TDT-də birləşən dövlətlər Türkiyəyə 50 milyar əvəzsiz yardım etməlidir - ÇAĞIRIŞ
Tarix: 11-02-2023, 12:07 |
Çap et
“Türk-İslam dünyası bu gün yığışaraq Türkiyəyə münasibətdə “Marşal proqramı”nı qəbul etməlidir.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Türk Dövlətləri Təşkilatı (TDT) yığışaraq Türkiyəyə 50 milyard dollar civarında qarşılıqsız yardım etməlidir. Bütün dövlətlər də əlini daşın altına qoymalıdır. Burada Azərbaycan da, Qırğızıstan da, Özbəkistan da, Qətər də, Küveyit də, İraq da və digər nə qədər Türk-İslam dünyasında ölkə var, hamısı bunu etməlidir”.
DİA.AZ bildirir ki, bunu Cebhe.info-ya AĞ Partiyanın başqanı Tural Abbaslı Türkiyədə baş verən zəlzələdən danışarkən deyib.
“Necə ki, Yunanıstanda inflyasiya olanda Avropa Birliyi birləşib onlara kömək etdi, Almaniya batırdı “Marşal proqramı” qəbul edib xilas etdilər, biz də Türk-İslam dünyasınn lider dövləti olan Türkiyəni qorumalıyıq. İndi biz sadəcə təklif edə bilirik, hər ölkənin qərar sahibi mövcud iqtidarlarıdır. Amma hər halda Türkiyənin yerindən laxlaması bütün Türk-İslam dünyasına ziyan olacaq”, - deyə partiya sədri əlavə edib.