Pensiya yaşını doldurmuş SƏFİRLƏRİMİZ... HANSILARDIR?
Tarix: 8-02-2023, 09:38 | Çap et
Son rəsmi açıqlamalar görə Azərbaycanın 70-ə yaxın xarici ölkədə, eləcə bir sıra beynəlxalq və regional təşkilatlarda nümayəndəlikləri fəaliyyət göstərir. Xarici ölkələrin bir çoxunda yalnız səfirliyimiz fəaliyyət göstərsə də, bəzi ölkələrdə yalnız konsulluğumuz mövcuddur. Bir neçə ölkədə isə səfirlik və konsulluqlarımız paralel şəkildə fəaliyyət göstərir.
Xarici ölkələrdə Azərbaycanı rəsmi şəkildə təmsil edən diplomatlarımızla bağlı təyinatlara da tez-tez rast gəlirik. Son illərdə yeni təyin olunan səfirlər içərisində gənc kadrlar çoxluq təşkil etsə də, fəaliyyətini davam etdirən təcrübəli diplomatlarımız da var.
Onlardan bəziləri vaxtilə ölkəmizdə yüksək vəzifələrdə də çalışıblar.
DİA.AZ bildirir ki, Bizim.Media pensiya yaşına çatmış səfirlərimizi araşdırıb.
Polad Bülbüloğlu
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun 77 yaşı var. 1945-ci il təvəllüdlü Polad Bülbüloğlu 1988-2006-cı illərdə Azərbaycanın mədəniyyət naziri vəzifəsində işləyib. O, 2006-cı ildən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiridir.
Hüseyn Quliyev
Azərbaycanın Özbəkistam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyevin 76 yaşı var. 1946-cı il təvəllüdlü Hüseyn Quliyev hələ sovet dövründən diplomat kimi çalışır. Belə ki, o, 1978-1982-ci illərdə keçmiş SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşavir, 1984-1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşavir vəzifəsində işləyib. 2012-ci ildə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Yaşar Əliyev
74 yaşlı Yaşar Əliyev diplomatiya karyerasına başlamazdan əvvəl Milli Məclisin deputatı olub. 2002-ci ildən səfirlik fəaliyyətinə başlayan Y.Əliyev 2002-2011-ci illərdə Çində, 2004-2011-ci illərdə isə Vyetnam, Cənubi Koreya, Şimali Koreya və Monqolustandakı fövqəladə və səlahiyyətli səfirimiz olub. O, 2014-cü ildən etibarən Azərbaycanın BMT yanındakı daimi nümayəndəsidir.
Tamerlan Qarayev
Azərbaycanın Litva Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev 70 yaşı var. Ali Sovetin sabiq vitse-spikeri Tamerlan Qarayev 30 ilə yaxındır ki, diplomatik xidmətdədir. O, 1993-2001-ci illərdə Azərbaycanın Çindəki səfiri olub. 2004-2011-də Hindistanda (eyni zamanda 2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nepalda¸ Şri Lankada, Banqladeşdə, Maldiv Respublikasında) səfir işləyib.
2011-2018-ci illərdə Azərbaycan Respublikasının İndoneziyadakı, 2012-2018-də Azərbaycan Respublikasının Sinqapurda, Filippində, Timor-Leste Demokratik Respublikasındakı diplomatik korpusumuza rəhbərlik edib. 2018-ci ildən etibarən isə Azərbaycanın Litvada fövqəladə və səlahiyyətli səfiridir.
Vilayət Quliyev
1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri olmuş Vilayət Quliyevin 70 yaşı var. V.Quliyev 2004-cü ildən etibarən fasilələrlə müxtəlif ölkələrdə səfir kimi fəaliyyət göstərib. O, 2004-2010-ci illərdə Polşa, 2010-2021-ci illərdə isə Macarıstanda Azərbaycanın fövqəlaə və səlahiyyətli səfiri olub. 2022-ci ilin mayında isə Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyinat alıb.
Elmira Axundova
Azərbaycanı Ukraynada təmsil edən səfir Elmira Axundovanın 69 yaşı var. Daha əvvəl Elmira Axundova Milli Məclisin deputatı olub. 2020-ci ildən Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Lətif Qəndilov
66 yaşlı Lətif Qəndilov 2011–2016-cı illərdə Azərbaycan Respublikasının Çin Xalq Respublikası, Koreya Xalq Demokratik Respublikası və Monqolustanda, eyni zamanda, 2011–2013-cü illərdə Vyetnamda, 2016-2021-ci illərdə isə Belarusda fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Hazırda Azərbaycanın Qırğızıstandakı səfiridir.
Vaqif Sadıqov
66 yaşlı Vaqif Sadıqov 1992-ci ildən Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. O, 2004-2010-cu illərdə xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. Sonrakı illərdə Azərbaycanın İtaliyadakı səfiri və BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi kimi çalışıb. 2021-ci ilin iyulundan etibarən Belçikadakı səfirimizdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|