Xocavəndi KİM İDARƏ EDİR?.. - Yerində olmayan başçı...
Tarix: 10-03-2021, 09:51 | Çap et
Artıq xeyli müddətdir ki, bir çox media qurumlarının redaksiyalarına Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov haqqında, həmçinin ona bu və digər formada bağlı olan şəxslərin qol qoyduqları çoxsaylı qanunsuzluq əməlləri ilə bağlı ilginc faktlar daxil olmaqdadır. Belə bir səbəbdən də, Azərbaycan Respublikasının 2-ci prezidenti, mərhum Əbülfəz Elçibəyin imzaladığı sərəncam əsasında 02 iyul 1992-ci il tarixdə Xocavəndə icra başçısı təyin olunan bu şəxslə bağlı, bu gün də ayrı-ayrı xəbər portallarında yayımlanan tənqidi məqalələrin ardı-arası kəsilmir. Odur ki, hazırda ölkəmizin ən “stajlı” icra başçısı hesab olunan Eyvaz Hüseynovla bağlı bir çox məqamlara toxunacağıq ki, bu şəxsin kimiliyi, hansı əməllərin sahibi olması hər kəsə bəlli olsun.
Əvvəla onu qeyd edək ki, Xocavəndin icra başçısının siyasi keçmişi kifayət qədər şübhəli məqamlarla doludur. Yəni, Eyvaz Hüseynov hər yerdə özünü 1-ci DQ müharibəsinin iştirakçısı kimi təqdim etməyə çalışsa da, əslində o, gənc yaşlarında ikən müəmmalı hərbi-siyasi oyunların əsas iştirakçılarından olur. İddialara görə, o, 1992-1993-cü illərdə qiyamçı polkovnik Surət Hüseynovla, həmçinin separatçı Əlikram Hümbətovla ölkəmizin milli maraqlarının əleyhinə “sıcaq münasibətlər” qurmağı bacaran şəxs olduğundan, müəyyən çevrələrdə dolaşan söz-söhbətlərdən, media üzərindən apardığımız müəyyən araşdırmalardan və s. bəlli olur ki, Eyvaz Hüseynov torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal olunmasında müəyyən rola malik olur. Söylənilənlərə görə, bu şəxs icra başçısı olduğu ötən 29 il ərzində daşıdığı vəzifəsindən sui-istifadə etdiyindən, hazırda böyük bir fermerə çevrilib. Yəni, Eyvaz Hüseynovun, qardaşlarının, ona bağlı olan şəxslərin minlərlə qoyun-quzu, mal-qara sürüsü, yüz hektarlarla təsərrüfat sahələri və s. var. Bir sözlə, hazırda RİH-nin başçısı bütün diqqətini sahib olduğu biznesini genişləndirməyə yönəldir və paralel olaraq rayonu talamaqla da məşğul olur. Bu şəxsin rayondakı dövlət idarələrini “çapıb-taladığı”, heç bir şikayətə məhəl qoymadığı da bildirilir. Hazırda icra başçısı yaxın adamlarına lazımi şərait yaradır ki, məcburui köçkün taleyi yaşayan insanları ağır şərtlər altında “soyub-talaya” bilsinlər. Belə bir səbəblər üzündəndir ki, son aylar ərzində Xocavənd sakinlərinin, ələlxüsus rayonun Qaradağli kənd sakinlərinin rayon rəhbərliyinə qarşı ifadə etdikləri narazılıq “pik nöqtə”yə çatıb. Qeyd edək ki, Beyləqan rayonu ərazisində məskunlaşan və RİH-nin başçısına qarşı kəskin narazılıqlarını ifadə edən Xocavənd qəsəbə sakinlərinin dəvəti ilə, məhz bir neçə gün bundan öncə adı çəkilən bu qəsəbədə olduq. DogruXeber.Az və GundemXeber.Az olaraq qeyd olunan yaşayış məntəqəsində olarkən, ötən 29 il ərzində Xocavəndə rəhbərlik edən Eyvaz Hüseynovun, bu şəxsin qardaşlarının, qohum-əqrəbasının və digər vəzifə sahiblərinin ələ keçirdikləri yüz hektarlarla torpaq sahələrinin, çoxsaylı obyektlərinin, həmçinin dəyəri yüz minlərlə qiymətləndirilən villalarının və s. olması haqda məlumatları, şikayətçi sakinlərin dillərindən eşitdik. Bundan əlavə, 1-ci DQ müharibəsi zamanı 80 nəfər şəhid vermiş Qaradağlı kənd sakinlərinin iştirakı ilə geniş video-reportaj da hazırladıq.
Qeyd edək ki, bugünə kimi Xocavənd RİH-i başçısının qanunsuzluğa söykənən əməllərinin ictimailəşdirilməsi ilə bağlı DogruXeber.az və GundemXeber.Az saytının redaksiyalarına, məhz 500 nəfərlik Qaradağlı kənd sakinləri tərəfindən bir neçə dəfə müraciətlər daxil olmuşdur. Düzdür, ünvanlanan müraciətlər əsasında müəyyən tənqidi məqalələr hazırlayıb hər kəsi bu və ya digər olaylar haqda məlumatlandırsaq da, narazı sakinlərin budəfəki müraciətləri tamam fərqli məqamlardan bəhs edirdi. Məsələn, şəhid ailəsinin üzvü Yavər Əliş oğlu Zeynalov adlı şəxs hazırladığımız video-reportaj zamanı bildirdi ki, “2020-ci ilin may ayında Xocavənd RİH-nin başçısı Eyvaz Hüseynovun özbaşınalıq əməllərindən, ələlxüsus şəhid ailələrinə bəslədiyi hörmətsizliklərlə bağlı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokurora və digər vəzifə sahiblərinə müraciət edib bildirmişik ki, icra başçısı Xocavəndi “cəngəllik qanunları” ilə idarə edir, bu rayonda Azərbaycan qanunları işləmir. İcra başçısı öz ətrafına yaxın qohum-əqrəbasını, qardaşlarını və s. başına yığıb və təqribən 14 500 hektar sahəsi olan bu rayonun əkinə yararlı torpaq sahələrini zəbt edib. Hazırda bu şəxs özü üçün sərvət toplayır, şəhid ailələrinin heç bir problemi ilə maraqlanmır. O, daim “Buranın ağası mənəm, gedin kimə istəyirsiniz deyin, heç bir xeyri olmayacaq” cavabını verir. Eyvaz Hüseynov Qaradağlı şəhidlərinin adlarını hər vasitə ilə gizli saxlamağa çalışır və qardaşı İbad Hüseynovla bağlı təbliğata daha üstünlük verir. Keçmiş tarixi yada salaq ki, icra başçının anadan olduğu Muğanlı kəndi ermənilər tərəfindən ələ keçirən zamanlarda, nə Eyvaz Hüseynovun özü, nə də ki, bu şəxsin qardaşları həmin kənddə olmayıblar. Əslində onlar əllərində olan silah və sursatı seperatçı Əlikram Hümbətovla birlikdə ermənilərə təhvil verib geri çəkilirlər. Bu gün istərdik ki, ölkə rəhbəri cənab İlham Əliyev, Xocavənd RİH-nin başçısı ilə bağlı lazımi tədbirini görsün. Çünki, indiyə kimi etdiyimiz müraciətlərin hər biri nəticəsiz qalıb. Hər kəs bilsin ki, Eyvaz Hüseynov Qaradağlı kənd sakinlərinə məxsus pay torpağı sahələrini zəbt edib”. Video-reportaj zamanı digər şəhid ailəsinin üzvü Ruzigar Məmmədov bildirdi ki, “Eyvaz Hüseynov 1993-cü ildə AXCP-nın üzvü olub və ötən 29 il ərzində kəndimizə, rayonumuza bənzəri olmayan zülmlər edib. Bəlkə də cənab Prezidentin onun belə bir əməllərindən xəbəri yoxdur. Qaradağlı kəndinin 80 nəfər şəhidi var, icra başçısı şəhid ailələrini qəbul etmir, problemləri ilə maraqlanmır, hər kəsi qapıdan qovur. Şəhid ailəsinin üzvülərinə qarşı bu cür münasibət olar? Bütün dövlət qurumlarına şikayət ərizələri göndəririk, son anda icra başçısı ilə bağlı heç bir tədbir görülmür. Faktdır ki, hazırda şəhid ailələrinə məxsus torpaq sahələrini kimlərəsə verib pul qazanırlar. Diqqət yetirin ki, Eyvaz Hüseynov və onun yaxın çevrəsində olanlar torpaqlarımızı əllərimizdən alıblar. İcra başçısı özünə bağlı olan və təqaüdə çıxmış adamlara iş verir, şəhid ailəsinin üzvlərinə isə “iş yoxdur” deyir. Sifətini heç bir halda görmədiyimiz, əksəriyyətin tanımadığı, amma bizə “millət vəkilliyi” edən Elman Məmmədov da “itib” və o, son savaşda şəhid olmuş 9-11 nəfərdən heç birinin hüzr mərasimində iştirak etmədi, bugünə kimi bir kimsə ilə maraqlanmayıb. Amma, Elman Məmmədov efirlərdə vətənpərvərlikdən, torpağa bağlılıqdan və s. ağızdolusu danışır. Narazı sakinlərdən olan Sakit Aydın oğlu Bayramov da deyir ki, “Şəhid ailəsinin üzvü olsam da, icra başçısına iş axtardığımı dedim, o, mənə qarşı da sayğısızlıq göstərdi. Yəni, bu şəxs şəhid adına, şəhid ruhuna qiymət vermir, şəhid ailə üzvlərinə olduqca biganə yanaşır. Elə ki, Eyvaz Hüseynovun bu cür idarəçiliyi ilə bağlı aidiyyatı orqanlara teleqrammlar vururuq, o halda həmin günün səhəri bizi RİH-nə çağırırlar.
Diqqəti cəlb edən məqamlardan biri də, icra başçısının xəlvəti yollarla öz adamlarını Hadrut qəsəbəsinə göndərməsi və oradan bir çox kənd təsərrüfatı təyinatlı texnikaları, heyvanları gətirdib ələ keçirməsi olur”. Başqa bir şəhid ailəsinin üzvü, şikayətçi Sakit Arif oğlu Bayramov da deyir ki, “Müəyyən problemlərimizin həlli ilə bağlı icra başçısına dəfələrlə müraciət etmişik. O, nəinki bizi dinləyib, heç adam yerinə belə qoymayıb”. İlham Dərgah oğlu Seyidov adlı şikayətçi isə qeyd edir ki, “Mən Tuğ kənd sakiniyəm, qardaşım şəhid olub. Eyvaz Hüseynov üçün şəhid adı heç bir əhəmiyyət daşımır. Bu şəxsin qanunsuzluğa söykənən əməlləri ilə bağlı çoxsaylı şikayət ərizələri yazıram, heç bir tədbir görülmür. İcra başçısı və onun “sağı-solu” düz 29 ildir ki, “çapolçuluq”la məşğul olurlar. Torpaqlarımızı ələ keçiriblər, qaytarıb özümüzə vermirlər ki, dolanışığımızı təmin edək. Biz 1992-1993-cü illərdə ermənilərdən qaçıb bura gəldik, indi burada da erməni işğalına “tuş gəlmişik”. “Nərgiz təpə”dəki torpaqlarımızı “işğal ediblər”, bu gün özümüzə qaytarmırlar. Diqqət yetirin ki, hazırda Xocavəndin icra başçısına bağlı olan Azər müəllimin 100 hektar, icra başçının yeznəsinin isə 1400 hektar torpaq sahələri var. Bu nə deməkdir, bu birbaşa “çapolçuluq” demək deyilmi?”
Elə ki, şəhid ailəsi üzvlərinə məxsus “Nərgiz təpə” adlanan ərazilərdəki torpaq sahələrinin Eyvaz Hüseynov və ona bağlı olan şəxslər tərəfindən ələ keçirilməsi, həmçinin digər problemlərlə bağlı Xocavənd RİH Aparatında olduq və qarşı tərəf olaraq məsələlərə aydınlıq gətirmələrini xahiş etdik, həmin vaxtlarda icra başçı işdə olmadığından suallarımızı onun köməkçisi Cabir adlı şəxs cavablandırdı. Bu şəxs “Nərgiz təpə”dəki torpaq sahələri hansı səbəbdən ələ keçirilib deyə ünvanladığımız suala “Həmin torpaqlar bizə verilib” cavabını verdi. Dərhal ona “Bizə verilib” dedikdə kimi nəzərdə tursunuz? Həmin an Cavid adlı şəxs səhvini düzəltdi və “Torpaqlar rayona verilib” deməklə, məhz fikirini belə bir formada ifadə etdi. Bir sözlə, adı çəkilən bu şəxs bir çox suallarımıza dolğun cavab verə bilmədi, bəzi problemlərlə bağlı mövqeyini açıq formada ifadə etməyi də bacarmadı.
Şikayətçi sakinlərdən olan .... Arazxan oğlu Hüseynov da vurğulayır ki, “1992-ci ildə Qaradağlı kənd sakinlərindən 80 nəfər erməni yaraqlıları tərəfindən əsir götürülür və müxtəlif işgəncələrə məruz qaldıqdan sonra onların hər biri qətlə yetirilir. Ona görə də, hər il fevralın 17-də Qaradağlı kənd şəhidlərinin anım günü qeyd olunur. Bizim kəndin igidləri vaxtilə kəndimizi canları, qanları bahasına qorumağa çalışıblar, sonda da torpaq uğurunda şəhid olublar. Bu gün icra başçısı Qaradağlının şəhid ailələrinə sayğı göstərmir, şəhid ruhuna hörmətsizlik etməklə məşğul olur. Məsələn, bir müddət bundan öncə kənd sakinləri rayon ərazisində 80 nəfər şəhidin xatirəsinə abidə ucaltmaq istəyirdilər və bu məqsədlə onlar torpaq sahəsinin ayırılması üçün, RİH-nin başçısına müraciət də etdilər. Bu yöndə ünvanlanan müraciətə Eyvaz Hüseynov “otkaz” cavabı verir. Belə olan halda Qaradağlı kənd sakinləri Füzuli RİH-nin başçısı cənab Alı Alıyevə müraciət etmək məcburiyyətində qalırlar. Eyvaz Hüseynovdan fərqli olaraq Alı Alıyev isə, belə bir müraciətə diqqətlə yanaşır və Füzuli rayonuna məxsus olan, amma Beyləqan rayonu ərazisinə yaxın yerdə abidə kompleksinin ucaldılması məqsədilə, müəyyən ölçüdə torpaq sahəsinin ayırılmasına razılığını verir. Bundan sonra baş verənlər diqqəti cəlb etsə də, son anda Xocavəndin icra başçısı qarşısına qoyduğu məqsədini “çin etməyi” bacarmır. Yəni, RİH-nin başçısı qeyd olunan abidəyə xərclənən vəsaitlərin, guya ki, icra hakimiyyətinin vəsaiti hesabına ərsəyə gətirilməsi yöndə sənədləşmə işlərini həyata keçirməyə çalışsa da, Qaradağlı kənd sakinləri buna qəti etirazlarını bildirirlər. Belə bir səbəbdən də, Eyvaz Hüseynovun bu yöndə niyyəti baş tutmur. Başqa bir halın varlığını da qeyd edim ki, hansısa seçki ilə bağlı səsvermə keçirilir, o halda RİH-nin başçısı bütün vəzifə sahiblərini səfərbər edir. Yəni, bu şəxs özünə lazım olan anlarda müəyyən addımlarını atır. Bundan əlavə, vaxtilə Xocavənd kənd sakinlərinin istifadə etdikləri hamam var idi. Xeyli müddət bundan öncə icra başçısının tapşırığı əsasında həmin hamamın çənini söküb aparıblar, çörək zavodunu talan etdilər, səkkiz hektarlıq torpaq sahəsi var ki, həmin sahəni də zəbt etdilər. Burada hər bir iş icra başçısının diqtəsi ilə həyata keçirilir. Bu şəxsin qardaşı İbad Hüseynov özünü bir çox dairələrə Milli Qəhrəman olaraq təqdim etsə də, əslində o, saxta milli qəhrəmandır. Çünki, o, “mən Melikunyanın başını kəsmişəm” deyə açıqlama yaysa da, həmin açıqlama sonradan yalan çıxdı və bu da qəhrəmanlığa yaraşan hərəkət deyil.
Bütün bunlardan əlavə, düz bir ildir ki, Xocavənddə bayraq dalğalanmır və bayrağın dalğalanmamasının səbəbini, məhz RİH Aparatı küləklə əlaqələndirir. O halda sual oluna bilər ki, Bakı şəhəri küləklər şəhəridir. Bəs səbəb nədir ki, paytaxtda bayraq var və hal-hazırda da dalğalanır. Xocavənddə niyə dalğalanmamalıdır? Sanki, ötən 29 il ərzində Xocavənddən şəxsi əmlakı kimi istifadə edən Eyvaz Hüseynov və ona bağlı olanlar, rayonun mərkəzində özləri üçün çayxana tikiblər, xəlvəti ərazidə gizli istirahət evi yaradıblar, birbirinə yaxın ərazidə “moyka”lar inşa ediblər, geniş restoran-hotel şəbəkəsi yaradıblar. Əsas diqqəti cəlb edən məqamlardan biri də, adı çəkilən bu şəxslərin Zərifə Əliyeva adına parkdakı oturacaqları, bir çox avadanlıqları, daş üzlükləri və s. sökərək özlərinə aid obyektlərə quraşdırmalarıdır. Kənardan diqqət yetirdikdə görsənir ki, Eyvaz Hüseynov, bu şəxsin qardaşları, yaxın qohum-əqrəbası milyonçu məmurlara məxsus olan təmtəraqlı imarətlər inşa etdiriblər. Yəni, icra başçısının özü və qruplaşması kiçik bir rayonda özləri üçün hər cür şərait yaradıblar. Daha faciəli halın varlığı isə, vaxtilə separatçı Əlikram Hümbətova dəstək verən, onun ideyalarının həyata keçirilməsi yöndə fəaliyyət göstərən, həmçinin 1-ci DQ müharibəsi vaxtlarında Beyləqana “Qrad” qurğusu atdıran şəxs, bu gün RİH başçısının müavini vəzifəsini daşıyır.
P.S. Hörmətli oxucular! Son vaxtlar redaksiyamıza Xocavənd RİH-nin başçısı Eyvaz Hüseynovun həyata keçirdiyi idarəçiliklə, həmçinin ona bağlı olan şəxslərin, yaxın qohum-əqrəbasının atdıqları addımlarla bağlı daxil olan şikayətlərin sayı o qədər çoxalıb ki, məhz bütün məsələləri bir yazıya yerləşdirməyin özü qeyri mümkündür. Odur ki, bizi izləyin ki, bizim yazdıqlarımızdan məlumatınız olsun.
DogruXeber.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|