"Məhkəmənin işinə müdaxilə etmək olmaz" - Deputat Bəxtiyar Hacıyev haqda danışdı
Tarix: 27-02-2023, 08:43 |
Çap et
DİA.AZ bildirir ki, Azərbaycanın Avropa Şurası Parlament Assmableyasındakı nümayəndə heyətinin rəhbəri, hakim Yeni Azərbaycan Partiyasının üzvü Səməd Seyidov həbsinə etiraz olaraq artıq 49 gündür aclıq edən ictimai fəal Bəxtiyar Hacıyev haqda Toplum TV-nin sualını cavablandırıb.
“Məhkəmə gedir. Məhkəmənin işinə müdaxilə etmək olmaz. Əminəm ki, ədalətli qərar qəbul olunacaq”,- Seyidov belə söyləyib.
Deputat Azərbaycan məhkəməsinin ədalətinə inandığını bildirib.
DİA.AZ qeyd edir ki, artıq bu gündən Bəxtiyar Hacıyevin aclığı dayandıracağı haqda da açıqlamalar verilib.