“Məşğulluq Mərkəzində deyirlər, iki ay döyüşüb bizi boğaza yığmısız” - NARAZILIQ!
Tarix: 11-03-2021, 09:23 | Çap et
“İki azyaşlı övladım var. O boyda ermənini dizi üstə qoyub, gəlib balalarımın qarşısında, onların qarnını doyura bilmədiyim üçün xəcalətdən ikiqat qalmışam. İş istəyirəm, iş yoxdur, ünvanlı sosial yardım yoxdur, ailəmin heç bir maddi gəliri yoxdur. Kommunal xərcləri, dərmanı, geyimi qoyuram bir kənara, mən bir ata olaraq balalarıma gündəlik yavan çörəyi də tapıb yedizdirə bilmirəm”.
Mingəçevir sakini olan Elçin Paşazadə İkinci Qarabağ Müharibəsindən qayıdandan sonra özünə iş tapa bilmir. O, Meydan TV-yə danışır ki, ötən ilin dekabrında evə qayıdandan sonra iş üçün dəfələrlə Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə və icra hakimiyyətinə müraciət edib. Ancaq hələ də özünə münasib iş təklifi almayıb. “Hələ müharibə başlamamışdan bir müddət əvvəl Mingəçevir Şəhər Məşğulluq Mərkəzinə işaxtaran kimi müraciət etmişdim. Axtardığım iş də Yaşıllıq İdarəsində, ya icra hakimiyyətində, ya Kommunal İdarədə fəhlə işidir ki, balalarımı dolandırım. Onda heç olmasa dərdimi dinləyən olmuşdu. Müharibədən qayıdandan sonra yenə həmin mərkəzə üz tutdum, qazi, veteran görəndə üz-gözlərini turşudurlar, elə bil ki, bunlara əlavə yük olmuşuq… İnanın ki, bu dəfə məni heç qapıdan içəri buraxmaq istəmirdilər, mızıldanırlar ki, müharibədən qayıdanların əlindən bezmişik, iki ay döyüşüblər, baş-beynimizi aparıblar”.
Elçin Paşazadə 17 oktyabr 2020-ci il tarixdə könüllü döyüşçü kimi İkinci Qarabağ Müharibəsinə qatılıb. N saylı Hərbi Hissənin tərkibində Cəbrayıl, Xocavənd və Laçın istiqamətində döyüşlərdə iştirak edib. Dekabrın 21-də tərxis olunub. İşaxtaran kimi müraciətinin boşa çıxmasından sonra qərara gəlib ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısından iş üçün kömək istəsin.
“Bir neçə gün əvvəl düşündüm ki, vətəndaşın dərdini dinləmək üçün prezident Mingəçevirə o boyda başçı təyin edib. Gedim, bəlkə o bir çarə elədi. Üz tutdum icra hakimiyyətinə, başçının qəbuluna düşdüm. Başçının mənə elə cavab verdi ki, bir anlıq onun özünün işsizlikdən əziyyət çəkdiyini, maddi ehtiyac, sosial problemlər içində itib-batdığını düşündüm. Maraqlıdır ki, mənə təxminən “Mingəçevirdə kimə iş tapıldı ki, sənə tapılmadı” kimi cavab verən başçı hesabatlarda Mingəçevirdəki işsizliyin xeyli aradan qaldığıldığını, yeni iş yerlərinin açıldığını, əhalinin böyük hissəsinin işlə təmin olunduğunu deyir”.
Elçin Paşazadə “iş tapmadıqca, batıram”, deyir… Ailəsini gündəlik çörəklə də təmin etməməsi onu məyus edir.
“Qayıdıram yenə öz dərdimə… Ailəliyəm, azyaşlı iki övladım var. Ailəmin heç bir maddi gəliri yoxdur. Kommunal xərcləri, dərmanı, geyimi qoyuram bir kənara, mən bir ata olaraq balalarıma gündəlik yavan çörəyi də tapıb yedirdə bilmirəm”, – şikayətçi deyir.
Keçmiş döyüşçü Prezident İlham Əliyevə də müraciət edib. Ona “ölkədə toxun acdan xəbəri yoxdur, cənab prezident”, deyə yazıb. Kömək istəyib, “özünüz də atasız, övladlarınıza qayğı göstərirsiz. Və yəqin ki, bir ata kimi məni yaxşı anlayırsız”, – yazıb. İşlə təmin olunması üçün yaşadığı Mingəçevir şəhəri üzrə Məşğulluq Mərkəzinə və icra hakimiyyətinə göstəriş verilməsini istəyib və prezidentin bu məsələdə ona yardımçı olacağına ümid bəslədiyini vurğulayıb.
Mingəçevir Şəhər Məşğulluq Mərkəzindən müharibə iştirakçısının gileylərinə münasibət öyrənmək mümkün olmayıb. Mingəçevir Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, icra başçısı İlham İsmayılov İkinci Qarabağ Müharibəsi müharibə iştirakçılarına xüsusi diqqət göstərir, yaralı qaziləri dəfələrlə ziyarət edib: “Müxtəlif problemləri olan qaziləri qəbul edir, problemlərini dinləyir və qurumun imkanları daxilində onlardan köməyini əsirgəmir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|