AZ ALmadığı bir yana, Allah yeni ideyalarından qorusun - “Şər deməsən, xeyir gəlməz”
Tarix: 26-06-2021, 11:17 | Çap et
Bir neçə ay qabaq “Azərbaycan Hava yolları” QSC-nın (AZAL) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Prezidentin sərəncamı oldu. Baharın gəlişində “novruzlanan” AZAL barəsindəki bu qərar çoxunu sevindirdi. Elə bildik ki, Şura tərkibinin dəyişməsi yeniliklər, xeyirimizə qərarlarla dolu olacaq. Müşahidə Şurasının sədrinin də təzə nazir olması ümidləri çoxaltmışdı.
Lakin nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nuriyev öz nazirliyində köhnədən qalma dərd-sərə son verməmiş AZAL üçün nə əriştə kəsəcəkdi ki?
Ümidlər heç vaxt ölmür, amma görünür AZAL özü haqqında olan bütün ümidləri haradasa uzaqlarda azdırıb. Elə çox istəyirik ki, biz də qonşu Gürcüstan kimi Avropaya 50-60 avroya uçaq, qonşu Türkiyəyə bundan da ucuz səyahət edək. İllərdir bu barədə danışırıq, tələb edirik, hətta söyüş, şikayət, narazılıqları eşitdirməkdən yorulmuruq. Amma AZAL qulağına elə səsazaldan və səskəsən yerləşdirib ki, kobud desək, vecinə də deyil.
Biz AZAL-dan uçuş tariflərində “böyüklük” edəcəyini, güzəşt və qiymət endirimi düşündükcə, hər dəfə maraqlı məsələlər ortaya çıxır. Bir müddətdir ki, AZAL bizi göylərdə ucuz gəzdirmək əvəzinə, təyyarəsində verilən yeməklərini satışa çıxarıb. Başqa sözlə, təyyarədə uça bilmirsinizsə, göydə yeyilən yeməklərdən dada bilərsizniz. Təzə Müşahidə Şurası təyyarə menyusunu bazara çıxarmaq üçün əcəb baş sındırıb.
Elə AZAL-ın öz törəməsi olan “ASG Sky Catering” təsisatı təyyarə sərnişinlərinə necə yemək təklif edirsə, sıravi vətəndaş arasınada da o bölgünü aparıb. Bölgü ayrı-seçkilikdirmi, cibə görədirmi, əsas odur ki, həm ekonom, həm də biznes klas (VİP) menyusu var. Qiymətlər 13 manatdan başlayır, 66-80 manatlarda bitir. Evə, ofisə çatdırılma pulu da var hələ. Yəni, təklif olunan bir qarın yemək puluna gürcü Avropanı gəzə bilir, amma biz hələ də təyyarəyə minmək arzularını təxirə salırıq, arzularsız da qala bilmirik.
Restoran bazarına təzə-təzə daxil olanda, təkcə səhər yeməyi menyusu ekonom təbəqə üçün 13 manat, biznes sinif üçün 33 manatdan başlayırdı. Nahar sifarişləri üçqat qiymətə təklif olunur. Bu gülməli qiymət fərqi də bir başqa ağıl dəryalarının olduğundan xəbər verir. Amma ardından sifariş olmadığı, alıcı gəlmədiyini görənlər marketinq hiyləsini işə saldılar. İndi təklif olunan menyularda əlavə “üstəgəl” kampaniyaları da var. Bildiyimiz, bazar qaydalarına keçid başlayıb.
AZAL-ın pandemiya zamanında onlayn, internetlə yemək sifarişi bazarına atılması müzakirələrə səbəb oldu. Qazancın yeni yolunu axtaran şirkətin belə cılız pul qazanma işinə girməsi tənqid obyektinə çevrildi. Amma qeyd edim ki, kiçik araşdırmadan sonra məlum oldu ki, dünyanın aparıcı aviaşirkətlərinin xüsusən pandemiya dövründə “təyyarə yemək menyusu” adı altında xidməti, hətta ayrıca restoranları da varmış. Bunlardan İngiltərənin “British Airways” və Rusiyanın “Ural Airways” şirkətlərini misal çəkmək olar. Sözümün canı odur ki, biz AZAL-dan daha mütərəqqi adım gözləyərkən, o, yenə də beynəlxaq “təcrübə”ni özünə sərf edən kimi tətbiq etməyə başlayıb.
AZAL indi də pilot qadınlarının sükan arxasına keçməsi ilə fəxr edir. Bu da bir reklam komponenti ola bilər. Görünür, indiyədək Milli Aviasiya Akademiyasında yalnız kişilər hazırlıq keçirmişlər. Pilot xanımlarla müsahibələrlə sərnişinlərə ürək-dirək verilir. Niyəsini qəşəng bilirik.
Ölkədə sürücü qadınların “naşılığı” kişilər arasında həmişə müzakirə obyektinə çevrilib. “Qadından sürücü olmaz”, “qadın maşın sürə bilir ki?!” kimi deyimləri çox eşitmişik. İndi AZAL-dakı ürəyə bax ki, bu düşüncə yiyələrini sərnişin kimi qoynuna alıb aparır, pilot xanımların idarə etdiyi təyyarəyə həvalə edilir. Əminəm ki, pilotun qadın olduğunu bilənlərin mənzil başına çatana kimi əlindən dərman əskik olmayacaq. Allah qorusun.
AZAL pandemiya müddətində qazancının kəm çıxması səbəbindən indi var-gəl edir, tək istədiyi - necə olursa-olsun, kisəni doldursun. İndi də ölkədə COVID-19 səbəbindən xarici ölkələrə bağlanan hava yolları yavaş-yavaş açılır. Onlardan biri də Rusiya ilə olanıdır. Hava məkanının hökmdarlarının yalnış siyasəti burada özünü ələ verir. Pul, yoxsa vətəndaş sağlığı? Əlbəttə, pul!
Növbəti həftədən reyslərin sayının artılacağı deyilir. Halbuki Rusiyada hazırda xəstəlik tüğyan edir, yoluxma sayı artıb, üstəlik də virusun Hind versiyası (ştammı) təhlükəsi də var. Nə olacaq bəs? Olan yenə bizə olacaq. Üzü payıza yenə deyəcəklər yoluxmada artım var, gəlin məhdudiyyətlərə qayıdaq. “Şər deməsən, xeyir gəlməz” deyiblər, amma deməyiblər ki, xeyir götürənlərin şərini biz sıravi vətəndaşlar çəkəcək. Xeyirlisi...//AYNA.AZ//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|