söylədi ki, maşını mənim adıma sənədləşdirəcəklər. Hətta zarafatla əlavə etdi ki, istəsən maşını bizim əlimizdən ala da bilərsən. Bunlar maşını mənim adıma keçirdilər. Yəni texniki pasportda maşın mənim adımadır. 2008-ci il istehsalı olan “Prado” “90-UJ-844” dövlət nömrə nişanlı maşın idi. Bunlar avtomobili mənim adıma sənədləşdirəndən sonra “Turan Bank”ın Binəqədi filialına girov qoyaraq, yenidən mənə müxtəlif sənədlərə qol çəkdirdilər. Sonra da dedilər ki, vəssalam, gedə bilərsən. Narahat olma, qalan işlər bizlikdir. Mobil nömrə verdilər ki, nə problem yaransa, bizimlə əlaqə saxla. Bununla da məsələ bağlandı. Onu da deyim ki, həmin adam mənə dedi ki, qardaşım “Turan Bank”da işləyir. Yəni onlar iki qardaş əlbir olub mənim başıma bu oyunu açdılar. Qardaşlardan biri Anar Əsədov Kamil oğludur, Zəngilan qeydiyyatındadır. Digəri haqqında heç bir məlumatım yoxdur”.

Şikayətçi deyir ki, hadisənin üzərindən bir il keçəndən sonra Həsənli kəndinin poçtuna onun adına üç radar məktubu gəlib. Məsələni aydınlaşdırmaq məqsədilə ona verilən nömrəyə zəng edib:

“Zəngləşəndən sonra görüşdük, avtomobilin cəriməsini ödəyəndən sonra məndən mülki etibarnamə aldılar. Bunlar elə bir oyun oynayıblar ki, maşını kim necə sürür, bəlli deyil. Hətta nömrəsini dəyişiblər. Hadisədən yarım il vaxt keçəndən sonra Masallı Məhkəməsindən məktub gəldi ki, “Turan Bank” məni məhkəməyə verib. Görmüşük ki, bank kreditini gecikdirəndə adama xəbərdarlıq edərlər. Heç bir bank kredit borcuna görə ilyarım gözləyib, sonra xəbərdarlıq etmədən məhkəməyə vermir. Yəni bir ay gecikmə olan kimi zəng edirlər. Bunlar mənə necə kələk gəliblər, üzərindən ilyarım vaxt keçəndən sonra “Turan Bank” məni məhkəməyə verib. Özü də məndən xəbərsiz. Kredit borcu ilə bağlı ilyarım ərzində xəbər etsəydilər, vaxtında işin üstünə düşə bilərdim. Xəbərdarlığı bilərəkdən etməyiblər, çünki məqsədləri məni aldatmaq olub. Götürdükləri 18.500 dollar faiz və cəriməsi isə yığılaraq 22.794 dollar 37 sent olub. Masallı Məhkəməsində hakim tövsiyə etdi ki, avtomobili tapın. Neçə ildir ki, məktub yazmadığım yer qalmayıb. Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə, həmçinin Baş Cinayət Axtarışı İdarəsinə, bütün aidiyyatı orqanlara müraciət etmişik. Hətta fevralın 17-də Bakı Apelyasiya Məhkəməsində işimizə təkrar baxılacaq. Lakin “Turan Bank” məsələnin həll olunmasında maraqlı deyil, çünki işin üstünün açılmağını istəmirlər. Gəlib yaşayışıma baxsınlar. Görsünlər ki, mənim elə bahalı maşın sürməyə imkanım varmı? Haradandır elə bahalı maşınım ki, banka girov qoyub pul götürüm? İkinci qrup əliləm, işləmirəm. Dövlətdən 230 manat təqaüd alıram. Üç körpə uşağım var. Həyat yoldaşım da xəstə adamdır. Yaşayışımızı görən qorxar. Divarlar nəmişlikdən uçub tökülür. Döşəmə çürüyüb, şifer qırılıb, yağış yağanda evə tökülür. Pulum olsa evimi düzəldərəm. Bu evdə heç heyvan da yaşamaz, amma biz yaşayırıq. Beş-on manat deyil ki, deyəsən balalarımın başına sədəqə. Qırx min manat pul məndə nə gəzir”.

“Turan Bank” ASC-nin Problemli Kreditlərlə iş Departamentin direktoru Kamil Hüseynli Meydan TV-nin şikayətlə bağlı sorğusuna “Məsələni araşdıracağıq. Həmin şikayətçini dəvət edib, işinə baxacağıq”, - deməklə kifayətlənib.

Vəkil Əsabəli Mustafayev deyir ki, adətən bu kimi hallarda aldanmış adamlar məsələnin mahiyyətindən xəbərdar olurlar. Əvvəlcədən razılaşdırılaraq, onlara müəyyən məbləğdə pul təklif olunur:

“Məsələn, təklif olunur ki, sənin adına pul götürəcəyik. Sənə də müəyyən məbləğdə pul verəcəyik. Yəni həmin adam güman ki, hansı riskə getdiyini müəyyən mənada bilir. Tam məlumatsız olmur. İkinci bir məqam, imzalanan sənədləri mütləq oxumaq lazımdır. Sonra ciddi problemlə üzləşərkən məsuliyyətdən yayına bilməyəcəklər. Həmin şəxs sənədlərə qol çəkibsə, məsuliyyətdən yayına bilməz. Sənədləri imzalayıbsa, prosesin içindədir, icraçılarından biridir. Sənədləri bankda imzalatdırıblarsa, hansısa məcburiyyətdən söhbət gedə bilməz. Belə hallar çox yayılıb, kiçik bir məbləğə aldanaraq, böyük məbləğin altına girirlər. İnsanlarda səthi, məsuliyyətsiz yanaşma var. Sonradan da bu kimi hallarla rastlaşıb, əziyyətini çəkirlər. Bu kimi məsələləri ictimailəşdirmək, insanları hüquqi cəhətdən maarifləndirmək lazımdır”.
//kommersant.az//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru