Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi .....                     İşçilərin əməkhaqqı məsələsi... .....                     İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb .....                     Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... .....                     ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır .....                     30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                 

“TALIBOVUN İSTEFASININ ÇOX CİDDİ SƏBƏBLƏRİ VAR...” - “Dövlət başçısı Talıbova xəbərdarlıq etmiş və vaxt vermişdi...”
Tarix: 23-12-2022, 09:34 | Çap et
“TALIBOVUN İSTEFASININ ÇOX CİDDİ SƏBƏBLƏRİ VAR...”
Məlum olduğu kimi, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov “səhhətində yaranan problemlər” səbəbindən istefa verdiyini bildirib. Heç kimə sirr deyil ki, Talıbovun idarəçiliyi dövründə Azərbaycanın ən strateji nöqtələrindən sayılan Naxçıvan demək olar, boşalıb, əhali Türkiyəyə, Rusiyaya, paytaxt Bakıya üz tutub, mövcud idarəçilik sistemi bölgəni uzun illər inkişafdan saxlayıb və sair. Talıbovun “könüllü istefasından” sonra isə Naxçıvanda böyük dəyişikliklərin həyata keçiriləcəyinə dair müəyyən ümidlər yaranmağa başlayıb...

“Azpolitika.info” bu mövzunu Milli Məclisin deputatı Vahid Əhmədovla müzakirə edib. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Vasif Talıbovu tənqid edənlərdən biri də siz idiniz. İndi onun Naxçıvanın idarəçiliyindən uzaqlaşdırılmasını necə qiymətləndirirsiniz?

- Bu, gözlənilən idi. Gedən proseslər, Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyatlar göstərirdi ki, bu istefa gec-tez baş verəcək. Dünən bu qərar verildi və Ali Məclisin sədri vəzifəsini artıq Talıbovun müavini icra edəcək. Amma bu, müvəqqəti haldır və gələcəkdə məsələnin necə həll ediləcəyinə dövlət başçısı qərar verəcək.

Hesab edirəm ki, Talıbovun istefasının çox ciddi səbəbləri var. Artıq araşdırmalar və yoxlamalar gedib, vəzifədə olan müəyyən insanlar həbs edilib. Bunların hamısı Naxçıvan rəhbərliyinin səhv addımlarının nəticəsində baş verib. Bu istiqamətdə işlər davam edir və mənim qənaətimə görə, bu işlər mütləq məntiqi sonluğa çatdırılacaq. Hətta elə şərait yaradılacaq ki, Talıbovun apardığı siyasət nəticəsində Naxçıvanı tərk edən əhalinin müəyyən hissəsi geri qayıdaraq orada iş quracaqlar, çalışacaqlar.

- Sizcə, Talıbovun hakimiyyətdən uzaqlaşdırılması Naxçıvanda konkret olaraq nələri dəyişəcək, hansı yenilikləri gözləmək olar?

- Naxçıvanda hakimiyyət orqanlarında müəyyən şəffaflıq yaradılacaq. Gömrük sistemindəki problemlər tədricən öz həllini tapmaqdadır. Bu yaxınlarda biz Gömrük Məcəlləsinə və “Gömrük Tarifi haqqında” Qanuna dəyişiklik etmişik. Bu dəyişikliklər yanvar ayından sonra Naxçıvanda da tətbiq olunacaq. Yəni, ciddi dəyişikliklər olmalıdır. Əsas məsələ odur ki, orada insanların iş yerləri, şəraitləri olsun, eləcə də aşkarlıq və şəffaflıq yaradılsın. Nəticədə Naxçıvanı tərk etmiş insanlar gəlib ailələrinə qovuşa, işləyə bilsinlər, həm özlərinə, həm də dövlətə xeyir versinlər.

- Düşünürsünüz ki, bundan sonra Naxçıvanı tərk edən on minlərlə insan geri dönəcək?

- Mən belə təsəvvür edirəm. Əgər əhali geri qayıtmayacaqsa, onda bu addımlar niyə atılır? Bu tədbirlərin səbəbi odur ki, yerli əhalidən də kifayət qədər şikayətlər var idi. Xeyli sayda naxçıvanlılar Türkiyədə, İranda, Rusiyada, elə Bakının özündə işləyir. Yəni, bu məsələlər öz həllini tapmalıdır. Əgər həllini tapmasa daha nə oldu, onda heç bir dəyişikliyə ehtiyac yaranmazdı ki...

İkincisi, cənab Prezident uzun müddətdir ki, islahatlara start verib. Diqqət edin, Qarabağın rayonlarında icra başçıları olduğu halda özünün xüsusi nümayəndələrini təyin etdi, yeni mexanizm qurdu. Faktiki olaraq bu sistem özünü doğrultmağa başlayıb. Çünki son iki il ərzində Qarabağda həmin nümayəndəliklər çoxlu uğurlu işlər görə bilib.
Ətraflı

Hazırda bizim on dörd iqtisadi rayonumuz var, biri də olsun Naxçıvan iqtisadi rayonu və beləcə say on beşə çatdırılsın. On beş iqtisadi rayona Prezidentin on beş xüsusi nümayəndəsi rəhbərlik etsin. Məncə, bunu etmək lazımdır. Hiss edirəm ki, buna hazırlıq çoxdan gedirdi. Fikir vermisinizsə, rayonlarda müəyyən idarələr ləğv edildi, əvəzində regional idarələr quruldu. Bunların hamısı dediyim işlərə bir növ hazırlıqdır.

- Bəzi müşahidəçilər iddia edirlər ki, Talıbov İran və Rusiya ilə müəyyən əlaqələr qurubmuş və onun istefaya göndərilməsinin siyasi səbəbləri var. Siz isə daha çox iqtisadi məsələləri, korrupsiya və ədalətsiz idarəçiliyi səbəb kimi gətirirsiniz...

- Siyasi səbəb deyəndə, media onun İranla, elə Türkiyə ilə də əlaqələlərinə dair nələrsə yazıb. Əslində, bu əlaqələr dövlətin xeyrinə, iqtisadiyyatın inkişafına, əhalinin sosial durumunun və rifahının qaldırılmasına xeyir verirsə, burada problem yoxdur. Amma bu əlaqələr Naxçıvan əhalisinin xeyrinə olsaydı, insanlar oranı tərk etməzdi. İnsanların Naxçıvandan getməsinin səbəbləri var. Ya iş tapmayıblar, ya da incidiliblər. Yəni, bu məsələlərin eyni zamanda siyasi, iqtisadi, sosial tərəfləri var. Bunlar da kompleks şəkildə araşdırılıb və məlum tədbirlər görülüb. Nəticədə də Vasif Talıbov istefa verməli olub.

- Azərbaycan dövlət büdcəsindən Naxçıvana ildə 500 milyon manata yaxın dotasiya ayrılırdı. İndi oradakı bir neçə qurumda aşkar edilən qanunsuzluqlar göstərir ki, bu dotasiyaların böyük hissəsi mənimsənilib. Bəs, bundan sonra Naxçıvana dotasiya verilməsi məsələsi necə olacaq?

- Açığını deyim ki, dövlət başçısının tapşırığı ilə hökumətin iqtisadi bloku uzun müddətdir çalışır ki, rayonlar inkişaf etsin və dotasiya almasın, buna ehtiyac qalmasın. Məsələn, indi cəmi bir neçə rayona kiçik həcmdə dotasiya ayrılır. Bunlar da əsasən işğaldan azad edilən rayonlardır. Səhv etmirəmsə, rayonlarımızın 90 faizi dotasiya almır. Mən hesab edirəm ki, Naxçıvana da dotasiya mümkün qədər azaldılmalıdır. Amma bu, qısa müddətdə ola bilməz. Məncə, tədricən Naxçıvanda inkişaf olacaq, iş yerləri açılacaq, şəffaflıq təmin olunacaq, qayda-qanun yaradılacaq və buna uyğun olaraq da dotasiya azalacaq. Demirəm ki, indi, amma bir neçə ilə bu hədəfə çatmaq mümkündür.

- Vasif Talıbovun Ramiz Mehdiyevlə yaxın əlaqələri haqqında da fikirlər səsləndirilir. Hətta buna görə də ona münasibətin dəyişdiyi bildirilir. Bunu nə dərəcədə inandırıcı sayırsınız?

- Belə əlaqələrin olması mümkündür. Ümumiyyətlə, dövlət başçısı humanist və müasir adamdır. O, incitmək istəmir, müəyyən vaxt verir, səhvi düzəltməyə şans tanıyır. Bir müddət əvvəl Naxçıvan rəhbəri Vasif Talıbovu Bakıya çağırmışdı və ona xəbərdarlıq etmiş, vaxt vermişdi. Sonda da öz qərarını verdi. Onun Ramiz Mehdiyevlə, digərləri ilə də əlaqələri ola bilər. Bu əlaqələrin hansı səviyyədə olması və hansı məqsəd daşıdığını deyə bilmərəm. Mətbuatda yazılanların da hamısına inanmaq olmur.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43
İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41
İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37
Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru