"Dəhlizdə Azərbaycanın sərhəd postu və gömrük postu qurulmalıdır" - İsa Qəmbərdən ÇAĞIIŞ
Tarix: 10-01-2023, 10:19 | Çap et
Milli Strateji Düçüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində Laçın dəhlizində ekofəalların aksiyası, Dağlıq Qarabağın dövlət naziri kimi təqdim edilən Ruben Vardanyanla bağlı Rusiyanın siyasi niyyətləri, Dağlıq Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti, Azərbaycan-Ermənistan sülh danışıqlarında Rusiya və Qərb dövlətlərinin rolundan danışıb. DİA.AZ “Yeni Sabah”a istinadla həmin müsahibəni təqdim edir:
- Sizcə Laçın dəhlizində ekofəlların dinc aksiyası nə ilə nəticələnə bilər? Aksiya iştirakçılarının tələbləri yerinə yetirilə bilərmi? Burada daha hansı məqsədlər ola bilər?
- Laçın dəhlizindəki dinc aksiya iştirakçılarının tələbləri Qarabağın dağlıq hissəsində hazırda ermənilərin və rusların nəzarətində olan torpaqlarda Azərbaycanın təbii sərvətlərinin sui-istifadəsinə qarşıdır. Əsas rəsmi tələb orada Azərbaycan rəsmilərinin, müvafiq nazirliyin əməkdaşlarının monitorinq keçirə bilməsi ilə bağlıdır. Bu əslində, hüquqi cəhətdən düzgün tələbdir. Amma aydın məsələdir ki, mövzu təkcə bu deyil. Mövzu 44 günlük Qarabağ savaşından keçən iki ildən artıq müddət ərzində Ermənistan-Azərbaycan arasında mövcud olan problemlərin həll edilməməsidir və bunun qarşısının həm Ermənistan rəsmiləri tərəfindən, həm Qarabağdakı separatçı rejim tərəfindən, həm də Rusiyanın oradakı hərbi kontingenti tərəfindən alınmasıdır. Azərbaycan bu dinc aksiya vasitəsi ilə beynəlxalq birliyin diqqətini problemlərin həll edilməməsinə yönəltmək istəyir. Eyni zamanda, məhz Ermənistanın və Rusiyanın səmərəsiz, revanşist ermənilərin ziyanlı yanaşması nəticəsində bu problemlərin həll edilməməsinə diqqəti cəlb etməyə çalışır. Ona görə də tələblərin nə şəkildə yekunlaşacağını bu gün demək çətindir. Amma aydın məsələdir ki, minimum nəticə Azərbaycanın müvafiq nazirliklərinin, ekologiya və sair nazirliklərinin gedib orada monitorinq keçirə bilməsidir. Eyni zamanda, təbii ki, Laçın dəhlizinin Azərbaycan dövlətinin nəzarətinə götürülməsidir. Dəhlizdə Azərbaycanın sərhəd postu və gömrük postu qurulmalıdır. Mövzu bununla bağlıdır.
- Azərbaycan prezidenti Qarabağın dövlət naziri kimi təqdim edilən Ruben Vardanyanın "Rusiyanın adamı" kimi gündəliyinin aydın olduğunu deyib. Sizcə Ruben Vardanyanın Qarabağa gəlməsi hansı siyasi məqsdələrə xidmət edir?
- Ruben Vardanyanın bura göndərilməsi, mən əminəm ki, o, Moskva rejimi, Putin tərəfindən göndərilib. Məqsəd sülhməramlı proseslərin qarşısını almaqdır, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının qarşısnı almaqdır. Bunun üçün də Vardanyanı Moskva oraya göndərib. Yəni, Moskva narahat idi ki, Araik Arutunyan nə qədər Moskvaya bağlı adam olsa da, eyni zamanda Paşinyanla dil tapırdı. Ona görə də Rusiya məsələni uzatmaq, Qarabağ məsələsinin həllini zamanın öhdəsinə buraxmaq məsələsini həyata keçirmək üçün Vardanyanı oraya göndərib. Bütövlükdə məqsəd konfliktin həll edilməsinə imkan verməməkdir. Moskvanın məqsədi budur. Vardanyan da həmin məqsədin bir alətidir. Moskva rəsmilərinin, Lavrovun və başqalarının guya Vardanyanın Rusiyaya heç bir dəxli olmaması haqqında dedikləri birbaşa yalandır.
- Ruben Vardanyanın Qarabağa gəlməsi Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının gündəliyinin pozulmasına gətirib çıxara bilərmi? Nəticə nə ola bilər?
- Artıq danışıqlar pozulub. Yəni, Brüsseldə, Praqada, Vaşinqtonda kifayət qədər uğurlu danışıqlar gedirdi və müəyyən ilkin razılaşmalar əldə olunmuşdu. Yadınızdadır ki, Valday forumunda Putin məsələni qarışdırmaq məqsədi ilə bir sıra açıqlamalar verdi. Guya məsələnin həlli ilə bağlı Vaşinqton variantı var və o variantda Qarabağın Azərbaycan torpaqları olması tam şəkildə qəbul edilir. Amma Putin düşünür ki, ermənilərin buna fərqli yanaşması da ola bilər. Ona görə də o tezisi ortaya atdı və Vardanyanın oraya göndərilməsi də danışıqların qarşısını almaq məqsədi güdürdü. Təəssüf ki, Moskva bu məsələdə öz istəyinə nail olub və danışıqlar faktiki olaraq dayanıb, münasibətlər isə kifayət qədər gərginləşib.
- Ermənistanın Rusiyanın vasitəçiliyi ilə son danışıqlardan imtina etməsi, Azərbaycanın isə "Rusiyanın adamı" hesab etdiyi Ruben Vardanyanla danışıqlar aparılmayacağını bəyan etməsi hər iki ölkənin Rusiyanın vasitəçiliyindən narazı olmasına işarə edir. Bu ABŞ və Avropa İttifaqının vasitəçiliyinin sülh danışıqlarında ön plana çıxacağını ehtimal etməyə əsas verirmi? Bu halda Rusiyanın reaksiyası necə ola bilər?
- Təəssüf ki, Rusiyanın danışıqları dayandırmaq məqsədi var. Fransanın da yanlış addımları oldu. Xüsusən də Fransanın dövlət başçısı Makronun açıq-aydın ermənipərəst mövqedən çıxış edərək, eyni zamanda guya vasitəçi kimi çıxış etməyə iddia etməsi müəyyən problemlər yaratdı. Ona görə də təkcə Moskva danışıqları dayanmadı, eyni zamanda Brüssel danışıqları, Praqa istiqaməti də dayanmış oldu. İndi bu vəziyyətdən çıxış yolu tapmaq üçün hesab edirəm ki, Vaşinqton və Brüssel yeni səylər ortaya qoymalıdır. Rusiyanın bu prosesdən kənarlaşdırılıb Avropa İttifaqı və ABŞ-ın iştirakı ilə gedən danışıqlara şərait yaradılmalıdır. Eyni zamanda, mən hesab edirəm ki, əslində ən düzgün yol Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlardır. Bu təklifi dəfələrlə səsləndirmişəm, bu, Tbilisidə başlayan danışıqlar ola bilər. Tbilisi əla platfomadır. Yəni, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması baxımından danışıqlar Tbilisidə başlaya bilər və daha sonra Yerevanda və Bakıda davam etdirilə bilər. Mən uğur yolunu bunda görürəm. Hesab edirəm ki, Ermənistan da, Azərbaycan da kifayət qədər yetkin xalqlardılar, dövlətlərdilər və özləri birbaşa danışıqlar aparıb problemləri birlikdə həll etməyə çalışmalıdırlar.
- Bir sıra ekspertlər Azərbaycan ərazisindəki Rusiya sülhməramlı kontingentinin işğalçı kontingentə çeviriləcəyini ehtimal edir. Siz necə düşünürsünüz?
- Məncə, rus hərbi kontingentinin işğalçı qüvvəyə çevrilməsi ehtimalından danışmağa ehtiyac yoxdur. Rus silahlı qüvvələri həmin torpaqlara gəldiyi gündən işğalçıdır. Sadəcə olaraq Azərbaycan hakimiyyəti müxtəlif səbəblərdən Rusiya ilə qarşı-qarşıya gəlmək istəmədiklərinə görə faktiki olaraq Moskvanın, Putin rejiminin şantajına, təzyiqlərinə boyun əyərək rus hərbçilərinin həmin torpaqlara yerləşdirilməsinə razılıq veriblər. Aydın məsələdir ki, Rusiya oraya problemi həll etmək üçün gəlməyib. Rusiya problemin həllini uzatmaq üçün və problemin mövcudluğundan Rusiyanın öz maraqları üçün istifadə etməsi üçün, Ermənistanı öz nəzarətində saxlamaq və Azərbaycana da Moskvanın təsirini artırmaq məqsədi ilə həmin kontingent oradadır. Həmin kontingent oradan kənarlaşmasa Azərbaycanın suverenliyinə, müstəqilliynə təhdid kimi davam edəcək. Ermənistanın da gerçək müstəqillik yolunda hərəkət etməsinə ciddi maneələr törədəcək. Ona görə də bu kontingent mümkün qədər tez Qarabağdan çıxarılmalıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
|