Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

Səlim Müslümov həbs olundu, bəs digərləri... - Köhnə eşalon hələ iş başındadırsa...
Tarix: 15-04-2021, 10:46 | Çap et
Səlim Müslümov həbs olundu, bəs digərləri...
…Biz çörəyi qulağımıza yemirik və çox yaxşı görürürk ki, nə “5-ci kolonna”nın, nə də Rusiya agenturasının başları tamam əzilməyib. Çoxşaxəli, çoxplanlı təxribat hələ də davam edir. Hörmətli Prezidentin şəxsən özünün etibar edib yüksək vəzifələrə təyin etdiyi məmurlar, generallar çoxdan xəyanət yoluna qədəm qoyublar…

Yüzlərlə yaşayış məskəni yerlə yeksan, hərbi xəstəxanalarda yaralı, şikəst olmuş döyüşçülər hələ də ağrılardan yata bilmirlər, mən əzizlərini, doğmalarını itirənlərin ovunmaz əzabından danışmıram. Bu tərəfdən də dəhşətli xəstəlik xalqın gününü qara edib.

Ramiz Mehdityev – Əli Həsənov cütlüyü dərbarıdan qovulandan sonra, mən həqir bəndə belə xəyal edirdim ki, indi qeyrətli kişilər telekanallara bir balaca əl gəzdirərlər, həyvərəliyə, hərcayılığa son qoyular. Ümidlərim boşa çıxdı. Xəzər, ARB, ATV kanallarında bir ovuc ziyanəvər açıqdan-açığa xalqı ələ salmaqdan usanmırlar. Hərdən bir-iki jurnalist dillənəndə məhəl qoyan tapılmır. Bütün ARB kanalına ikrahla baxmaq üçün Zaur adlı unikumun çıxartdığı pəstahları izləmək kifayətdir. Mən hələ “əyləncə” pərdəsi altında gedən əttökən, biabırçı verilişləri demirəm. Yumor daş əsri səviyyəsində, bayağlığı da təsvir etməkdə qələm acizdir. Elə bil hansısa mərkəzdən bu telekanal sahiblərinə əmr nazil olub, nəyin bahasına olursa-olsun əhali XVIII əsrin bazar camaatının gününə düşməlidir, küt, cahil, hər heyvərəliyə hırıldayan amorf kütlə, ancaq qarnının səsinə qulaq asan qoşqu heyvanı kimi bir canlı…

Bəziləri məni qınaya bilərlər ki, uğurları görmürəm. Görürəm, təqdir də edirəm, amma bayağı, bazar əhlinin zövqünü oxşayan əttökən verilişlərin daha da vüsət almasına dözmək olmur. Yaxşı fikir verin, görün bu rəzalət hansı məkanda, özü də nə vaxt baş verir.

…Hərbi vəziyyət elan edildi, baş verənlərə Vətən müharibəsi adını verdik. Vətənin qeyrətli oğulları şücaətlər göstərdilər. Əsas o oldu ki, Şuşa işğaldan azad edildi, Xocalının qisası alındı.

Bayram təntənələri, xoş ovqat, ümumi sevinc bir mühüm məsələni arxa plana atdı. On illər boyu milləti tarac, dövləti talan edən azğın bir zümrə cəzasız qaldı. Cəzasız deyəndə ki, siyənəklər, kilkə kimi lap balaca balıqlar tora düşdülərsə, iri köpək balıqları (akulalar), amansız kaşalotlar, qorxunc çoxqollu sprutlar qıraqda qaldılar.

Sabiq nazirlərdən ancaq Səlim Müslümov zindana salınıb.

“Savab” əməlləri ilə bağlı onlarla materialın işıq üzü görməsinə baxmayaraq Elmira Axundova hamıya boğma göstərərək Ukraynaya səfir getdi. O, sanki hamıya dedi, imarətlərim, mənzillərim, maşınlarım da var, yaxşıca pulum da, kimin hünəri var mənə yaxınlaşsın, Heydər Əliyevin şəninə neçə-neçə kitab bağışlamışam, hansı hakimin cürəti çatar sözümü iki eləsin. Bir mədhiyyə də ortaya çıxartsam, ondan qorxun ki, məni xarici işlər naziri qoysunlar.

… Bəzilərini bir sual düşündürür, həbs olunmayan, forma xatirinə də olsa ora-bura çağrılmayan nazirlər, iri məmurlar oğurladıqları, talan etdikləri nəhəng məbləğləri geri qaytaracaqlarmı? Heç vaxt! Qorxu-hürkü bilmədən, heç kimdən çəkinmədən milyonları qamarlayanlar avam deyillər, onlar özlərinə çoxdan hamiləri tapıblar. Hamilər də Azərbaycanı xarı-zəlil görmək istəyən keşiş-mason dünyasının cahangirləridir. “Qarşılıqlı müqavilənin” şərtlərini müəyyən etmək üçün baş sındırmaq gərək deyil. “Biz sizin kaptalınızın, əmlakınızın, özünüzün təhlükəsizlyini təmin edirik, Siz də vaxt-vədə tamam olanda ölkə daxilində xaos yaradıb, qara-güruhu iqtidarın üzərinə qaldırırsınız” – mabədi daha sizin işiniz deyil. Tam əminəm ki, belə də razılıq ortada var. Siz elə bilirsiniz kapital sahibləri belə alçaqlığa qol qoymazlar? Qoyarlar, lap o yana da keçərlər! Azərbaycanın öldü-qaldısı taleyin mizan-tərəzisinə qoyulanda bu namərdlər özlərini əsl maradyorlar kimi aparmadılar? Hansı ölkədə, nə vaxt belə xəyanətlər baş verib? Hansı ölkədə belələrinin nazı ilə oynayıblar?

Biz çörəyi qulağımıza yemirik və çox yaxşı görürürk ki, nə “5-ci kolonna”nın, nə də Rusiya agenturasının başları tamam əzilməyib. Çoxşaxəli, çoxplanlı təxribat hələ də davam edir. Hörmətli Prezidentin şəxsən özünün etibar edib yüksək vəzifələrə təyin etdiyi məmurlar, generallar çoxdan xəyanət yoluna qədəm qoyublar. Bunların hər hansı birinin qəsrinə, malikanəsinə baxmaq kifayətdir ki, sahibinin “kəraməti” barədə qəti söz deyə bilərsən.

Oqtay Əsədovun, Ziya Məmmədovun və digər “aydan arı, sudan duru” nəməkbəhəramların cah-calalı barədə məlumatları eşidəndə mat-məəttəl qalırsan və s. Bu xarabanın xüsusi xidmət orqanları, prokurorluq hansı cəhənnəmə baxıblar? YAP-ın daxilində niyə bir nəfər tapılmayıb ki, durub mərdi-mərdanə Əli Həsənovun iç üzünü açıb rüsvay etsin? Əli Həsənov tələm-tələsik car çəkib ki, nə özünün, nə də oğlunun əlində şirkət, əmlak filan qalmayıb, hamısını təhvil verib. Belə çıxır ki, minlərlə adamı iqtidardan rəncidə edib incik salan, ideoloji işin vayına oturan Əli müəllim imam övladı kimi məsum məxluqdur, əlində bir qara qəpiyi də yoxdur.

Mən bu mənfur məxluqun başqa işlərindən bəhs etmək istəmirəm, amma onun həyasızlığa salıb bizim hörmətli Mehriban xanıma göndərdiyimiz məktubların qarşısını almasını unutmuram. Bu az imiş kimi, bu yaramaz öz əlaltıları vasitəsilə hər yerə car çəkmişdi ki, guya mən tənqidi məqalələrim üçün iqtidardan hər ay külli miqdarda muzd alıram. Belə çıxırdı ki, Sovet hakimiyyətinə baş əyməyib, 35 il yer altında ən ağır işdə, qazmada qan-tər içində əlləşmiş Firuz Haşımov aldığı nökər muzdunun müqabilində bütün müxalifətə qənim kəsilibmiş. Mən bu şəxsə nə deyim? Axı hamı mənim illər boyu necə əzab içində çalışıb vuruşduğumu, əməlli qonorar da almadığımı bilir. Halal qonorarımı yeyən də elə Əli Həsənovun qulbeçəsi idi.

Ömrümün sonudur, indi ölüm qabağında son nəfəsdə də günahımı bağışlaya bilmirəm. Mən sadəcə olaraq imkan verdim ki, “taxt-tacın” həndəvərində quyruq bulayıb yalmanan pulgirlər mənim müxalifətə nifrətimdən yaxşı sui-istifadə edib var-dövlət sahibi oldular. Müvafiq orqanlar yaxşı olardı ki, Əli Həsənovun üzə çıxartmadığı əsl sərvəti ilə maraqlansınlar.

…Bütün varlığımla əminəm ki, işdən çıxarılmış nazir-oliqarxlar, iri çaplı məmurlar qisas almağa hazırdırlar. Müharibə vəziyyətində yaşayan ölkədə (azad olunmuş ərazilərin tar-mar olması bir yana) bir zərrə də həya eləmədən, utanmadan xalqı talayıb milyonlar oğurlayanlar, sabah Prezidentin üzərinə də gedəcəklər. Qorxmadan deyirəm, bu dəqiqənin özündə bizim Prezidenti qəfil namərd zərbəsindən, oliqarxların qiyamından qoruyan onun misilsiz zəfəridir. Belə zəfər sahibinin ayaqlarının altını qazanları, qiyam xəyalına düşənləri ordu və xalq parça-parça edə bilər. Bunu dəbdəbəli villalarında oturub dünyadan kam alanlar, bədənlərini gözəl cariyələrə ovuşduran haramzadalar yaxşı bilirlər. Amma bununla belə “5-ci kolonna”nın təxribatçıları yenə də aram tutmurlar. Jurnalistlərə mənzillər verilərkən Əli Həsənov əlaltılarının törətdikləri zinakarlıqların səs-sədası bitməmiş, elə bu əsnada eşidirik ki, yetimxanalardan çıxmış cavanlar üçün tikilmiş mənzilləri də satmağa cürət ediblər. Bir baxın, edam olunası bu yaramazlar nələrə əl atıblar, özü də nə vaxt!

Mənim köpək balığı (akula), kaşalot, sprut hesab etdiyim nanəcib vəzifə sahibləri əcnəbi ağaların bir “himinə” bənddirlər. Tam təhlükəsizlikləri üçün təminat alan kimi, bunlar qiyama milyonlar qoyacaqlar. Beyin ilmələrini piy basmış, burunlarını dəbdəbəli kabinetlərindən çölə çıxarmayan qondarma ideoloqlar və məddahlar hələ indiyə qədər qanıb başa düşməyiblər ki, narazıların sayı artır. Durub azğının birini divara dirəyirsən, o da eləmə tənbəllik səni verir məhkəməyə, ay haray, qoymayın, təhqir olunmuşam, bu filan-filan şudəni yüz əlli min cərimə edin. Bəli, tragikomediya başlanır, düşürsən qapılara, gecən-gündüzün cəhənnəmə dönür, fırıldaqçı isə öz kefindədir. O yaxşı bilir ki, pula doğma ailəsini də satmağa hazır olan hakimlər haqq-ədalət tələb edənin başına elə oyuin açacaqlar ki, kafər də dəsmal götürüb ağlayacaq.

Əsas dərd bu deyil. Nazir-oliqarxların, iri məmurların, satqın generalların şad-xürrəm, heç bir şey olmamış kimi göz qabağında gəzmələri, əvvəl-axır birinci lümpenləşən təbəqənin, sonra isə bütün xalqın qəzəbini coşduracaq. İqtidarın da bu qüvvənin qarşısına çıxara biləcək nüfuzlu bir adamı yoxdur. Hamı gözünü Prezidentə dikib, hamı inanır ki, o günlərin birində avropasayağı demokratiya oyunlarına tüpürüb müzəffər rəhbər kimi tüfeyli zümrənin nəfəsini kəsəcək. Bütün səlib dünyasının müdafiə etdiyi erməni faşizminin bel sütununu qıra bilən İlham Əliyev 40-50 haramzada ilə bacara bilməyəcək?

Firuz HAŞIMOV
//hurriyyet.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru