Ağstafa Regional Mədəniyyət İdarəsində NƏ BAŞ VERİR? - İDDİA
Tarix: 4-05-2021, 09:43 | Çap et
Yeni mədəniyyət naziri Anar Kərimovun əmri əsasında, özünün pis günlərini yaşayan Ağstafa Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunanda, bu sahənin təəssübünü çəkənlərin ilk vaxtlar gözləntiləri çox olsa da, çox təəssüflər ki, indiyədək gözlənilənlər olmayıb. Konkret desək, yeni rəis Elbəy Əlinin, hələ ki, görünən və yadda qalası xoşagələn bir fəaliyyəti ortada yoxdur. Ölkə mediasında və sosial şəbəkələrdə onun rəhbər fəaliyyətinə aid yazılanlar da, ürəkaçan deyil. Elə, araz.az-ın bu barədə olan ötən yazılarında da, Elbəy Əlinin özünü rəhbər kimi yaxşı yöndən göstərə bilmədiyi xüsusi vurğulanıb, adı yeni nazirin regional mədəniyyət idarələrinə rəis təyin etdiyi naşı kadrlar sırasında öndə çəkilib, yüksək məsuliyyət tələb edən rəis fəaliyyətindəki nöqsan və qanunsuzluqlar ciddi şəkildə tənqid olunub. araz.az-ın bu yazısı da, 35 yaşlı rəisin hədsiz haqlı narazılıqlar yaradan yarıtmaz fəaliyyəti barədədir və redaksiyaya daxil olan çoxsaylı məlumatların birinin əsasında qələmə alınıb. Bu yazıda da, xüsusi olaraq onu qeyd etmişik ki, yeni rəisin həyata keçirdiyi naşı idarəçiliyin əmələ gətirdiyi fəsadlar Ağstafa Regional Mədəniyyət İdarəsini yeniliklərə deyil, köhnəliyə sürükləyəcək.
Sözsüz ki, bu gün Regional Mədəniyyət İdarəsində baş verənlərin müzakirə olunmasının kifayət qədər ciddi əsasları var. Maraqlıdır ki, indiyə kimi bu idarədə yaşananlarla bağlı ölkənin bir çox nüfuzlu media qurumlarında məqalələr tirajlanır, Nazirlik rəsmləri isə susmaqda davam edirlər. O halda sual oluna bilər ki, görəsən cənab Anar Kərimovun həyata keçirdiyi idarəçiliklə bağlı verilən təlimatlar digər regional idarələrdə bir cür, Ağstafa Regional Mədəniyyət İdarəsində isə fərqli formada həyata keçirilməlidir? Məsələn, bu şəxs vəzifəsini icraasına başladıqdan az sonra, digər regional mədəniyyət idarələrindən fərqli olaraq, məhz rəhbərlik etdiyi bu idarənin sturuktur vahidlərində fərqli qaydalar tətbiq etməyə başladı. Yəni hansı şəxs ailə üzvləri eyni müəssisədə çalışırsa, həmin şəxslərdən biri ya daşıdığı vəzifəsi ilə vidalaşmalı, ya da ki, digər cəza növləri ilə üz-üzə qalmalı oldu.
Son günlər burada daha çox müzakirə olunan, idarədə qarşıdurmanın və kütləvi narazılıqların güclənməsinə səbəb olan xoşagəlməzliklərdən biri də, Ağstafa mədəniyyətinin qurucularından olan, vaxtilə Ağstafa rayon Mədəniyyət Mərkəzinə rəhbərlik edən, yaş həddinə görə təqaüdə çıxmasına üç il qalan Gülgün Kərim oğlu Kərimova qarşı yeni rəisin başladığı savaşdır. Bu barədə araz.az-ı məlumatlandıran mənbə bildirir ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli bu şəxsə qarşı əsl “səlib yürüşü”nə başlayıb və rəis müavini vəzifəsini daşıyan Gülgün Kərimovu daşıdığı vəzifəsindən uzaqlaşdırmaqda israrlıdır. Rəis bu barədə qərar verməklə bərabər, həm də mədəniyyət sahəsində tanınan bu şəxsi, "el görkü", ştat cədvəli üzrə cəmi üç nəfərin çalışdığı Hüseyn Arif adına Ev Muzeyinə rəhbər təyin etmək istəyir. Onu da unutmaq olmaz ki, Kərimov soyadını daşıyan bu şəxsin mədəniyyətimizin inkişaf etdirilməsində xüsusi rolu olub ki, o, 21 iyun 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncam əsasında “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunur. Düşündürücü haldır ki, bu şəxsə qarşı ölkə rəhbəri səviyyəsində belə bir münasibət bəslənilir, mədəniyyət sahəsində göstərdiyi xidmətləri lazımınca qiymətləndirilir, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Elbəy Əli isə, məhz daşıdığı vəzifəsinin imkanlarından yararlanaraq Gülgün Kərimovu “gözümçıxdıya salmaq”la məşğul olur. Əslində, bu cür yanaşmanın, belə bir münasibətin varlığı cənab Prezidentin imzaladığı Sərəncama qarşı çıxmaq deməkdir. Məsələnin diqqəti cəlb edən digər tərəfi isə ondan ibarətdir ki, idarə rəisinin bu yöndə atdığı addımlar Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrdə çalışanlardan tam əksəriyyətinin hiddətinə səbəb olmaqdadır. Bu da o deməkdir ki, həmin şəxsləri dövlət-hakimiyyət orqanlarından narazı salmaq, məhz Əli Elbəyin maraq dairəsinə daxil olan məsələlərdəndir.
Yayılan söz-söhbətlərdə o da qeyd olunur ki, Regional Mədəniyyət İdarəsi rəisinin Gülgün Kərimova qarşı “qırmızı işıq” yandırmasının kökündə Əli Elbəyin bu şəxsin daşıdığı vəzifəyə, məhz özünə bağlı olan bir şəxsi təyin etməyə çalışması durur. Bundan əlavə, baş verən qarşıdurmaları, əmələ gələn narazılıqları və s. təhlil edib belə bir qənaətə də gəlmək olar ki, cənab Anar Kərimovun imzaladığı əmr əsasında Ağstafa Regional Mədəniyyət İdarəsinə rəis təyin olunan bu şəxs hər kəsə bəyan etmək istəyir ki, mən nəyi necə düşünürəmsə həmin qaydada da addım atmağa qabil olan vəzifə sahibiyəm. Əslində vəzifə sahibi olan şəxs belə bir addımları ilə deyil, məhz əldə etdiyi uğurları ilə öyünməlidir. O halda sual oluna bilər ki, görəsən Elbəy Əli Regional Mədəniyyət İdarəsində vəzifəsinin icraasına başladığı gündən indiyə kimi hansı uğurlara imza atıb, yaxud da atıbmı? Kimin bu haqda hansı məlumatı var? Məlumatı olan hər kəs gözəl bilir ki, bu şəxs rəhbərlik etdiyi sahədə çoxsaylı qarşıdurmalar, narazılıqlar və s. yaratmaqla, indiyə kimi bu yöndə hədsiz uğurlara imza atıb. Konkret desək, Azərbaycan üçün həssas olan belə bir dönəmdə, ortada heç nə dəyişməyib. Mövzuya qayıdacağıq.
araz.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|