Çarpayılar və dərman satılır, vaksin oyunu gedir, TƏBİB isə mürgüləyir - Ölkədə korona bazarı
Tarix: 22-04-2021, 09:53 | Çap et
Azərbaycanda əhali bilmir ki, koronavirusla, yoxsa ondan daha təhlükəli olan rüşvətxorluqla mübarizə aparsın. İndi səhiyyə mafiozları bu iki xəstəliyin sintezini də yaradıblar və hazırda infeksiya üzərindən böyük pullar dövr edir: bura çarpayıların azlığı bəhanə edilərək yerlərin xəstə yaxınlarına satılmasından tutmuş dərmanların fantastik qiymətlərinə qədər bir “korona paketi” daxildir. Dəhşətli və əcaib mənzərə odur ki, dünyanın heç bir ölkəsində pandemiya ilə mübarizə korrupsiya elementinə çevrilməyib. Ən azı bu məsələdə üçüncü dünya ölkələri belə vicdansızlığa yol vermirlər və anlayırlar ki, bəşəriyyət üçün bir bəla gəlib, xalqı xəstəlikdən qurtarmaq, maksimum az itki ilə pandemiyadan xilas olmaq lazımdır. Anaxeber.info-ya gələn məlumatlar, sosial şəbəkədə yayılan informasiyalar, o cümlədən mötəbər KİV-lərdə dərc olunan xəbərlər belə deməyə əsas verir ki, Azərbaycanda koronavirus alver predmetinə çevrilib, bundan varlananlar var və bu biznesin başında duranların ifşası üçün TƏBİB-lə Səhiyyə Nazirliyi tərəfindən heç bir addım atılmır. Buradan iki nəticə çıxarmaq mümkündür: ya elə sözügedən qurumlarda vəzifəli şəxslər həmin rüşvətin, bazarın başında dayanıb, ya da TƏBİB və Səhiyyə Nazirliyi yarıtmaz, bacarıqsız, səriştəsiz, laqeyd fəaliyyət göstərirlər. Bəs soruşula bilər ki, virusla mübarizədə özbaşınalıqlar konkret olaraq nədən ibarətdir. İlk növbədə yoluxmaların artdığı zamanda bəzi modul tipli xəstəxanalar çarpayıların azaldığını bəhanə gətirməyə başlayırlar. Bu zaman xəstə yaxınları məcbur olaraq “makler” tapmağa, xəstəsini yerləşdirmək üçün danışıq aparmağa çalışır. Və nəticədə xəstə yaxını 1500-2000, bəzi hallarda 3000 manat verərək palatada yer ala bilir. Deməli, çarpayı yeri az deyilmiş, sadəcə virusdan da pul qazanan əqidəsizlər var. İddialara görə, belə hallar FHN-ə məxsus Zığdakı modul tipli xəstəxanada yaşanıb. Sosial şəbəkələrdə yazılanlardan və ayrı-ayrı insanların söhbətlərindən məlum olub ki, 1500-2000 manat rüşvət verməklə xəstəni yerləşdirirlər. Həmçinin xəstə müalicə aldığı günlərdə ona qulluq edən tibb işçilərinə “hörmət” etməyəndə lazımı qayğı göstərilmədiyi deyilir. Məsələn, oksigen aparatına qoşulan xəstənin boğazı tez-tez quruyur, mayeyə ehtiyacı yaranır, amma onları vaxtı-vaxtında su damcısı ilə təmin etmirlər. Bu məlumatlar faktiki olaraq xalq içində dolaşır və nə TƏBİB, nə rəhbəri Ramin Bayramlı, nə Səhiyyə Nazirliyi, nə onun pandemiya dövründə qəhətə çıxan rəhbəri Oqtay Şirəliyev təftiş aparırlar. Eyni zamanda, dərmanların fantastik qiymətə satışında açıq bazar ounu gedir. Halbuki həmin dərmanları dövlət alaraq ölkəyə gətirir və vətəndaşın müalicəsi üçün təmənnasız olaraq, istifadəyə buraxır. Deyəsən, “qara maskalı” oğlanın səhiyyə sektorunda da görünməsinə zərurət yetişir. Çünki əhalinin pandemiya dövründə maddi vəziyyətinin çətinləşdiyi zamanda, xəstəliyin tüğyan etdiyi dövrdə faşist münasibət sərgiləmək, pulu olmayanı çölə atmaq, müalicə etməmək bağışlanmaz cinayətdir. Ancaq məsələ bu tənqidlərlə həll olmur, TƏBİB rəhbərliyi hara baxır? Nə üçün modul tipli xəstəxanalarda yoluxmuş xəstələrin yerləşdirilməsinin 2000-3000 manat rüşvətlə olduğunu araşdırmır? R.Bayramlı pandemiyanın ilk vaxtlarında Operativ Qərargahın brifinqlərində bir-iki dəfə göründükdən sonra qeybə çəkilib. Hərçənd, hər gün canlı yayıma çıxmalı, xalqa hesabat verməli, epidemiyanın tempi, bizi gözləyən təhlükələr, qarşıda dördüncü dalğanın olub-olmayacağı, vətəndaların şikayət və narazılıqları, dərmanların satılması və s. suallara cavab, izahat verməlidir. Bunu da Prezident etməlidir? Anaxeber.info bildirir ki, başqa bir iddialar vaksinlərin vurulması prosedurunda rüşvətin ayaq açmasıdır. Belə məlumatlar gəzir ki, peyvənd olunmaq istəməyən vətəndaşlar poliklinikalarda həkimə, yaxud tibb bacısına pul verməklə bu prosesdən yayınır, vərəqədə isə onun vaksin edildiyi qeyd olunur. Əgər bu cür cinayətlərə yol verilirsə, mütləq şəkildə hüquq-mühafizə orqanları araşdırma aparmalıdırlar. Lakin ondan əvvəl TƏBİB və Səhiyyə Nazirliyi bu iddiaları yoxlamalı, neqativləri aradan qaldırmalıdır. Hər halda belə iddialar meydana çıxıbsa, “od olmayan yerdən tüstü çıxmaz” deməkdir və R.Bayramlı “Yalandır” söyləməklə bundan boyun qaçıra bilməz. Eynilə testlərin götürülməsində yanlış nəticələr də ciddi narazılıq yaratmaqdadır. Elə bu günlərdə Ağ partiya sədri Tural Abbaslının bir testində pozitiv, digər testində neqativ çıxmışdı. TƏBİB rəhbərliyi bu məsələlərə aydınlıq gətirməlidir. Ümumiyyətlə, Azərbaycanın səhiyyə sisteminin çoxdan qanqrena olduğu, can verdiyi haqda yazmışıq. Sadəcə, pandemiya dövründə bu eybəcərliklər daha da qabarıq şəkildə üzə çıxdı. Əslində heyrətamiz reallıqdır ki, səhiyyəsi təpədən-dırnağa qədər rüşvət çirkabına bulaşmış ölkədə pandemiya ilə necə mübarizə apara bilirik. Bunun üzərinə yarıtmaz idarəçilər, mafioz şəbəkələr, etimadı doğrulda bilməyən TƏBİB və bivec Səhiyyə Nazirliyi gələndə daha fəlakətli dekorasiya yaranır. Yeri gəlmişkən, musavat.com da koronavirus biznesi ilə bağlı ciddi iddialar yazıb və görünür ki, heç də deyilənlər əsassız deyil, artıq media həyəcan təbili çalmağa başlayır. Sayt yazır ki, səhiyyə sisteminin içində oluşan gizli bir şəbəkə pandemiyanın tüğyan etdiyi zamanlarda (indi də həmin zamandır) ixtisaslaşmış xəstəxanalardakı məhdud yerləri rüşvət müqabilində ağır xəstələrin yaxınlarına satırlar! Xəstələr çox olduğu üçün, önəmli və daha modern xəstəxanalarda, modul tipli müəssisələrdə yer məhdudiyyəti yaranır. Deməli, mürgüləyən TƏBİB və rəhbərliyi “qış yuxusundan” ayılsa, epidemiyanın yaz dalğasında nələr baş verdiyini anlayar. Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|