Onu Bakıya gəlməyə qoymayan səbəb .....                     Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                 

“Kimin İran agenturasına işlədiyini xüsusi xidmət orqanları daha yaxşı bilir” - deputat
Tarix: 2-02-2023, 08:23 | Çap et
“Kimin İran agenturasına işlədiyini xüsusi xidmət orqanları daha yaxşı bilir”
İranın günahı ucbatından Azərbaycanla münasibətlərinin gərginləşməsi ortaya bir sıra faktları çıxartdı. Artıq qonşu ölkənin Azərbaycandakı ictimai-siyasi və informasiya dayaqları Azərbaycan xüsusi xidmət orqanları tərəfindən nəzarətə götürülüb, Qum mərkəzli dini icmalar ifşa olunur, casus şəbəkəsi dağıdılır. İran 44 günlük Vətən müharibəmizdə və ondan sonra tutduğu ermənipərəst mövqeyi, Azərbaycana isə aşkar düşmənçiliyi ilə dövlətimiz tərəfindən adekvat münasibəti görməkdədir. Ölkə ictimaiyyəti də, lap elə iranpərəstlərin əksəriyyəti də rəsmi Tehranın Ermənistana açıq dəstək verdiyini görərək, bu yalançı müsəlman dövlətinin əsl maskasını görməkdə, tanımaqdadır. İndi İranının gerçək və çirkin sifəti tam ortaya çıxıb və bu sifətə simpatiya ilə baxmaq mümkün deyil. Adında İslam sözü daşıyan İran dövləti heç bir gizliliyə yol vermədən Ermənistanı dəstəkləyir və onun təhlükəsizliyini özünün qırmızı xətti sayır. Belə olan halda, ekspertlər haqlı olaraq qeyd edirlər ki, İran artıq Azərbaycanı itirib. 31 il ərzində Azərbaycanda göstərdiyi fəaliyyətin üstündən xətt çəkən İran azərbaycanlıların ictimai rəyində bitmiş durumdadır.

Azərbaycan xüsusi xidmət orqanları İran agenturasını hər yerdə ifşa etməkdədir. Prosesin davam edəcəyi də şübhə doğurmur. Lakin bəzi iddialar onu göstərir ki, Azərbaycan xüsusi xidmət orqanlarının axtarış istiqamətinin biri də mədəniyyət sahəsi ola bilər. Belə ki, kifayət qədər yayılmış iddialara görə, ölkə mədəniyyətinin meyxana sektorunda İran təsirləri kifayət qədər ciddidir. Bu barədə iddialar sırasına bir güclü simanın da rəyləri qoşulub. Belə ki, Sosial Tədqiqatlar Mərkəzinin (STM) Mətbuat Xidmətinin rəhbəri, politoloq Əziz Əlibəyli Musavat.com-a deyib ki, informasiya resursları ilə başlayan həbslər davamlı olacaq və ən əsası, digər sahələri də əhatə edəcək. Sitat: “İnformasiya resursları ilə başlayan həbslər davamlı olacaq və ən əsası, digər sahələri də əhatə edəcək. Hamımız yaxşı bilirik ki, 30 il ərzində Ocaq Necat Azərbaycanda İranın dini agenturasının qurulması ilə bağlı işlər həyata keçirib. Ocaq Necat 1996-cı ildən bu yana Xameneyinin Azərbaycandakı nümayəndəsi olaraq İran mədəniyyət mərkəzinin çətiri altında ölkəmizdə bir çox şəxsləri əhatə edən ciddi işlər həyata keçirib. Bunun tərkibində media, ictimai-siyasi xadimlər, meyxanaçılar, muğam ifaçıları, iş adamları var”.

Əziz Əlibəylinin sitatındakı "meyxanaçılar" ifadəsi ictimai rəydəki iddiaları bir daha yeniləmiş və gücləndirmiş oldu. Bəs görəsən, həqiqətənmi ölkədəki əksər meyxanaçılar İran kəşfiyyatına işləyirlər?

Bu arada bildirək ki, fevralın 1-də Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasda millət vəkili Fazil Mustafa da bu məsələyə toxunaraq qeyd edib:

“Meyxanaçılar arasında, yas yerlərində yaradılmış xüsusi qruplar var, bunlar da nəzarətə götürülməlidir”.

Qeyd edək ki, meyxanaçılar arasında İran agenturası üçün işləyənlərin olması haqda hələ bir müddət bundan əvvəl iddialara yayılmışdı. Hətta Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi Araz Qurbanov televiziya kanallarının birində demişdi ki, İran meyxanaçılar üzərindən Azərbaycanda öz niyyətlərini təbliğ etmək istəyir.

“Son zamanlar sosial şəbəkədə də, mətbuatda da Azərbaycanda meyxana ustalarının İrana meyli haqqında söhbətlər gəzir. Nəyə görə meyxanaçılar? Mətbuata girişə bilmədilər, sosial şəbəkələrdə effektiv fəaliyyət göstərə bilmədilər. Bilirsiniz ki, meyxana ustaları həmişə toyda, məclisdə, cəmiyyətin içindədir. Onlar İrana lazım olan ideologiyanı, fikirləri məhz meyxanaçılar vasitəsilə yayırlar. Bu da son dövrlərdə göstərir ki, o da onlar üçün uğursuz oldu. Mənə elə gəlir ki, İran ya bu gün, ya sabah düşünməlidir. Bilməlidir ki, onun ərazisindəki sabitliyini həm də Azərbaycan arzulayır”.

İrana meyilli meyxanaçılar sırasında tanınmış meyxanaçı Elşən Xəzərin də adı çəkilirdi. Çünki meyxanaçı getdiyi bir neçə məclisdə öz şeirlərini mərsiyə üzərində demişdi.

Həmçinin bir müddət əvvəl hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının Masallıda keçirilən toy mərasimindəki meyxana deyişməsində “Xomeyni çöküb qalıb, Behcəti naqruzkadadı” misrasını səsləndirməsinin ardınca işlətdiyi ifadələrə görə üzr istəməsi, bunu sosial şəbəkədə paylaşması birmənalı qarşılanmamışdı. O, paylaşdığı üzr videosuna görə sosial şəbəkə istifadəçilərinin tənqid obyektinə çevrilmişdi.

DİA.AZ bildirir ki, millət vəkili Aqil Abbas mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkili bütün meyxanaçıların İran agenti adlandırılmasının yolverilməz olduğunu dedi:

“İranın Azərbaycanda olan mədəniyyət mərkəzlərinin nəyə qulluq etdiyini hamımız bilirik. Çox təəssüf ki, bu məsələnin üzərinə çox gec düşmüşük.

Lakin meyxanaçıların hamısının İran agenturasına işləməsini demək inandırıcı deyil. Bu, mümkün deyil. Aralarında 1-2 nəfər kimsə ola bilər, amma bunun bütün meyxanaçılara şamil etmək olmaz.

O ki qaldı mərsiyə üstündə meyxana oxumaq, onda muğam ifaçısı Elnarə Abdullayeva da bütün günü mərsiyə üslubunda ifalar edir, indi ona da İran agenti deyək? Əlbəttə ki, kimin İran agenturasına işlədiyini hüquq-mühafizə orqanları daha yaxşı bilir, amma bir daha qeyd edirəm ki, bütün meyxanaçıların İrana işləməsini demək, sadəcə, insafsızlıqdır".

Məşhur meyxanaçı Ağamirzə Məmmədov isə iddialara bu cür cavab verdi:

“Meyxana deyənlərin İranla nə işi var? Bu barədə heç vaxt heç nə eşitməmişəm. Amma hərdən olur ki, məsələn, "yaman yamandur, cavandır, toydu-nişandır, İrandır" və sairə bu cür qafiyələr deyirik. Olub ki, meyxanada yunan sözü də işlətmişik. Yəni meyxanaçıların İran agenturası ilə heç bir işi ola bilməz.

Görün o gün İran səfirliyimizdə nə oyun çıxartdı, nə bəla, dəhşət etdilər! Məgər qapıda dayanan İran polisinin gözü kor idi, o boyda avtomatı görmürdü? Polis orada bir qıram da olsa köməklik göstərmədi. İndi meyxanaçılar onlara işləyəcək? Meyxanaçıların bu söhbətə heç dəxli yoxdur.

O ki qaldı mərsiyə deməyə, mərsiyəni yalnız sinə döyməklə demək olar. Bildiyim qədər musiqi, ritm ilə mərsiyə demək olmaz. Bəli, 1-2 hansısa meyxanaçı meyxana deyəndə mərsiyəyə oxşatmağa çalışır, amma inanın ki, onlar İrana meyilli olmaq haqda heç düşünmürlər.

Biz indi bir Azərbaycanımızı, torpağımızı, dövlətimizi qorumalıyıq. Başqa söhbət ola bilməz".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru