ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır .....                     30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir .....                     Yediyimizə necə haram qatırlar... .....                     Mən onun kimi Putinə zəng etməyəcəyəm .....                     Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                 

“Onları Qərbi Azərbaycan İcması rəhbərliyinə Ramiz Mehdiyevin sifarişi ilə salıblar...” - İDDİA
Tarix: 12-01-2023, 08:52 | Çap et
“Onları Qərbi Azərbaycan İcması rəhbərliyinə Ramiz Mehdiyevin sifarişi ilə salıblar...”
“Qərbi Azərbaycan İcmasının yaradılması haqda Prezidentin təşəbbüsünü alqışlamaq gərəkdir. Çünki uzun illərdən bəri bu məsələ kölgədə qalmışdı. Heç kim rəsmi baxımdan Qərbi Azərbaycandan didərgin soydaşlarımızın öz dədə-baba yurdlarına qaytarılması problemi ilə maraqlanmırdı. Nəhayət, dövlət başçısının bu məsələni şəxsən qabartması və önə çəkməsi, bununla bağlı qərar qəbul etməsi, fikrimcə, bütün Qərbi Azərbaycanlıların ürəyincədir”.

DİA.AZ bildiri ki, bunu Moderator.az-a açıqlamasında Deportasiya Qurbanları Cəmiyyətinin təsisçilərindən və həmin qurumun idarə heyətinin üzvlərindən biri, ədliyyə ordu generalı, sabiq baş prokuror Əli Ömərov söyləyib.

“Yaxşı yadımdadır ki, 1988-ci ildən bəri Qərbi azərbaycanlılar öz doğma yurdlarından didərgin düşəndən sonra hansı zülmləri çəkirdilər. Hətta onların Azərbaycanda qeydiyyata alınması işi də olduqca müşkül məsələyə çevrilmişdi. O vaxtkı Qaçqınlar Komitəsində bunun üçün, bir arayış üçün qərbi azərbaycanlılardan pul istəyirdilər. Yadımdadır ki, mən baş prokuror işləyərkən bir qrup qaçqın soydaşımız bununla bağlı yanıma şikayətə gəldilər. Onlardan soruşdum ki, konkret olaraq kimlərin sizdən arayış üçün pul istədiyini deyə bilərsinizmi. Onlar bir neçə adamın adını çəkdilər, amma yazılı qaydada vermədiklərinə görə mən o adamların adını çəkmək istəmirəm. Çünki əlimdə yazılı əsasım yoxdur. Ancaq indi mən müəyyən etmişəm ki, həmin arayış istəyənlərdən biri hazırkı Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərlinin qayınatası olub”- davamında bunları söyləyən sabiq baş prokuror sözügedən qurumun idarə heyəti üzvlərinin əksəriyyətinin orada təmsil olunmağa layiq olmadıqlarını düşünür.

“Hesab edirəm ki, həmin icmanın idarə heyətinin üzvləri barədə Prezidentə düzgün məlumat verməyiblər. O rəhbər qurumda təmsil olunanların çoxu Qərbi azərbaycanlıları təmsil edə bilməz, onların adından danışa bilməz. Məsələn, Əziz Ələkbərlinin özü kimdir ki, Qərbi Azərbaycandan olan soydaşlarımızı təmsil edir. Başa düşə bilmirəm, bu adam indiyədək Qərbi azərbaycanlılar üçün nə iş görüb ki, onlara hansı dəstəyi, köməkliyi göstərib ki? O, hansı xidmətlərinə görə indi İdarə Heyətinin rəhbəridir? Əksinə, Əziz Ələkbərli Heydər Əliyevin dövründə yazdığı kitablarda Prezidentliyə namizəd kimi başqalarını təbliğ edib. Odur ki, hesab edirəm ki, o, Qərbi Azərbaycan İcmasının sədrliyinə layiq şəxs deyil. Bundan əlavə, İdarə heyətində təmsil olunanlar arasında vaxtilə dəmiryol vağzalında kvas satanlar var, səviyyəsiz ticarət adamları var. Görünür, kimlərsə belələrini nəyinsə müqabilində İdarə Heyətinə salıb ki, Prezidentin yanında görünsünlər, onunla şəkil çəkdirsinlər...

Düzdü, Qərbi Azərbaycan İcmasının İdarə Heyətində layiqli şəxslər də var. Məsələn Misir Mərdanov, Əhliman Əmiraslanov, Vahid Əziz, Hikmət Babaoğlu. Bunları həmin quruma rəhbərlik etməyə layiq hesab edirəm. Ancaq digərləri Qərbi Azərbaycan toplumu tərəfindən tanınmayan, sayılıb-seçilməyən adamlardır. Zənnimcə, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinə elə şəxslər seçilməlidir ki, onlar həm Qərbi Azərbaycan camaatı arasında böyük hörmətə malik olsunlar, həm də bizim hazırda “Ermənistan” adlandırılan torpaqlarımızın keçmiş tarixində də tanınan müdrik, əsil ağsaqqal adamlar olsun. Sadaladığım 4-5 nəfərdən savayı həmin qurumdakı şəxslər deyilən keyfiyyətlərə, kriteriyalara malik deyil. Bu baxımdan Deportasiya Qurbanları Cəmiyyəti adından hesab edirəm ki, Qərbi Azərbaycan İcmasının İdarə Heyətində bizim qurumun da əksər rəhbər üzvləri iştirak etməli idi. Ona görə ki, bu Cəmiyyəti biz 20 ildir ki, yaratmışıq və həmin müddətdə daim Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsinə qalxmışıq. Məsələn, mən şəxsən mətbuata dəfələrlə bu mövzuda müsahibə vermişəm. Və bildirmişəm ki, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımıza da Qarabağ köçkünlərinə verilən imtiyazlardan verilməlidir. Halbuki bu haqda həm mərhum Prezident Heydər Əliyevin, həm də hazırkı Prezident İlham Əliyevin fərmanları var. Amma vaxtı ilə Əli Həsənov kimilər Qaçqınkoma rəhbərlik edəndə Ramiz Mehdiyevin tapşırığıyla Qərbi azərbaycanlılara nəinki imtiyaz verilməsini təmin edir, əksinə, onların hüquqlarını pozurdular. Hesab edirəm ki, bir sıra nüfuzlu Qərbi Azərbaycan ziyalılarının İcmanın İdarə Heyətinə salınmamasında, görünür, yenə də Ramiz Mehdiyevin barmağı var. Yəqin, həmin quruma da bəzi adamları onun sifarişi ilə salıblar. Bu ictimai qurumdur və axı Prezident onun rəhbər üzvlərinin hamısının kimliyi ilə tanış deyil. Çox güman ki, ölkə başçısı çoxunun kimliyini öyrənsə, onların rəhbərlikdən kənarlaşdırılmasına təsir göstərər və götür-qoy edər ki, Qərbi Azərbaycandan neçə-neçə sanballı şəxslər bu qurumdan kənarda qalıb. Çox güman ki, Deportasiya Qurbanları Cəmiyyəti bu yaxınlarda bu barədə ciddi bəyanat da verəcək və Prezidentə müraciət də edəcək” -deyə həmsöhbətimiz bildirib.

“Bəs siz konkret olaraq kimləri qeyd edilən qurumda görmək istərdiniz?” sualını isə Əli Ömərov belə cavablandırıb:

“Məsələn, sabiq deputat və professor Eldar Abbasovu, Paşa Qəlbinuru, Firudin Cəlilovu, Köçəri Nağıyevi və s. kimi tanınmış adamları təklif edərdim. Elə Hafiz Hacıyevi götürək, neçə illərdir Qərbi Azərbaycandan ötrü fəallıq göstərir, çıxışlar edir...

Heç hələ özümü demirəm... Halbuki, Qərbi azərbaycanlıların hamısı məni yaxşı tanıyır. Əgər yadınızdadırsa, hələ 1992-ci ildə Xocalı faciəsindən sonra Qərbi Azərbaycandan qaçqın soydaşlarımız haqda müzakirələr gedirdi. Mən o vaxt üzümü rəhbərliyə tutub dedim ki, 1988-ci ildən Ermənistandan qaçqın düşən soydaşlarımızın hüquqları ilk günlərdən pozulub. O vaxtkı rəhbərlər Moskvanın göstərişi ilə onların Qarabağda, Şuşada, Xocalıda və s. yerləşməsinə imkan verməyiblər. Onları Şuşadan, Xocalıdan polis gücünə yük maşınlarına mindirib çıxarıb iqliminə öyrəşmədikləri isti aran bölgələrə köçürürüdülər. Əgər o vaxt Qərbi azərbaycanlılar kompakt şəkildə Şuşada, Xocalıda yerləşdirilsəydi, ermənilər Qarabağda başımıza bu qədər oyunlar aça, ərazilərimizi işğal edə bilməzdilər...”
Bəs hazırkı Qərbi Azərbaycan İcmasının İdarə Heyətindəki bəzilərini çıxmaq şərti ilə digərlərindən hansı biri Qərbi Azərbaycan məsələsindən, oradan qaçqın düşmüş soydaşlarımızın problemlərindən danışıb?..”

Qeyd:
Yazıda adı çəkilən şəxslərin deyilənlər barədə rəyini də təqdim etməyə hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36
30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47
Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36
Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru