"Bu, dövlətimizin apardığı effetiv siyasətin sübutudur" - deputat
Tarix: 20-02-2023, 10:28 | Çap et
DİA.AZ: - "59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev “Dağları aşmaq? Cənubi Qafqazda Təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda iştirak etmişdir. Prezident çıxışında regionda və Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranmış son vəziyyətlə bağlı ətraflı məlumat vermiş, bir çox aktual məsələlərə aydınlıq gətirmiş, Azərbaycanın mövqeyini dəqiqliklə beynəlxalq birliyin diqqətinə çatdırmışdır". DİA.AZ bildirir ki, bunu açıqlamasında millət vəkili Nəsib Məhəməliyev qeyd edir. Daha sonra deputat bildirir: "Ölkəmizin Avropa enerji təhlükəsizliyindəki rolu və nəqliyyat-logistika imkanları barədə məlumat vermişdir. -Ermənistan müharibədən sonra yaranmış reallıqlarla hesablaşmalıdır. Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi qarşılıqlı tanınma və hər hansı ərazi iddiaları olmadan tezliklə imzalanmalıdır. 28 il ərzində aparılan sülh danışıqları imitasiya xarakteri daşıyırdı və Ermənistanla yanaşı, onun dostlarını da qane edirdi. Ona görə də, Azərbaycan legitim-hərbi yolla torpaqlarını azad etdi və BMT TŞ-n qətnamələrini yerinə yetirdi. -“Dağlıq Qarabağ” adında anlayış Azərbaycan tərəfindən qəbul edilmir, Qarabağ İqtisadi rayonu mövcuddur və hər kəs suveren hüquqlarımıza hörmətlə yanaşmalıdır. -Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və heç bir halda onların gələcək taleyi ilə bağlı Ermənistanla müzakirələr aparılmayacaqdır. -Qarabağda anadan olmamış və aidiyyəti olmayan və xarici ölkələrdən göndərilmiş adamlarla danışıqlar aparılmayacaqdır. -Qarabağın blokadasından söhbət gedə bilməz. Yol humanitar məqsədlər üçün tam açıqdır və bu iki ay ərzində sülhməramlılara və Qızıl Xaç cəmiyyətinə məxsus üç minə yaxın maşın, separatçıların liderləri həmin yoldan keçmişdir. - Fransa, qeyd-şərtsiz Ermənistanın mövqeyindən çıxış etdiyinə və Avropa İttifaqının prezidenti Şarl Mişelin dəstəyi ilə əldə olunmuş razılıqların icrasına mane olduğuna görə danışıqlarda vasitəçi ola bilməz. Plenar iclasın digər iştirakçıları Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Ermənistanın baş naziri Nikol Paşinyan idi. Azərbaycan dövlət Başçısı ilk dəfə belə bir formatda üç müstəqil Qafqaz respublikasının bir araya gəlməsini məxsusi vurğuladı. Görüşün tarixi hadisə olduğunu və yaranmış vəziyyəti düzgün qiymətləndirməyi, gələcəyə baxmağa çağırdı. Ermənistan baş naziri Nikol Paşinyan yenidən Paşinyan isə, yenə də öz ampluasında görünürdü. Onu dinlədikcə, geyri-ixtiyari 2020- ci ili, Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə keçirdiyi debatı xatırladım. Həmin debatda Paşinyan özünü itirmiş, çaşaraq düzünü danışmış və Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımışdı. Ölkəmizin ünvanına böhtanlar sısləndirmiş, saxta tarixi faktları sırımağa cəhd etmişdi. Dünənki plenar iclasdan sonrakı qənaətim elədir ki, 2020-ci ildən bəri hər şeyin yüz səksən dərəcə dəyişməyinə rəğmən, Paşinyan dəyişməyib. Yenə reallıqdan uzaq populist çıxışlar, əsassız ittihamlar və yalanlarla zəngin fikirlər. Tam məsuliyyətlə demək olar ki, 2020-ci ildə olduğu kimi, bu dəfə də Paşinyanın timsalında Ermənistan siyasətinin primitiv təqdimatı yenə də iflasa uğradı. Azərbaycan Prezidentinin keçirdiyi bütün görüşlərdə, ölkəmizin maraqlarını sistemli şəkildə, beynəlxalq hüquqa və ədalətə söykənən dəmir məntiqlə müdafiə etməsi hər birimiz üçün qürurvericidir. ABŞ dövlət katibi Blinkenin vasitəçiliyi ilə təşkil olunmuş üçtərəfli görüşdə də, Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi, dövlətimizin apardığı effetiv siyasətin sübutudur".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|