"Dünyanın işlərindən başı çıxan hər kəs Heydər Əliyevin həm Azərbaycan, həm region üçün dəyərini anlayır" - deputat
Tarix: 21-01-2023, 09:00 | Çap et
Azərbaycan Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Nizami Cəfərov “Həftə içi”nə müsahibəsində “Heydər Əliyev İli”nin təməl prinsiplərinə toxunub. DİA.AZ həmin müsahibəni təqdim edir:
– Prezidentin Sərəncamı ilə bu ili “Heydər Əliyev İli” kimi qeyd edirik. “Heydər Əliyev İli”nin fəlsəfəsi son bir əsrdə formalaşan hansı əsas amilləri cilalayır, əks etdirir?
– Ümummilli Lider Heydər Əliyev gördüyü işlərin miqyasına, siyasi fəaliyyətinin məhsuldarlığına, cəsarəti və qətiyyətinə görə tarixdə çox az sayda şəxsiyyətlərlə müqayisə oluna bilər. Amma təbii ki, Heydər Əliyevin üstünlüyünü təmin edən çox amillər var. Birinci amil odur ki, Heydər Əliyev uzun müddət Azərbaycan Dövlətinə, dövlətçiliyinə, xalqına rəhbərlik edib və bu dövlətin inkişafında, ikinci mərhələdə həqiqi müstəqil dövlət kimi təqdim edilməsində fövqəladə xidmətləri olub.
Azərbaycanın azadlığı, müstəqilliyi, müstəqil Azərbaycan Dövlətinin qurulması Heydər Əliyevin adı ilə bağlıdır. Düzdür, əvvəlki dövrlərdə, Cümhuriyyət uğrunda Məhəmməd Əmin Rəsulzadə, Sovet Azərbaycanı yarandıqdan sonra Nəriman Nərimanov, Azərbaycanın müstəqilliyi üçün mübarizə aparan böyük tarixi şəxsiyyətlər – Həmid Sultanov, Qəzənfər Musabəyov, Ruhulla Axundov, Əliheydər Qarayevin böyük rolu, xidmətləri olub. Amma nə Cümhuriyyət dövründə, nə də Azərbaycanda sovet hakimiyyətinin mövcud olduğu dövrdə Vətənimizin milli iradəsini ifadə edən dövlət yaranmadı. Heydər Əliyevin hələ sovet dövründə hakimiyyətə gəlməsi və uzun müddət hakimiyyətdə olması ilə Azərbaycan Dövlətinin müstəqilliyinin elementləri, təzahürləri ortaya çıxdı. İqtisadi, siyasi, mədəni, sosial sahələrdə Azərbaycanın dirçəldilməsi, dünyada tanıdılması, daxili potensialının güclənməsi uğurla baş verdi. Sonrakı dövrdə, artıq Azərbaycan müstəqil dövlət kimi quruldu və bütün dünyaya öz müstəqil Azərbaycan adı ilə, dövlət olaraq bütün imkanları, yaradıcılıq gücü bütün dünyada təsdiq olundu.
–Ümummilli Lider necə öyrənilməlidir, buna nədən başlanılmalıdır?
- Doğrudur, bizim dövrümüz özünün mürəkkəbliyi ilə seçilir. Onu idarə etmək istəyən müxtəlif sionist, dini, qrup maraqları var. Belə bir vəziyyətdə Azərbaycan, həm də müəyyən istiqamətlərdə ona yönələn təsirləri hiss edir. Buna baxmayaraq, yenə də hamı Heydər Əliyevi yaxşı tanıyır, onun dünyadakı tarixi hünərini anlayır, dərk edir. Heydər Əliyevi anlamamaq, onun dəyərini bilməmək, dəyərləndirməmək, ya qəsdən, bilərəkdən ola bilər, ya da səriştəsizlikdən baş verə bilər. H.Əliyevi dərk edib-anlamaq üçün çox da uzaqgörən olmaq lazım deyil. Onun xidmətləri görünən bir şəxsiyyətdir. Dünyanın işlərindən başı çıxan hər kəs Heydər Əliyevin həm Azərbaycan, həm region üçün dəyərini anlayır. O cümlədən dünyanın böyük şəxsiyyətlərindən biri kimi, onun kim olduğunu hər kəs başa düşür.
Dahiləri hər dəfə yenidən öyrənmək lazmdır. Yeni dövr, yeni zaman yarandıqca, yeni problemlər meydana çıxır. Birinci növbədə düşünürük ki, görəsən dahilər bu işi necə həll edərdilər? Dahilər bu mənada həmişə bizdən öndə gediblər. Onların düşüncələri, şərhləri, təcrübələri həmişə bizim yolumuzda işıqlı bir mühit yaradır. Bu mənada Heydər Əliyevi yenidən öyrənmək lazımdır. Heydər Əliyev təcrübəsini nə qədər öyrənəcəyiksə, bir o qədər Azərbaycan üçün uğurlu olacaq. Azərbaycan Prezidenti də dəfələrlə deyib ki, biz Heydər Əliyevin yolu ilə gedirik. Azərbaycanın bütün düşüncə sahiblərinin hamısı Heydər Əliyevin yolu ilə gedirlər və bu yol Azərbaycanın yeganə inkişaf, tərəqqi və özünütəqdimetmə yoludur.
– Ümummilli Liderin Qarabağın azadlığı məsələsində atdığı addımlarla bağlı nələri qeyd etmək olar?
– Azərbaycanın qazandığı bu Zəfərin müəllifi dünya azərbaycanlılarının lideri, Azərbaycan Prezidenti İlham Əliyevdir. Heç kim üçün sirr deyil ki, İlham Əliyev məhz Heydər Əliyev yolu ilə getdiyinə görə Zəfərimiz qazanıldı. Bu yolun əsasını Ümummili Liderimiz müəyyənləşdirmişdi. Nə idi bu yol: birinci, düşməni daim nəzarətdə saxlamaq, iqtisadi, hərbi imkanları gücləndirmək, Azərbaycan xalqının gücünü qorumaq, inkişaf etdirmək, Azərbaycanı gələcək döyüşlərə, mübarizələrə hazırlamaq. O mübarizə ki, Azərbaycan xalqı oradan qalib çıxmalı idi. Eləcə də dünyada gedən prosesləri nəzarətdə saxlamaq, Azərbaycanın nüfuzunu dünyada yüksəltmək, dünyada dostlar qazanmaq, əlaqələr qurmaq. Məhz o əlaqələr vasitəsilə dünya bizim haqqımızı tanımalı, yaxud itirilmiş torpaqlarımızda tərəfdaş olmasa da, bizə qarşı çıxmamalı idi. Bütün bu kompleks tədbirlərin görülməsi Heydər Əliyevlə başladı. Eyni zamanda bu, elə bir Zəfər olmalı idi ki, az itki verilsin. Beləliklə, erməni separatçılarına, Ermənistanın sərsəm iddialarına, onların havadarlarına qarşı aparılan peşəkar mübarizənin bünövrəsni də Ümummilli Lider qoymuşdu. Təsadüfi deyil ki, Ümummilli Liderin televiziyada səslənən bu sözlərini xatırlayırıq: “Biz Şuşaya qayıdacağıq, Kəlbəcərə, Ağdama qayıdacağıq!..”. Yəni bu, Ümummilli Liderin böyük mənəvi iradəsi idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Zəfər beynəlxalq səviyyəli ustalıqla həyata keçirildi.
– Heydər Əliyevin elmə, ədəbiyyata, incəsənətə, milli ruhumuzun oyanışına, Azərbaycan dilinin qorunmasına, Azərbaycançılığa töhfələri nədir? Heydər Əliyevin Azərbaycançılıq siyasətini, ideyasını necə dəyərləndirərdiniz?
- Heydər Əliyev sovet dövründən bəri həmişə elmə, mədəniyyətə, incəsənətə, şerə, ədəbiyyata xüsusi önəm verib. Yəni onun üçün xalqın milli ruhunu ifadə edən Azərbaycançılığın göstəriçiləri dildir, ədəbiyyatdır, mədəniyyətdir. Ondan sonra gələnlər elm, intellektual düşüncə, xalqın iradəsi, mənəviyyatı, əxlaqıdır. Heydər Əliyevin daim nəzarətdə saxladığı elə amillər olub ki, o, həm də səciyyəvi cəhətləri ilə ortaya çıxıb. Onlardan biri dili qorumaq, Azərbaycan dilinin yayılması üçün hər cür imkanlar yaratmaq, Azərbaycan ədəbiyyatını, mədəniyyətini, incəsənətini yaradan insanlara şəxsi qayğı göstərmək, onları qorumaq, normal fəaliyyətinə şərait yaratmaq, elmi, ədəbi, mədəni müəssisələr, təsisatlar açmaq və onların fəaliyyətini genişləndirməkdir. Eləcə də bizim müxtəlif sahələr üzrə peşəkarlarımızın dünyanın nüfuzlu müəssislərində təhsil almasını, işləməsini təmin etmək... Bütün bunların hamısı həm də Ümummilli Liderin Azərbaycançılıq uğrunda apardığı mübarizənin tərkib hissələridir.
– “Heydər Əliyev kursu” bu gün bizi tarixi Azərbaycan torpaqlarına aparıb çıxaracaqmı?
- Şübhəsiz. Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizə çoxmərhələlidir. Heydər Əliyev ixtisas etibarilə tarixçi idi. O, heç kəsin bilməyəcəyi qədər xalqın tarixi dərinliklərinə varırdı. Biz çox ciddi müzakirələri, Ümummilli Liderin hansı ciddi məsələləri qaldırdığını görmüşük. O, kiməsə anlaşılmaz görünən və yaxud təsəvvürünün gedib- çıxmadığı tarixi qatları açıb-qaldırırdı və perspektiv təhlillər verirdi. Ona görə də şübhə etmirəm ki, Heydər Əliyevi oxuduqca görürük ki, o, Azərbaycanın tarixən mövcud olan sərhədlərini nəzərdən keçirir, gələcək perspektivdə o hüdudların, ərazilərin bərpasını ifadə edir. Həmin sahədə aparılan mübarizədə Heydər Əliyev həmişə bizə rəhbərlik edəcək.
– Heydər Əliyev dünyanın yaddaşında necə qalacaq?
- Heydər Əliyev Azərbaycan xalqının, dünyanın yaddaşında necə qalacağını özü çox aydın təsəvvür edib. O deyirdi: “Nə qədər ki, Azərbaycan var, mən də varam”. Bu gün hər bir azərbaycanlı o sözlərin miqyasını genişləndirərək deyə bilər: “Nə qədər ki, dünya var, Heydər Əliyev də var”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
|