Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

Təhsil sisteminin vəzifə monopoliyasının «BOSS»u kimdir? - İTTİHAM
Tarix: 27-05-2021, 09:34 | Çap et
Təhsil sisteminin vəzifə monopoliyasının «BOSS»u kimdir?
Təhsil sistemində mövcud duruma diqqət yetirdikdə adamda elə qənaət formalaşır ki, sanki bu həyati əhəmiyyətli sahəyə məsul olanlar ümummilli maraqları deyil, kimlərinsə maraqlarını qoruyurlar. Əgər belə olmasaydı ard-arda qəbul edilən dövlət proqramları, ayrılan milyonlarla manat vəsait, diqqət və qayğıya rəğmən vəziyyət bu qədər acınacaqlı olmazdı. Təhsil sistemində müxtəlif qruplaşmaların olması, onların öz maraqlarını təmin etmək üçün amansız mübarizə aparması barədə mediada çeşidli məlumatlara rast gəlmək olar. Məhz müxtəlif maraqların toqquşduğu və təmin edildiyi, Ümummilli liderin “millətin gələcəyi” adlandırdığı bir sahənin belə gedərsə gələcəyinin necə olacağı çox şübhəlidir.

Son zamanlar ən çox nazir dəyişikliyi məhz Təhsil nazirliyində baş tutub. E.Əmrullayevin gəlişindən sonra vəziyyətin müsbətə doğru dəyişəcəyini gözləyənlərin ümidləri hələ ki, doğrulmayıb. Emin müəllim indiyə qədər ona ünvanlanan suallara, haqqında söylənilən çeşidli informasiyalara da heç bir reaksiya verməməklə və yaxud təkzib etmdiyi üçün çoxsaylı suallara meydan açıb.
Belə məlumatlardan biri cənab nazirin FETO bağlantıları ilə əlaqədardır. Bildirilir ki, E.Əmrullayev uzun illərdir ki, hələ Qafqaz Universiteti dönəmindən FETO-çularla olduqca sıcaq əlaqələr yaratmış, onların Azərbaycanda həyata keçirdiyi bir çox layihələrə rəhbərlik edib. Hətta zamanında hakim komandaya onun təqdimatının da FETO-nun ölkəmizdə əsas funksionerlərindən biri olan, zamanında qılıncının dalı da,qabağı da kəsən prezidentin sabiq köməkçisi Əli Həsənov tərəfindən edildiyi bildirilir.

Ümumiyyətlə E.Əmrullayevin Ə.Həsənovun “yetirməsi” olması barədə mediada müxtəlif səpkili məlumatlar verilib. Onun zamanında Ə.Həsənovun xanımı S.Vəliyevanın yanında çalışması, nəhayətdə məhz onların təqdimatı əsasında müxtəlif pillələrdə irəliləyərək nazir kürsüsünə gətirildiyi bildirilir. Bir daha qeyd edirik ki, haqqında səsləndirlilən ittihamların çox ciddi olmasına baxmayaraq Təhsil naziri indiyə qədər onlara heç bir reaksiya verməyib.

Təhsil sistemində mövcud olan qruplaşmalardan ən böyüyünə Təhsil nazirinin sabiq müavini Məhəbbət Vəliyevanın rəhbərlik etməsi də kimsəyə sirr deyil. Təsadüfi deyil ki, Azərbaycan təhsilinin “Məhəbbət Vəliyeva problemi” barəsində mediada və şəxsən tərəfimdən uzun müddət tənqidi materiallar yayımlanıb. Təhsil sistemində hansı vəzifədə olmasından asılı olmayaraq həmişə nöqsanlı fəaliyyəti ilə diqqətləri cəlb edən Məhəbbət Vəliyeva axır ki, sonuncu tutduğu nazir müavini vəzifəsindən uzaqlaşdırıldı. Düşünmək olar ki, bununla problemə son qoyulub. Amma, dərindən nəzər yetirdikdə görürük ki, təhsilin müxtəlif sahələrində Məhəbbət Vəliyevaya bu və digər formada bağlı olan çoxsaylı kadrlar hələ də mühüm postlardadır. Beləliklə Azərbaycan təhsilində “post-vəliyeva” dövrü başlayıb.
Məhəbbət Vəliyevanın vəzifə pillələrində sürətli yüksəlişi son 12 ili əhatə edir. 2008-2014-cü illərdə Zərifə Əliyeva adına liseyin direktoru olan Məhəbbət Vəliyeva sonradan BŞTİ-nin əvvəlcə müdir müavini,daha sonra müdiri,2018-ci ildən etibarən isə Təhsil nazirinin müavini təyin olunub. Rubrika.az saytına onun hələ lisey direktoru olduğu zamanlardan bir çox şübhəli əlaqələrinin olması barədə məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, zamanında ölkəmizdə güclü təşkilatlanan FETO-çularla Məhəbbət Vəliyeva sıx əlaqələr yaradaraq iş birliyinə nail olub. Belə ki, Qafqaz Universiteti, Araz kurslarnın, həmçinin rayonlarda fəaliyyət göstərən türk liseyləri(xüsusilə Qubada yerləşən türk liseyi ) ilə iş birliyi yaradan Məhəbbət Vəliyeva bu yolla FETO-çuların özü də xəbəri olmadan yaxın müttəfiqinə çevrilir. Türkiyədə reallaşmayan FETO çevrilişindən sonra Azərbaycanda da onların dayaqları silkələndi, məktəbləri bağlanıldı. Belə bir zamanda Məhəbbət Vəliyeva keçmiş müttəfiqliyə sadiq qalaraq bağlanan liseylərin, kursların şagirdlərini rəhbərlik etdiyi Z.Əliyeva adına liseydə yerləşdirməyə başlayır. Məlumatda bildirilir ki, bütün bu yerdəyişmələr ona külli miqdarada pullar qazandırıb.

BŞTİ-nə rəhbərlik etdiyi, eləcə də nazir müavini olduğu dövrlərdə Məhəbbət Vəliyeva öz yaxınlarını və “məsləhət bildiyi” şəxsləri mühüm vəzifələrə, paytaxt məktəblərində direktor kürsülərinə əyləşdirib. Son dəfə baş tutan kütləvi direktor dəyişikliklərində vəzifə alanların mütləq əksəriyyəti məhz onun namizədləri olub. Maraqlıdır ki, bütün bu təyinatların demək olar ki, hamısı Məhəbbət Vəliyevanın gözündən irağa qoymadığı Z.Əliyeva adına liseyin kollektivi içərisindən baş tutub.
Qeyd etdiyimiz kimi Z.Əliyeva adına lisey Məhəbbət Vəliyeva üçün xüsusi əhəmiyyətli təhsil ocağıdır. Özü liseyin rəhbərliyini tərk etdikdən sonra buraya yaxın rəfiqəsi Mehriban Vəliyevanı direktor gətirmiş, onun BŞTİ-yə müdir təyinatından sonra isə əmisi qızı olduğu bildirilən Aynur Hüseynovanı liseyin rəhbərliyinə gətirməyə müvəffəq olmuşdur. Nəzərə alsaq ki, Məhəbbət Vəliyevanın qızı liseyin baş mühasibidir, o zaman təhsil müəssisəsinin hansı dərəcədə onun nəzarətində olduğu aydın olar. Mövcud vəziyyətlə əlaqədar Z.Əliyeva adına liseyin hazırki direktor əvəzi Aynur Hüseynova ilə telefon əlaqəsi saxladıq. Münasibət öyrənmək istədik. Lakin elə həmin an qanuna aidiyyatı olmasa da bizim liseyə müraciətimiz BŞTİ-nin yeni rəhbəri Mehriban Vəliyevaya bildirilir. Bu olanlar təhsil sistemində vəzifə monopoliyasından xəbər vermirmi? Çox təbii ki, bu «monopolistlər» məhkəmələrlə bu və ya digər şəkildə məni haqsız çıxarmağa çalışırlar. Lakin unutmurlar ki, «görünən dağın bələdçisi olmur». Məhəbbət Vəliyevanın liseyə rəhbərlik etdiyi dönəmlərlə bağlı şübhəli məqamlar çoxdur. Belə ki, 2013-cü ildə liseydə aparılan yoxlamadan sonra o qəflətən infarkt keçirir, ağır vəziyyətə düşür. Amma bu dəfə də gözəgörünməz əllər onu xilas edə bilir, nazirliyin daxili nəzarət şöbəsi “söhbəti bağlayır.”
Beləliklə, böyük səs-küylə nazir müavini vəzifəsindən uzaqlaşdırılan Məhəbbət Vəliyeva ona göstərilən etimadı heç bir sahədə doğrulda bilməyib.Buna baxmayaraq bu gün də onun müxtəlif vasitələrlə təhsil sistemində təsir rıçaqlarını saxladığını görürük. Bu gün də təhsil sahəsində sahibi olduğu özəl kurslara rəhbərlik etməsi sırf bununla bağlıdır. Yuxarıda sadaladığımız məlumatlar özlüyündə ciddi məqamları ehtiva etdiyi üçün hörmətli təhsil naziri Emin Əmrullayevdən və BŞTİ-nin müdiri Mehriban Vəliyevadan bəzi suallarımızı cavablandırmalarını rica edirik.

1. Cənab nazir! Haqqınızda FETO ilə sıx əlaqədə olmanız və zamanında onların bir çox layihələrinə rəhbərlik etməniz barəsində səsləndirilən ittihamlara münasibətiniz necədir? Belə əlaqələrin olmadığını hansı arqumentlərlə sübut etmək olar?

2. Həmçinin sizin Əli Həsənovla olan əlaqələriniz də diqqət mərkəzindədir. Qeyd etdiyimiz kimi məhz onun təqdimatı ilə zamanında təhsil sistemində yüksək vəzifələrə gəlmisiniz. Bu məsələyə münasibətiniz necədir?

3. Hal-hazırda Əli Həsənovla hər hansı əlaqələriniz varmı?

4. Təhsil sahəsində kifayət qədər problemlər hökm sürür. Bu gün də bu vacib sahədə rüşvət və korrupsiyanın olması heç kimə sirr deyil. Bilavasitə rəhbərlik etdiyiniz sahədə kütləvi korrupsiya faktlarının olması narahatlıq doğurur. Hətta əksər məktəblərdə müəllimlərin əmək haqqından qanunsuz tutulmalar olduğu, onların direktorlara aylıq haqq ödədiyi də məlumdur. Təhsil naziri olaraq bu hallar barəsində niyə qəti tədbirlər görülmür? Rəhbərlik etdiyiniz sahədə korrupsiyaya qarşı hansı tədbirlər görülür?

5. Məktəb direktorlarının vəzifəyə təyinatında da qanunsuzluqların, tapşırılmaların olduğu bildirilir. Nazir təyin olunandan sonra paytaxtın 20-yə yaxın məktəbində direktor dəyişikliyi baş verdi. Nazir təyinatınızdan çox qısa müddət sonra baş tutan bu təyinatlarda hansı kriteriyaları əsas götürmüşdünüz? Həmin şəxslərin təyinatında Məhəbbət Vəliyevanın rolu nə qədər olub? (Redaksiyamıza daxil olan məlumatda həmin direktorların məhz keçmiş müavininizin kadrları olduğu bildirilir)

6. Təhsil sistemində müxtəlif vəzifələrdə işlədiyi dövrlərdə haqqında çeşidli məlumatlar yayılan Məhəbbət Vəliyevanın fəaliyyətinin araşdırılması üçün hansısa tədbirlər həyata keçirilirmi?

7. 2013-cü ildə Z.Əliyeva adına liseydə aşkarlanan və Məhəbbət Vəliyevanın infarkt keçirməsi ilə nəticələnən korrupsiya faktları kimlər tərəfindən ört-basdır edilib və məsuliyyət sahibləri nədən cəzasız qalıb?

8. Məhəbbət Vəliyevanın indiyə qədər hakimiyyətdə təmsil olunan hər hansı yüksək ranqlı məmur tərəfindən himayə olunması barədə münasibətinizi bildirərdiniz.

9. Z.Əliyeva adına liseyə özündən sonra yaxınlarını rəhbər təyin edən Məhəbbət Vəliyevanın bu təhsil ocağını “özəl müəssisəsi” kimi işlətməsinə nədən son qoyulmur?

10.BŞTİ-nə müdir təyin olunan Mehriban Vəliyeva uzun illər məhz Məhəbbət Vəliyevanın “kadrı” kimi tanınıb və liseydə onun adamı kimi rəhbərlik edib. Mehriban xanım indiyə qədər haqqında səsləndirilən ittihamlara hər hansı reaksiya verməyib. Bütün bunlar deyilənlərin təsiqi kimi qəbul edilə bilərmi?

11.Hal-hazırda liseyə Məhəbbət Vəliyevanın əmisi qızının rəhbərlik etdiyi və öz qızının da baş mühasib olduğu məlumdur. Zərifə Əliyeva adına liseyə Məhəbbət Vəliyevanın daha hansı yaxın qohumlarından qeyri kimsənin rəhbərlik etməsi haqqında münasibət bildirməyiniz xahiş olunur.

12. Təhsil Nazirliyindən yarıtmaz fəaliyyətinə görə uzaqlaşdırılan Məhəbbət Vəliyevanın kadrlarının hələ də öz mövqelərini qorumalarının səbəbləri nədir? Əgər həqiqətən də xanım Vəliyeva və kadrları bu qədər əvəzolunmaz idilərsə, nədən nazir müavini vəzifəsindən azad olunurdu?

RUBRİKA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru