"Dövlət qurumları bu şəxslərə dəstək verməlidir" - ÇAĞIRIŞ
Tarix: 1-02-2023, 08:40 | Çap et
“Universitetlərdə elmi jurnalistika ixtisasının yaradılmasına ehtiyac var”. DİA.AZ xəbər verir ki, bunu akademik Akif Əlizadə AMEA-nın Rəyasət heyətinin iclasında çıxışı zamanı bildirib. O qeyd edib ki, tədrisdə jurnalistika istiqaməti canlanmalıdır. “Ölkəmizdə demək olar ki, elmi jurnalistika anlayışına sahib çox az insan var. Universitetlərdə elmi jurnalistika ixtisasının yaradılmasına ehtiyac var”.
Qeyd edək ki, Elmi jurnalistika — elm və texnologiyada baş verən yenilikləri, sosial həyatla bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir. Jurnalist ictimai əhəmiyyətli mövzunu elmdə araşdırır və oxucuya təqdim edir. Bu mənada elmi-publisistik məqalə və sənədli filmlər elmi jurnalistika materiallarıdır. Elmi jurnalistikanın funksiyası yalnız elmi geniş kütləyə çatdırmaq deyil, həmçinin alimlərin oxucularla əlaqəsini yaratmaq, o cümlədən elm adamlarını müxtəlif ölkələrdəki həmkarları ilə yaxınlaşdırmaqdır. Ona görə də jurnalistikanın bu sahəsi alim, müxbir və oxucudan ibarət nöqtələri birləşdirən üçbucaq çərçivədə təşkil olunur. Elmi jurnalistika materialları məhz bu əhatədə hazırlanır.
DİA.AZ bildirir ki, media eksperti, professor Zeynal Məmmədli də "Şərq”ə açıqlamasında elmi jurnalistika sahəsinin çox lazımlı olduğunu deyib. Onun sözlərinə görə, elmi jurnalistika elm və texnologiyada baş verən yenilikləri, sosial həyatımızla bağlı hər növ prosesin elmi izahını asan üslubda ictimaiyyətə çatdırmağa xidmət edən fəaliyyət sahəsidir:
“Elmi jurnalistika xüsusi sahə deyil. Bu, ixtisaslaşma tələb edir. Bunun üçün ayrıca fakültəyə ehtiyac yoxdu. Jurnalistikanın işıqlandırdığı məsələlərdən biri də elmi problemlərdir. Səhiyyə, idman və başqa sahələrdən yazanlar olduğu kimi, elmdən yazan jurnalistlər də ixtisaslaşmalıdır.
Xarici ölkələrdə elmi jurnalistika müxtəlif sahələrdən mediaya gələn insanlar vasitəsilə formalaşıb, inkişaf edib. Bir peşənin ən yaxşı bilicisi həmin sahə üzrə təhsil almış, müəyyən müddət məşğul olmuş şəxs ola bilər. Elmi yazılar cəmiyyət üçün maraq kəsb etməlidir, insanlar ondan nəsə öyrənməlidir. Bizdə hələ ki belə bir mühit formalaşmayıb. Bu məsələyə heç vaxt diqqət yetirilməyib. Əslində bu sahə birmənalı olaraq jurnalistlərin missiyası deyil. Elmi populyarlaşdırmaq üçün alim elmi məqalələr yazmaqda, dərgilər, jurnallar nəşr etməkdə maraqlı olmalıdır. Daha doğrusu, bu sahədə alimlərlə ixtisaslaşmış jurnalistlərin işbirliyi çox vacibdir. Dövlət qurumları isə bu şəxslərə dəstək verməlidir.
Bizdə ümumiyyətlə ixtisaslaşma problemi var. Sadəcə elmi deyil, jurnalistikanın digər sahələrində də ixtisaslı kadrlar çox azdır. İqtisadiyyatdan, hərbdən, insan hüquqlarından, konfliktlərdən yazan jurnalistləri hansı universitet hazırlayır? Bu sahədə peşəkarlaşan insanların ixtisaslaşması məhz öz bacarıqlarıdır. Həm də sadəcə müəyyən təlimlərdə, beynəlxalq layihələrdə iştirak etməklə”.
A.Əlizadənin dediklərində çox böyük həqiqət payı olduğunu vurğulayan Z.Məmmədli deyib ki, ölkəmiz üçün aktual mövzudur. Amma indiki halda reallaşması sual doğurur. Bu sahənin inkişafı üçün hansı ölkənin təcrübəsi əsas götürüləcək. Cəmiyyətdə tələbat olacaqmı!? Ölkədə print medianın, jurnalların belə durumu ürəkaçan deyil.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
|