Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

Heybət İmanov saxta əlilliklə aldığı müavinəti niyə dövlətə qaytarmır? - İTTİHAM
Tarix: 26-05-2021, 09:53 | Çap et
Heybət İmanov saxta əlilliklə aldığı müavinəti niyə dövlətə qaytarmır?
Mən artıq dördüncü dəfədir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon nümayəndəliyində korrupsiya şəbəkəsini ifşa edən faktları mətbuatda açıqlayıram. Hüquq-mühafizə orqanlarına ünvanladığım siqnal ərizələrin isə sayı onlarladır. Çox qəribədir ki, ƏƏSMN-nin Xaçmaz nümayəndəliyi ətrafında çəkdiyi gözəgörünməz “müdafiə səddini” aşmaq heç cürə mümkün olmur. ƏƏSMN-nin səlahiyyətli şəxsləri hüquq pozuntuları törətmiş, hal-hazırda da Nümayəndəlikdə işləyən şəxsləri o qədər ürəklə müdafiə edir ki, adamın təəccüblənərək “aaaa!” deməkdən başqa əlindən bir şey gəlmir. Birinci dəfə hüquq-mühafizə orqanına müraciət edərkən həmin Nümayəndəliyin direktoru vəzifəsində işləyən Həmidov Ceyhun Elçin oğlunu ƏƏSMN-i “öz arzusu” ilə işdən azad etdi. Lakin onun vətəndaşlara saxta iş yerləri açaraq, sosial yardım almaq hüququ yaratdıqları şəxslərin qanunsuz mənimsədikləri on min manatlarla pullar dövlətə qaytarılmadı. Həmidov da qanunsuz əməllərinə görə Qanun qarşısında cavab vermədi. Məmmədov Xavər Həmid qızının heç bir yerdə işləməyən dost-doğmaca qızı Bayramova Fəzilə Fizuli qızı pensiyaçıları aldadaraq onlardan notarial qaydada etibarnamə alırdı. Bundan sonra da pensiyaçının pensiya kartını Kapital Bankın Xaçmaz şöbəsində alıb, vətəndaşın hesabında olan böyük məbləğdə pulunu mənimsəyirdi. Həmin böyük məbləğlər ona görə yaranırdı ki, pensiyaçı pensiya hüququnun yarandığını subyektiv və ya obyektiv səbəblərdən bilmirdi. Bunun nəticəsində də pensiyaçının illər ərzində almalı olduğu DSMF-nun vəsait borcu yaranırdı. Həmin məbləğlər pensiyaçıya hissə-hissə ödənilməli olduğu halda vətəndaşa qanun izah olunmurdu. Bayramova Fəzilə hesabında böyük məbləğdə pul toplanmış pensiyaçının pensiya kartını aldıqdan sonra hissə-hissə ödənilməli olan böyük məbləğ 2 pensiya kartına tam yüklənirdi (Qanunazidd olaraq). Həmin pulu da Bayramova Fəzilə “çırpışdırıb” 2017-2018-ci illərdə DSMF-nun Xaçmaz rayon Şöbəsinin müdiri olmuş Rüstəmov Yasinin bilavasitə nəzarəti ilə Həmidov Ceyhuna verirdi. Beləliklə, pensiyaçıların yüz minlərlə pulu mənimsənilib. Həmin pullar pensiyaçılara qaytarıldımı? Yox! Ağayeva Zeynəb Sosial Xidmətlər Agentliyinin Xaçmaz şöbəsində mütəxəssis işləyir. Övladları rayon ərazisindən kənarda yaşayan və yaxud tənha qoca və I, II qrup əlillərə xidmət üzrə sosial işçilərə nəzarət edir, tək və qocalara baxan işçilərin ştat vahidlərinin ixtisara gedilməməsi üçün ƏƏSMN-nə yalan məlumatlar verir. Uzun illərdir ki, o, övladları rayon ərazisində yaşayan pensiyaçıları da qulluğa ehtiyacı olan şəxslər kimi qeydiyyata götürür. Halbuki, mövcud qanunçuluğa əsasən övladları rayon ərazisində olan pensiyaçılar qulluğa ehtiyacı olan şəxslər kateqoriyasına aid deyil. Ağayeva tabeliyindəki sosial işçilərin ştat vahidlərinin ixtisar olunmaması üçün dövləti aldadır, hər ay minlərlə dövlət vəsaiti qanunsuz olaraq mənimsənilir. Ağayevanın adı həmçinin vətəndaşlara qanunsuz sosial yardımların ödənişlərində də, ərzaq yardımlarının qanunsuz verilməsində də hallanır. Ağayeva 18 yaşdan kiçik, sağlam qızı üçün “fiziki qüsurlu” diaqnozu ilə saxta sosial müavinət almışdır. Həmin böyük qanunsuz ödənişlər dövlətə qaytarıldımı? Yox! Nümayəndəlikdə işləyən Məmmədova Səidə Şahnəzər qızı övladları – qızı və oğlu üçün “fiziki qüsurlu əlil uşaq” diaqnozu ilə illərdir ki, saxta sosial müavinət alır. Bu azmış kimi özü də II qrup saxta əlilliyə görə pensiya alır. Bu işdə ona Xaçmaz rayon Xəstəxanasında Məmmədovanın xəstəlik diaqnozuna imza edən həkim kömək edir. Hətta I Qarabağ Müharibəsi vaxtı HƏEK-nin müddətsiz təyin etdiklər I, II, III qrup əlillərin belə pensiyalarını dayandıran ƏƏSMN-i görəsən saxta əlilliyə görə pensiya alan bu şəxslərin pensiyalarını niyə dayandırmır?

1. Əhmədov Çingiz Təbriz oğlu bir neçə rayonda, o cümlədən Xaçmaz rayonunda şöbə müdiri vəzifəsində işləyib. İşdən azad olunduqdan sonra saxta əlillik düzəldərək yüksək pensiya alır.

2. Bəkdəmirov Sahib Kamil oğlu və arvadı Bəkdəmirova Arzu əlilliyə görə saxta pensiya alırlar. S. Bəkdəmirov DSMF-nun Xaçmaz rayon şöbəsində müavin, sektor müdiri vəzifəsində işləyib. İşdən azad olunan kimi saxta əlillik alaraq yüksək məbləğdə pensiya alır.

3. Məmmədova Şəlalə Əbil qızı DSMF-nun Xaçmaz rayon şöbəsindən işdən azad olunduqdan sonra saxta əlillik alaraq, yüksək məbləğdə pensiya alır.

4. Mahmudov Sabir Sahib oğlu uzun illərdir ki, sağlam olduğu halda saxta əlilliyə görə pensiyası alır. Bundan əlavə heç bir əsas olmadan pensiyasının üzərinə əlavə hesablanıb və böyük məbləğdə pul ödənilib. Nümayəndəliyin işçisi Süleymanov Ceyhun “fərdi uçot sektoru”nun müdiri olduğu zamanlarda onlarla saxta "F-4" arayışları yazaraq, pensiyaçıların 2006-cı il tarixdən sonrakı işlədikləri müddətdə pensiya kapitalını ya şişirdir, ya da olmuş kimi göstərirdi. Bunun nəticəsində onlarla vətəndaşa qanunsuz pensiya təyinatları olmuşdur. Həmin qanunsuz ödənişlərə görə Süleymanov qanun qarşısında cavab verdimi?

Yox! ƏƏSMN-nin sayın məsul şəxsləri! Sizin vəzifə səlahiyyətlərinizdə korrupsioneri, saxtakarı, rüşvətxoru bağışlamaq varmı? Niyə onlar haqda məlumatları hüquq-mühafizə orqanlarına vermirsiniz? Siz bu şəxsləri işdən “öz arzuları ilə” azad etməklə onları əksinə mükafatlandırırsınız! Bu üsulla Rüstəmovu, Həmidovu, Məmmədovanı (qızı Bayramovanı), Süleymanovu, Ağayevanı və Məmmədxanovanı “təhlükəli, həyəcanlı bölgə”dən uzaqlaşdırıb, “neytral bölgə”yə çəkməklə mənisədikləri yüz minlərlə pulu rahatlıqla həzmi-rabedən keçirmələrinə şərait yaradırsınız. Bu adamları “bağışlamaq” haqqını haradan almısınız? Hətta məhkəmələrin belə, korrupsioneri bağışlamaq hüququ yoxdur. Dövlət başçımız, möhtərəm prezidentimiz İlham Əliyev dəfələrlə korrupsiyaya qarşı barışmazlığını bildirib. Bəs niyə ƏƏSMN-nin bəzi səlahiyyətli şəxsləri bu adamları bağışlayır?!

Məni heç bir qanun pozuntusuna yol vermədiyim halda 29.07.2020-ci il tarixdən işdən azad etdiniz. Adını da qoydunuz ki, guya minlərlə işçi bir anda kəndilərini “qayb edib”, öz arzuları ilə işdən çıxmaq istədilər. Halbuki, həmin işçiləri siz “Publikdə işlə təmin etmək üçün işdən çıxma haqqında ərizə yazmalısınız” deyə məcbur etdiniz. Mən işdən çıxma haqda ərizə yazmasam da, məni də minlərlə işçi ilə bərabər işdən çıxardınız. Hazırda yüzlərlə işçi məhkəmələrə müraciət edib, aldadılaraq, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə Nazirliyin təzyiqi ilə “işdən çıxma” haqda ərizə yazdıqlarını bildirsələr də, hakimlər bu əsas fakta əhəmiyyət vermirlər. ƏƏSMN-nin mənafeyinə uyğun qətnamə və qərarlar qəbul edirlər. Mənim işdən çıxma və məcburi iş buraxmaya görə iddiamı Sumqayıt İnzibati Məhkəməsinin hakimi Vəfa Əzizova 15.09.2020-ci il tarixdə icraata götürüb. Bundan sonra mən aylardır ki, məhkəmə yollarında sürünürəm. Aylarla qətnamənin nəticəsi 4 elan olunmayıb. Nəhayət, 15.04.2021-ci il tarixdə mənim iddiamın təmin olunmaması haqda qətnamə elan olunsa da, mən həmin qətnaməni ala bilmirəm. Hətta Sumqayıt İnzibati Məhkəməsinə şəxsən gedib qətnaməni tələb etsəm də, vermədilər. Mənə bildirdilər ki, işimiz çoxdur, bu səbəbdən qətnaməni hazır etməmişik, bizi başa düşün. Hörmətli Məhkəmə Hüquq Şurasının səlahiyyətli vəzifə sahibləri! Mümkünsə, hakim Vəfa Əzizovanın işini bir az azaldın ki, o məhkəmə baxışı keçirdiyi işlərin qətnaməsini versin. ƏƏSMN-yi rüşvət və korrupsiyaya barışmazlıq simvolu olmaq nümayişi illüziyadan başqa bir şey deyil. Faktlar bunun əksini göstərir. Nazirlik yerlərdə, şöbələrdə işləyən işçilərin ştat vahidlərini azaltmaqla, guya büdcəyə qənaət etmək məqsədyönlü olmasını göstərmək istəyir. Lakin mərkəzdə, Bakıda əlavə bürokratik süründürməçiliyə yol verən əlavə mərkəzlər açılıb. Nəticədə ən elementar suallara cavab tapa bilməyən pensiyaçılar “görünməz” süründürməçilik labirintində çapalayırlar. Nazirlik dəfələrlə bəyan edib ki, saxta əlillik qruplarını müəyyən edərək dayandırır. Lakin nədənsə, Nazirliyin “saxta əlillik” deyə dayandırdıqları əlillər mətbuat və televiziyaya şikayət edərkən onların həqiqi fiziki qüsurlu olduqları xaricdən də görünür. Görəsən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində işləyən “peşəkar” həkimlərin obyektivlik hissi niyə korroziyaya uğrayıb. Alimlərin bildirdiklərinə görə Yer planetinin oxu yerindən oynayıb, bunun nəticəsində qeyri-adi təbiət hadisələri baş verir. Bəlkə insanların da “insanlıq” meyarlarında bu qədər aşınmalar bu səbəbdən baş verir.

P.S. ƏƏSMN-nin Daxili Nəzarət və Audit şöbəsinin müdiri Heybət İmanov saxta əlillik qruplarının dayandırılması haqda Nazirə vaxtaşırı məlumat verir. İmanov özünün də əlilliyə görə pensiya almağını ictimaiyyətin məlumatı olmasını bildikdən sonra əlillik qrupunu dayandırıb. Hörmətli İmanov! Bəs Siz artıq aldığınız dövlət pulunu dövlətə qaytardınızmı?

Yenixeber.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru