Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

Nazir məktəbin yanında qanunsuz göydələn tikir - NARAZILIQ!
Tarix: 23-04-2021, 09:38 | Çap et
Nazir məktəbin yanında qanunsuz göydələn tikir
Bakının Xətai rayonunda, Gəncə prospekti 30 ünvanında, 269 saylı məktəbin düz önündə göydələn tikintisinə yenidən start verilib.

Bakupost.az xəbər verir ki, ötən il bina tikintisinə cəhd edilsə də, ərazidə yaşayan sakinlərin etirazından sonra bünövrənin qazılması dayandırılmışdı.

Ancaq indi sakinlərin etirazının və müdaxiləsinin qarşısını almaq üçün əraziyə cəlb olunan polislərin müşayiəti ilə qazma işlərinə başlanılıb.

Nazir məktəbin yanında qanunsuz göydələn tikir

Sakinlər nəyə etiraz edir

Sözügedən ərazi qapalıdır, Gəncə prospektinə birbaşa çıxışı yoxdur. O binaya yol mütləq yandakı binaların həyətindən keçməlidir. Tikilinin prospektə çıxışını isə “Şəms” mərasim evinin böyük binası bağlayır.

Tikilməyə başlanılan göydələnin sol tərəfində 3 binadan ibarət, 455 mənzilli kompleks, sağ yuxarı tərəfində isə 130 mənzilli bina var. 4 binanın heç birinin həyəti, demək olar ki, yoxdur və maşınların saxlanılması, uşaqların oynaması üçün şərait mövcud deyil. Üstəlik, ərazinin sağ tərəfində 7 binadan ibarət böyük kompleks də tikilib və məskunlaşmasına başlanılıb.

Nazir məktəbin yanında qanunsuz göydələn tikir

Hazırda ciddi sıxlıq, avtomobillərin binaya girişində dəqiqələrlə gözləmə, parklanmada çətinliklər var. Bir müddət öncə binada baş verən yanğın zamanı FHN-in yanğınsöndürəni yanğın baş verən mənzilə yaxınlaşmaq üçün 30 dəqiqədən artıq gözləməyə məcbur olmuşdu. Çünki həyətdəki sıxlıq iri qabaritli maşınların hərəkətini mümkünsüz edir.

Yalnız bundan sonra həyətə giriş-çıxışa nəzarət gücləndirilib. Buna baxmayaraq, sıxlığa nəzarət etmək yenə də mümkün deyil.
455 mənzilli kompleksdə məskunlaşma tam başa çatmayıb, hələ 70-dən çox mənzil boşdur. Məskunlaşmanın tam başa çatmasından sonra binanın həyətinə düşən yoldakı sıxlığın hansı səviyyədə olacağı indidən bəllidir.

Ərazidə yalnız 269 saylı məktəbin önündə 0,3 hektar boş ərazi var – yəni 30 sot. Yeni binanın da tikintisinə orada başlanılıb.

Aksiya və İH məsələyə qarışır

Ötən il 44 günlük savaşdan dərhal sonra sözügedən ərazidə Qaya-İnşaat MTN bina tikilməsi üçün ikinci dəfə qazıntı işlərinə başladı. Sakinlər bu binanın sıxlığı dəhşətli dərəcədə artıracağı, bu ərazidə yaşamağın artıq mümkünsüz olacağını bildirərək, aksiya keçirdi və Xətai rayon İcra Hakimiyyətinə müraciət edildi.

Xətai Rayon İcra Hakimiyyətindən gələn nümayəndələr ərazidə bina tikintisinin münasib olmadığını, bu tikintiyə icazənin ləğv edilməsi üçün Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edildiyini, cavab alındıqdan sonra sözügedən ərazidə kiçik park düzəldiləcəyini elan etdi.

Xətai İH-in mediaya da təqdim etdiyi rəsmi açıqlaması budur:
“Xətai rayonu, Gəncə prospekti 2942A ünvanındakı məhəllədə yerləşən torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin 125 saylı, 19.03.2015-ci il tarixli sərəncamı ilə yaşayış binalarının layihələndirilməsi üçün “Qaya-İnşaat” MMC-yə icarəyə verilib.
Hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16.11.2018-ci il tarixli 1118092941 qeydiyyat nömrəli çıxarışına əsasən yaşayış məntəqələrinin torpaqlar kateqoriyasına aid olan 0,32 ha torpaq sahəsi həmin müəssisənin istifadəsindədir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 24.10.2019-cu il tarixli 33 saylı sərəncamı ilə “Qaya-İnşaat” MMC-nin istifadəsində olan həmin torpaq sahəsində layihələndirilən çoxmərtəbəli yaşayış binasının şəhərsalma normalarına və qanunvericiliyin tələblərinə uyğun tikintiyə icazə verilməsi üçün komitə tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada rəy bildirmələri məqsədi ilə aidiyyəti qurumlara sorğular göndərilib. Hazırda həmin ərazidə heç bir tikinti işləri getmir və nəzarətimizdədir”.
Bu açıqlamadan qısa müddət sonra Fövqəladə Hallar Nazirliyindən əraziyə baxış üçün mütəxəssislər gəldi.

FHN mütəxəssisləri nələri aşkarladı?

FHN mütəxəssisləri ərazidə bina tikintisinin mümkün olub-olmadığını müəyyən etməli idilər. Onlar sakinlərin sözünü eşitmədən, ərazidə də heç bir ölçmə aparmadan yalnız MTK rəhbəri ilə “müzakirələr aparıb” çıxıb getdilər.
Ötən gün ərazidə tikintinin yenidən başlaması isə sübut edir ki, FHN tikintinin “normalara uyğun olması”na qərar verib - baxmayaraq ki, bir neçə ay öncə yanğın törəyən mənzilə FHN yanğınsöndürəni yaxınlaşa bilməmişdi. FHN hansı əsasla icazə verib, hansı ölçmə aparıb, prospektə birbaşa çıxışı olmayan, yolsuz, məktəbdən cəmi 8 metr məsafədə göydələn üçün dərin bünövrə qazılmasını necə sənədləşdirib?

Buna FHN cavab verməlidir.

Şəhərsalma və Arxitektura Komitəsi də ərazidə bina tikintisinin tikinti normalarına uyğun olmadığını mediaya açıqlamasında təsdiqləmişdi və bu barədə MTK rəhbərinə təlimat veriləcəyini vəd etmişdi.

Qeyd edək ki, Şəhərsalma və Arxitektura Komitəsinə 2020-ci ilin yanvar ayında yeni sədr təyin edilib. Prezident İlham Əliyev yeni sədr Anar Quliyevə təlimatlar da vermişdi: Bakıda özbaşınalığa son qoymaq, tikintiləri şəhərin arxitekturasına və yaşayış minimumlarına uyğun aparmaq və s.
A.Quliyev komitə sədri təyin olunandan sonra tikintilərin dayandırılması və yoxlanılması ciddi bir ümid də yaratmışdı. Üstəlik, Komitənin mediaya açıqlaması bu qanunsuz icazənin ləğv ediləcəyi, ərazinin yaşayış üçün cəhənnəmə çevrilməsinin qarşısının alınacağına ümid yaradırdı.
Ancaq qısa müddət sonra Xətai İH-in nümayəndəsi ərazidə yaşayan sakinlərə bildirdi ki, İH verdiyi vədi icra edə bilməyəcək. Çünki Qaya-İnşaat MTK-nı “nüfuzlu bir nazir” himayə edir və o, həm Arxitektura Komitəsinə, həm də İH-ə təsir edir. İH isə bu təsirə dözmək iqtidarında olmadığını etiraf etdi.

Kimdir bu iri nazir?

Hansısa nazirin bu kiçik ərazidə insanların həyatını cəhənnəmə döndərmək üçün təkid etməsi ağlasığmazdır. Niyə, məsələn, alternativ yer təklifi qəbul edilmir? Niyə mütləq məktəbin önündə bu bina tikilməli, məktəbin yolu bağlanmalı, ərazi dözülməz sıxlığa məhkum edilməlidir?

Bu sualların hamısı açıq qalır və hələlik, o nazirin adı də açıqlanmır.
Ərazidə yaşayan sakinlər isə həftə sonu aksiyaya hazırlaşırlar...












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru