Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi .....                     İşçilərin əməkhaqqı məsələsi... .....                     İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb .....                     Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... .....                     ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır .....                     30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                 

"Uşaq məktəbdə müəllimə hörmət qoymursa..." - NƏ ETMƏLİ?
Tarix: 23-12-2022, 08:35 | Çap et
"Uşaq məktəbdə müəllimə hörmət qoymursa..."
Müəllimin kəlamın
Al, saxla ehtiramın
Haqqdan edər təmənna
Məktəbinin davamın.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Nəsihət al, nəsihət,
Qıl kəsbi-elmə qeyrət!
Elmsizlik bəlası,
Müşkül olur, həqiqət.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!..


Dahi Mirzə Ələkbər Sabirlə başladıq. Bəlkə məktəbin, müəllimin dəyərini anlada bilərik, ümidiylə. Demirik, cəmiyyətimizdə nadanlar çoxdur, anlamırlar. Çox deyilsə də, az da deyil, amma. Nədən bu fikirdəyik? Çünki hansısa məktəbdə şagirdlərin özbaşınalığı baş verəndə, bir çoxları müəllimi qamçılamağa başlayır: “Müəllim sinfi ələ ala bilmir”, “özünə hörmət qoyan müəllimin dərsində şagird tərbiyəsizlik etməz”, “əvvəldən uşağa üz verib, indi qarşısını ala bilmir”… Daha düşünmürlər ki, axı hər kəs eyni xarakterdə deyil. Həlim xasiyyətli insan da var, sərt xasiyyətli də. Bütün müəllimlər də eyni ola bilməz. Amma di gəl ki, sərt müəllimlə qarşılaşdıqda, valideynlərin üzü dönür, müəllimləri nəinki təhqir edir, hədə-qorxu gəlir, az qalırlar əllərinə balta alıb müəllimin başını kötük üstə kəssinlər: “Uşağıma əl qaldıranı öldürərəm, asaram, kəsərəm”, “müəllim kimdi uşağa əl qaldırsın?!”, “uşağı böyütmüşəm ki, hər yoldan ötən onu vursun, döysün?!”. Hirs-hikkələri sərhəd tanımır bəzilərinin. Birisi “uşağa evdə tərbiyə verin”, deyəndə də sakitləşmək əvəzinə “bəs məktəb nə üçündü? Tərbiyə versinlər, öyrətsinlər” deyirlər. Bəli, məktəb təlim-tərbiyə, təhsil ocağıdır. Lakin bir uşaq məktəb yaşına qədər ailədə böyüyə hörmət etməyi öyrənməyibsə, böyüklərindən bunu görməyib, nümunə almayıbsa, o uşağın bu xüsusda tərbiyəsi əlbəttə çətin olacaq. Mümkünsüz deyil amma. Burada müəllim bacarığı, müəllim şəxsiyyəti də böyük əhəmiyyət daşıyır. Məsələlər bir-biriylə o qədər bağlıdır ki, bir situasiya digərini doğurur. İllər öncə təhsilə kurikulum sistemi gətirildi, ənənələr dağıdıldı, müəllimlərin bu sistemi öyrənməsinə uzun müddət lazım oldu. Birdən-birə təhsildə o qədər yeniliklər edildi ki, Avropa təhsil sisteminə oxşasın, məhz oxşasın deyə, hər şey alt-üst oldu. Dəfələrlə bu məsələ qaldırılır ki, müəllimlər yazı yazmaqdan dərs keçməyə vaxt tapmırlar. Sinif jurnalını doldur, sonra elektron jurnalı, şagirdlərin adlarını daxil elə, portalla işlə, yaz, yaz… Tədris proqramından müəllimlər də narazıdır, valideynlər də. Valideynlər ibtidai sinfin proqramını anlamaqda çətinlik çəkir, nəinki yuxarı siniflərin. Ev tapşırıqları şagirdlər üçün kabusa çevrilib. Təhsil eksperti Kamran Əsədov ötən dəfə bildirib ki, kurikulum sistemində ev tapşırığı adda bir şey yoxdur. Yoxdursa, niyə şagirdlərə ev tapşırığı verilir? Çünki müəllim dərs saatı müddətində 3 işi - əvvəlki dərsi soruşmaq, yeni dərsi tədris etmək və yeni dərsin necə qavranıldığını şagirddən soruşmaq – icra edə bilmir. Buna zaman çatmır. Bəzən bunu sinifdə şagird sayının çoxluğu ilə əlaqələndirirlər. Sovet təhsil illərində də bir sinifdə 27-30, bəzən daha artıq şagird olurdu. Şərt deyil ki, keçilən dərs eyni gündə bütün sinifdən soruşulsun. Baxır dərsin məzmununa. Elə dərs ola bilər ki, məsələn, şeirin əzbər söylənməsidirsə, 2-3, hətta 4-5 şagird də lövhə önünə çıxa bilər. Digərlərindən növbəti dəfə dərs soruşular. Artıq dediyimiz kimi, tədris proqramı da o qədər qarmaqarışıq hala salınıb ki, müəllim dərs proqramını tərtib etməkdə çətinlik çəkir. Şagird sıxlığı əsas səbəb ola bilməz. Sovet məktəbliləri müəllimin qarşısında əxlaqsız, qeyri-etik hərəkətlər etmirdi, müəllimi təhqir etmirdilər. Ola bilər, hardasa, kimsə müəllimə qarşı kobud davranırdı, hətta söyüş də söyürdü, döyürdü də. Ancaq məşhur kəlam var – istisnalar qaydaları pozmur. Bir-iki hal ümumi məktəb mühitinin korlanmasına və müəllimə olan ictimai hörmətin azalmasına təsir etmirdi. Hazırda yaşlı və orta nəsli dindirsən, 90 faiz “bizim vaxtımızda müəllim müqəddəs idi, müəllim tənbeh edəndə, qorxaraq bunu valideynlərimizdən gizli saxlamağa çalışırdıq, çünki ata-anamızın daha sərt tənbeh edəcəyini “nə etmisən ki müəllim səndən narazı qalıb?!” deyəcəyini bilirdik. Müəllimin sözü qılınc kimi kəsərli idi. Valideynlər övladlarını “əti sənin, sümüyü mənim” prinsipi ilə məktəbə aparır, müəllimin öhdəsinə veriridlər. Bu yanaşmanı hazırkı valideynlər qəti qəbul etmir. Yuxarıda bu barədə yazmışıq artıq. Zamanın tələbləri dəyişə bilər, lakin bu, müəllim nüfuzunun sıfra düşməsinə əsas yaratmamalıydı. Təəssüf ki, əsas oldu. Təhsil sisteminin bərbad hala salınması sayəsində repetitorluq dərin kök atmağa başladı. Və məktəblərimizdə yaranmış eybəcər durumun əsas səbəblərindən biri də məhz budur. Şagirdlər məktəbdə, dərsin gedişində öyrənməli olduqları proqramı repetitor yanına getməklə əvəzləyirlər. Çünki bunu test imtahanları tələb edir. Tarixləri, adları əzbərləmək lazımdır, öyrənmək yox. Valideynlər də məhz buna görə müəllimin üzərinə iri addımlarla gəlir. Müəllimi təhqir etməkdən çəkinmirlər.
Bunu “Şərq”ə açıqlamasında təhsil eksperti Elçin Əfəndi də təsdiqlədi. Ekspert müəllim nüfuzunun öləziməkdə olmasının səbəblərini açıqladı:
- Bu gün məktəblərdə şagirdlərin tərbiyəsiz hərəkətlərinin səbəbini birmənalı şəkildə ailələrdə görürəm. Uşaq ailənin güzgüsüdür. Uşaq ailədə nə görürsə, onu təkrar edir. Uşaq məktəbdə müəllimə hörmət qoymursa, müəllim qarşısında tərbiyəsiz hərəkətlər sərgiləyirsə, deməli evdə, öz ailəsində məhz bunları görüb. Ona bunu öyrədiblər. Şagird müəllimə qarşı əxlaqsız hərəkət edirsə, tərbiyəsiz davranırsa, onunla bağlı ölçü götürülməlidir. Bu kimi hallarda müəllimi qınamaq, müəllimin üzərinə yerimək, müəllimi işdən çıxarmaq, müəllimi günahkar bilmək absurddur. Və bu bizim cəmiyyətimizi fəlakətə aparır. Özünü apara bilməyən, bir neçə dəfə tənbeh edilsə də, davranışlarını düzəltməyən, islah olunmayan şagirdlər məktəbdən kənarlaşdırılmalı və belə şagirdlər çətin islah olunan uşaqlar üçün nəzərdə tutulan xüsusi məktəblərə yönləndirilməlidir. Bu cür məktəblərin də sayını artırmaq lazımdır. Məktəbdə baş verən hansısa xoşagəlməz hadisəyə görə ən son qınanan müəllim olmalıdır. Bu da müvafiq araşdırma aparıldılqdan sonra. Bilinməlidir ki, şagird niyə özünü qeyri-etik aparıb və müəllim hansı halda ona qarşı fiziki hərəkətlərə yol verib və ya tənbeh edib. Müəllim şagirdə qarşı sərt davrananda, müəllimi qınayırlar, təhqir edirlər, sakit əyləşəndə, şagirdə qarşı heç bir hərəkət etməyəndə yenə müəllimi təhqir edirlər ki, “əfəldir”. Bəs müəllim necə davransın? Biz bütün hallarda müəllimi qorumalıyıq. Müəllim cəmiyyəti öyrədəndi. Mən istisnaları kənara qoyuram. Bəli, bu gün korrupsiyaya bulaşmış təhsil işçiləri, təhsilə rəhbərlik edənlər var. Onlarla qanun çərçivəsində davranılmalıdır. Lakin hansısa müəllimin səhv hərəkəti, qanun pozuntusuna yol verməsi, kiməsə əsas vermir ki, bütün müəllim kontingentini təhqir etsin. Müəllimə hörmətsizlik edən cəmiyyət məhvə məhkumdur. Elm və Təhsil Nazirliyi də, regional təhsil idarələri də təhsilimizin bugünkü ağır durumdan çıxarılması istiqamətində əsaslı iş aparmalıdırlar. Bu, bir-iki tədbirlə, konfransla başa gələsi məsələ deyil. Əsaslı, planlı iş aparılmalı, müəllim nüfuzunun yüksəldilməsinə nail olunmalıdır. Fikir versək görərik ki, müəllimə qarşı tərbiyəsiz hərəkətlər adətən 7-ci sinifdən başlayır, uşaqlar 12-13 yaşına çatdıqda və yuxarı siniflərədək. Deməli, 12-13 yaşlı uşaqlarla məktəbdə tərbiyəvi söhbətlərin aparılmasına daha ciddi yanaşılmalıdır. Bu, uşaqların yaş həddində keçid dövrlərindən biridir və bu yaşlarda uşaqların təlim-tərbiyəsinə xüsusi fikir verilməlidir.

E.Əfəndi qeyd etdi ki, repetitorluq fəaliyyətinin genişlənməsi, müəllimin nüfuzunun zəifləməsinin səbəblərindən biridir:

- Əlbəttə, bu da bir səbəbdir. Bir sinifdə 25 şagird təhsil alırsa, onun 20-si repetitor qəbuluna gedir. Və bunu buraxılış və qəbul imtahanlarına hazırlıqla əlaqələndirirlər. Müəllim niyə repetitorluq edir, çünki aldığı əməkhaqqı tələbatların ödənməsinə yetmir. Əlavə qazanc mənbəyi axtarmaq zorundadır. Bununla da müəllim şagird və valideyn qarşısında gözükölgəli vəziyyətə düşür. Şagird müəllimin üzünə qayıdır ki, “atamın puluyla dolanırsan”. Bu gün Azərbaycan müəllimi şagirddən asılı vəziyyətdədir, ona görə də müəllim nüfuzu öləziyib. Bir-biriylə bağlı olan bütün bu problemlər də qarşımızdakı bu mənzərəni ortaya çıxarıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43
İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41
İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37
Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru