"Rəsmi Bakı Ermənistanda seçkilərin pozulmasında yox, tezliklə yekunlaşmasında maraqlıdır"
Tarix: 1-06-2021, 09:33 | Çap et
Ermənistanda dövlət böhranı yaşanır. İyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca bu böhran daha da dərinləşir. Düşmən ölkə iddia edir ki, Azərbaycan Ermənistandakı seçki prosesinə müdaxilə edir.
Bunu işğalçı ölkədə müvəqqəti olaraq baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da çıxışında səsləndirib. Deyib ki, Bakı onun partiyasının parlament seçkilərində qələbəsində maraqlı deyil.
O, bu fikri bazar günü rəhbərlik etdiyi partiyasının fəalları ilə görüşdə söyləyib.
Paşinyan hesab edir ki, Ermənistandakı növbədənkənar parlament seçkilərinin nəticələrinə təsir göstərmək üçün Azərbaycan sərhəddə gərginlik yaradır.
Politoloq Elxan Şükürlü Azərbaycanın burada maraqlı olduğunu düşünür: “Rəsmi Bakı Ermənistanda seçkilərin pozulmasında yox, tezliklə yekunlaşmasında maraqlıdır. Çünki Azərbaycan müharibədə Ermənistanı məğlub edib və bu məğlubiyyət faktını da tezliklə sülh sazişinə çevirmək istəyir. Bunun üçünsə müharibədən sonra Ermənistanda legitim, erməni xalqının seçdiyi bir hakimiyyət olmalıdır ki, Azərbaycanla sülh danışıqlarını apara bilsin. Odur ki, Azərbaycanın Ermənistandakı seçkilərin pozulmasında maraqlı olduğunu iddia etmək gülüncdür. Ermənistandakı seçkinin pozulmasında o qüvvələr maraqlıdır ki, müharibənin nəticələrindən narazıdırlar və seçkidə də qalib gələcəklərinə əmin deyillər. Ancaq şübhəsiz ki, Azərbaycanın Ermənistandakı seçkidə qalib gəlməsini istədiyi namizədlər var.
Bunlar da o namizədlərdir ki, yenidən savaş istəmirlər, sülh sazişinin imzalanmasında, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasını və normal münasibətlər qurulmasını istəyirlər. Bu namizədlər isə Paşinyan, Levon Ter-Petrosyan və Vanetsyandır. Revanşistlərin - daşnakların namizədi Köçəryan Azərbaycan üçün arzuolunan namizəd deyil, çünki onun baş nazir seçilməsi sülh danışıqlarını uzada bilər. Onun da əsas dəstəkçisi Rusiyadır ki, Rusiya özü seçkilərin tezliklə baş tutmasında və sülh danışıqlarının aparılmasında maraqlıdır. Bu səbəbdən, düşünürəm ki, Rusiya üçün indi ilkin məqsəd Köçəryan və komandasının müəyyən səs faizi ilə parlamentə keçidini təmin etmək və ondan gələcək baş nazirə təzyiq aləti kimi istifadə etməkdir. Hazırda sərhədlərdəki gərginlik Köçəryana bu səs faizini qazandırmaqda kömək edir və məncə, əsas gərginlik katalizatoru kimi də Köçəryanın ordudakı tərəfdarları çıxış edir”.
AĞ Partiya başqanının I müavini Əhəd Məmmədli: “Böyük dövlətlərin kiçik dövlətlərin daxili işlərinə qarışmaları təbiidir. Hətta bəzi hallarda böyük dövlətlərin belə daxili işlərinə qarışılır. Bu da həmin ölkələrin xarici siyasətinin geniş istiqamətlərindən xəbər verir. Azərbaycanın da daxili işlərinə çox qarışılıb, bundan sonra da qarışacaqlar. Amma Azərbaycan 44 günlük savaşda dünya ölkələri sırasında daha da üst mərtəbələrə çıxdı. Bu baxımdan da ölkəmizin qonşu ölkələrin həyatına təsiri daim olacaq. Söhbət təbii təsirlərdən gedir. Hazırda Azərbaycanın bunun üçün kifayət qədər riçakları var. Ermənistan nə qədər ki, böhrandan çıxmayacaq, bu, rəsmi Bakının maraqlarına tam cavab verəcək. Onun üçün də bu cür xəbərlərin çıxmasını pozitiv qəbul etmək lazımdır. Azərbaycan da bu qarışıqlıqdan yararlanmalı, Qarabağ məsələsini birdəfəlik həll etməli və Zəngəzur məsələsində irəliləməlidir, həmin dəhliz açılmalıdır”.
“Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
|