Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi .....                     Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi .....                     Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi .....                     Əgər İran dağılarsa... .....                     Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                 

“Ölkədən gedib xaricə sığınmış bu adam siyahı tərtib edir və bunu beynəlxalq təşkilatlara sırıyaraq, qrant əldə etməyə çalışır” - QALMAQAL
Tarix: 1-03-2023, 10:05 | Çap et
“Ölkədən gedib xaricə sığınmış bu adam siyahı tərtib edir və bunu beynəlxalq təşkilatlara sırıyaraq, qrant əldə etməyə çalışır”
“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi fevralın 27-də Azərbaycanda siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Xaricdə yaşayan Leyla Yunusun da hazırladığı yenilənmiş siyahıya görə, Azərbaycanda hazırda 93 nəfər siyasi məhbus var.

Təşkilat siyasi məhbusları 7 qrupa bölüb.

1-ci qrupa jurnalistlər və blogerlər (6 nəfər), 2-ci qrupa müxalifət partiya və hərəkatların üzvləri (6 nəfər), 3-cü qrupa Almaniyadan deportasiya olunan siyasi mühacirlər (5 nəfər), 4-cü qrupa dindarlar (29 nəfər), 5-ci qrupa Tərtər işi üzrə məhkum olunanlar (8 nəfər), 6-cı qrupa Gəncə işi üzrə məhkumlar (26 nəfər), 7-ci qrupa ömürlük azadlıqdan məhrum edilənlər (13 nəfər) daxildir.

Siyasi məhbusların yenilənmiş siyahısı hüquq müdafiəçiləri, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb.

“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi bildirir ki, siyasi məhbusların siyahısı Avropa Şurası Parlament Assambleyasının 2012-ci ilin oktyabrında qəbul etdiyi 1900 saylı siyasi məhbuslar haqqında qətnaməyə uyğun hazırlanıb.

DİA.AZ bildirir ki, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Gündə bir təşkilat formalaşır, hansısa bir siyasi mərkəz adı altında bir ictimai birlik yaradılır və sonra da natamam, tam şişirdilmiş, qərəzli şəkildə dırnaqarası siyasi məhbus siyahısını tərtib edərək, onu beynəlxalq təşkilatlara göndərirlər. Qeyd edilən "Siyasi Məhbusların Monitorinqi Mərkəzi" İctimai Birliyini, eləcə də onun rəhbəri Elşən Həsənovu da tanımıram. Amma Leyla Yunisi çox yaxşı tanıyıram. Ölkədən gedib xaricə sığınmış, xaricdə oturmaqla internet üzərindən müəyyən adamların adlarını, onların fəaliyyətləri haqqında məlumatlar toplamaqla, siyahı tərtib edir və bunun beynəlxalq təşkilatlara sırıyaraq, müəyyən qrantlar əldə etməyə çalışır. Yəni qrant hesabına xaricdə yaşayanlardan biridir. Vaxtilə hüquq müdafiəçisi kimi çalışırdı, biz onu dəfələrlə düz yola, rəqəmləri şişirtməməyə, şəxsi maraqlara xətrinə siyahıya adamlar salmamağa dəvət etdik. Amma sonra nə baş verdiyini hamımız bilirik, ölkədən çıxıb getdi".

Çingiz Qənizadə qeyd edib ki, qeyd edilən 93 nəfərlik siyasi məhbus siyahısı həqiqəti əks etdirmir: “Əvvəla, Azərbaycan dövləti hər zaman bildirir ki, ölkədə siyasi məhbus yoxdur və bizim İşçi Qrupumuzda 10-dan çox hüquq müdafiə və təşkilat nümayəndələri, həmçinin hakimiyyətin müxtəlif qollarını təmsil edən vəzifəli şəxslər təmsil olunur. Biz həbslər və məhkəmələri zamanı müəyyən prosedur pozuntulara yol verilmiş şəxslərin barəsində məsələləri qaldırır və müəyyən qədər problemlərin həllinə nail ola bilirik. Hər dəfə də əfv fərmanı, sərəncamı veriləndə bizlərin, o cümlədən hüquq müdafiəçisi Novella Cəfəroğlu başda olmaqla, Səadət Bənəniyarlı, Səidə Qocamanlı həmçinin mən, bəzən Arzu Abdullayeva dövlət başçısına, əfv sektoruna müraciətlər ünvanlayırıq və bizim müraciətlər hər dəfə az və yaxud çox olmasından asılı olmayaraq öyrənilir və müsbət dəyərləndirilir.

Bu baxımdan, 93 nəfərlik siyahının tərtib edilməsi əslində prosessual hüquqları müəyyən qədər istintaq və məhkəmədə hüquqları pozulmuş şəxslərin azadlığa çıxması yolunu çətinləşdirir, problemi dərinləşdirir və bəzən də hakimiyyət bu cür qərəzli siyahıları gördükdə, ümumiyyətlə, qaldırılan məsələləri heç müzakirə etmək istəmir ki, bu insanları, yəni haqqı olanları haqqı olmayanlarla eyniləşdirib, ictimailəşdirib beynəlxalq təşkilatlara göndəriblər".

Hüquq müdafiəçisi məlum siyahının qruplara bölünməsi məsələsinə də mövqe bildirib: “Qeyd edilən 93 nəfərlik siyahı 7 qrupa bölünüb. Orada jurnalistlər və blogerlər daxil edilən qrup var. Mənə deyin, hansı jurnalistin həbsi siyasi motivlidir. Müəyyən jurnalistlər var ki, onların rüşvət, hədə-qorxu tətbiq etməklə əsaslanıdırılmış ittihamları var, bəzilərinin hələ məhkəməsi olmayıb, istintaq gedir, hansı nəticəyə gəlinəcəyi bilinmir, amma bu şəxslər jurnalistdir deyə dərhal siyahıya salınır.

İkinci qrupa isə müxalifət partiya və hərəkatlarının üzvlərini daxil ediblər. Azərbaycanda çox sayda, o cümlədən müxalif partiyalar var. Hər bir partiyanın 5-15 min üzvü var. Onların arasında bir nəfər əgər cinayət törədəcəksə, biz onu siyasiləşdirməli, siyasi məhbus deyə onu müzakirə edib, gündəliyə gətirməliyikmi?

3-cü qrupda isə Almaniyadan deportasiya olunan siyasi mühacirlər olduğu qeyd olunub. Almaniyadan insanların deportasiya olunması Azərbaycanın işi deyil. Almaniyanın özü müəyyən adlar altında ölkəyə sığınmış şəxsləri öz ölkələrindən deportasiya ediblər və bunların içərisində əgər cinayət törədənlər saxlanılıbsa, buna siyasi məhbus adı vermək olmaz.

Dindarla bağlı da məsələ aydındır. İranın Azərbaycandakı tör-töküntülərini, onların məshəbini, ideyalarını ölkəmizdə genişləndirmək, Azərbaycan vətəndaşlarını bu təriqətlərin, İranın təsiri altına salmaq istəyənlər var. Bu baxımdan, biz bu məsələlərdə çox ehtiyatlı davranırıq və hər həbs olunan dindarı da siyasi məhbus kimi gündəliyə gətirmək məqsədəuyğun deyil.

Tərtər işi üzrə həbs olunanlar barəsində. Burada siyasi deyil, vəzifəli şəxslərin cinayət törətməsindən söhbət gedir. İstintaq orqanlarının, prokurorluq və digər qurumların, məhkəmə orqanlarının, tibbi ekspertlərin, bu işdə müəyyən marağı olaraq hökm çıxardan, istintaq aparan orqanların,əməkdaşların günahından söhbət gedir. Ölkə başçısını aldadıb, saxta rəylər, məlumatlar veriblər və müəyyən insanları həbs etməklə özlərinin guya dövlətə və Prezidentə sadiqliyini nümayiş etdirməyə çalışıblar. Bu baxımdan, o şəxslərin azad olunması istiqamətində çalışırıq. Adlarını siyahıya salmışıq və hər dəfə bu məsələ ilə bağlı Baş Prokurorluq tərəfdən müsbət qərar qəbul edildikdən sonra onların bir çoxunun işinə xitam verilib, bir çoxları artıq bəraət alıblar və sairə. Bu proses gedir, biz Baş Prokurorluğun bu addımını alqışlayırıq.

Digər 6-cı qrupa aid edilənlər Gəncə işi üzrə məhkumlar barəsindədir. Gəncədə baş verən hadisələri bilirik və bu hadisələr zamanı əgər təsadüfən kimsə həbs olunub, tutulubsa onlardan da bizə müraciət edənlər var, biz onları araşdırırıq və bizim də müəyyən məsələlərdə onların azad olunması ilə bağlı təkliflərimiz var, amma onların hamısını siyasi məhbus deyə siyahıya salmaq doğru deyil.

7-ci qrupa isə ömürlük azadlıqdan məhrum edilənlər daxil edilib. Onlar əslində siyasi proseslərdə tutulsalar da, cinayət ediblər. Bununla bağlı 93-cü ilin qiyam hadisəsi, həmçinin 94-cü il və digər hadisələr var. Biz onların da bəzilərinin cəzanın törədilən əmələ adekvat olmadığını bilirik və bununla bağlı da müraciətlərimiz var və belə hesab edirəm ki, növbəti əfv fərmanında cənab Prezident yəqin ki, bu istiqamətdə bizim də xahişlərimizi nəzərə alacaq.

Lakin bir daha qeyd edirəm, bizim məhkəmə və istintaq zamanı prosessual hüquqları pozulan şəxslərin bizdə olan siyahısı təxminən 30 nəfərdir və hesab edirəm ki, 93 nəfərli siyahı şişirdilmiş siyahıdır, Avropa institutlarından qrant almaq məqsədi daşıyır və Azərbaycan siyasi hakimiyyətinə qərəz nümayiş etdirən şəxslərin qərəzlərinin məhz bu formada ifadəsidir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24
Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19
Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18
Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58
Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18
Tanınmış həkim vəfat edib
Dünən, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru