"Heç harda deməmişəm ki, evə ərzaq alanda borc yazdırıram" - deputat
Tarix: 9-01-2023, 11:16 |
Çap et
Sosial şəbəkələrdə Milli Məclisin deputatı Jalə Əliyevanın adından yayılan bəzi sitatlar geniş müzakirələrə səbəb olub. Məsələn, belə sitatlardan birində deyilir:
"Xalqımız elə bilir ki, biz deputatlar xan-bəy kimi yaşayırıq. İnanın mənə, hərdən evə ərzaq alanda borc yazdırıram. Həyat yoldaşım öləndə məzar daşı üçün kredit götürdüm".
Deputatın adından yayılan bu açıqlama onun şəkli ilə birgə Facebook-da tirajlanmaqdadır.
DİA.AZ bildirir ki, modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar Jalə Əliyeva ilə əlaqə saxlayıb.
O, heç yerdə belə bir fikir səsləndirmədiyini vurğulayıb.
"Tamamilə yalan məlumatdır. Mən belə bir açıqlama verməmişəm, fikir səsləndirməmişəm. Hansısa bədxahlar bunu yalandan yaymaqla mənim adıma xələl gətirməyə çalışırlar".