“Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı, həm də zamanında atılmayan addımların nəticəsidir...” - ETİRAZ
Tarix: 27-03-2023, 14:02 | Çap et
“Hazırda Ermənistan sürətlə silahlanır. Və onlara Rusiya ilə yanaşı, İran da, Hindistan da, hətta Avropa da dəstək verir. Maraqlı bir də orasıdır ki, Qarabağda erməni məsələsi bəlkə də Rusiya ilə İranın birgə projesidir. Amma buna rəğmən Rusiya və İranla düşmən olan Qərb ölkələri həmin projeni müdafiə edirlər. Bax, bu, çox qəribədir”. DİA.AZ bildirir ki, bu fikri Moderator.az-a açıqlamasında 1988-ci ildən başlanan milli azadlıq hərəkatının fəallarından biri, keçmiş Laçın alayının komandiri, polkovnik Arif Paşa ifadə edib. “Hesab edirəm ki, mövcud durumda Azərbaycan əsas iki xətt üzrə işləməlidir. Birincisi, dünya ölkələrinin ictimaiyyəti ilə işləməliyik. Deyirik ki, ABŞ, yaxud Fransa Qarabağ məsələsinə niyə belə münasibət bəsləyir. Bunun qarşısını almaq üçün həmin ölkələrin ictimaiyyəti, vətəndaşları arasında güclü təbliğat aparmaq gərəkdi ki, onlar da öz dövlətlərinə təsir göstərə bilsinlər. Həmin məqsədlə Qarabağ haqda gerçəklər qısa şəkildə yazılmış bukletlər çap olunur və onlar məsələn, Fransa paytaxtı Paris küçələrində insanlara paylanır. Əgər hansısa Fransa vətəndaşı Gülüstan, Türkmənçay müqavilələrindən üzü bəri və bu gün Qarabağ ətrafında gerçəkdən nə baş verdiyini öyrənərsə, çox güman ki, onda bu məsələ barədə ədalətli rəy formalaşar. Özü də bu təbliğatı təkidli şəkildə aparmaq lazımdır. Xaricdən və Ermənistandan gələn ermənilərin hələ sovet dövründə Azərbaycan ərazisində, xüsusən də Qarabağdakı ermənilər arasında necə təbliğat aparması haqda faktlar məlumdur. Əhali dəfələrlə onları qovurmuş, buna rəğmən yenə geri dönüb sözlərini deyirmişlər... Bunlar həm də onu göstərir ki, Qarabağda baş verənlər əslində “millətlərin öz müqəddəratını təyin etməsi” məsələsi ilə bağlı deyil. Xaricdən Ermənistan vasitəsi ilə idarə olunan dirijor çubuğunun, həmin ölkənin ilhaqçılıq siyasətinin nəticəsidir. Bir çox siyasilər və politoloqlar nədənsə bu məsələni qabartmırlar. Birincisi, ermənilər öz müqəddəratını Ermənistanın qondarılmasıyla həll edib. Və ikincisi, Qarabağ məsələsi Ermənistandan uzadılan barmağın fəaliyyətinin nəticəsidir və bunun adı “millətlərin öz müqəddəratını təyin etməsi” yox, işğaldır, ekspansiyadır”- deyə polkovnik açıqlamasının davamında bildirib. “Azərbaycanın tutacağı ikinci xətt isə daha dişli, daha qətiyyətli hərbi-siyasi proseslərin aparılmasıdır. Bizim ərazimizdə qeyri bir ölkənin hərbi birləşmələri var. Dünya nə deyir, desin, biz həmin işğalçı birləşmələrin ərazimizdən çıxarılmasına, yaxud zərərsizləşdirilməsinə nail olmalıyıq. Dəfələrlə sual qoymuşuq ki, əgər Azərbaycan ərazisində doğrudan da Ermənistan ordusu yoxdursa, bəs Qarabağda ölən bir çox əsgərlər niyə aparılıb Ermənistanda dəfn olunur. Deməli, bunlar Ermənistanın Azərbaycan ərazisindən vuruşan əsgəridir. BMT-nin işğal faktının müəyyən olunması haqda qətnaməsi var. Əgər bir ölkənin ərazisində digər bir ölkənin hərbi mövcudluğu varsa, bunun adı işğal deyil, bəs nədir? Bu yandan da, erməni hərbi birləşmələrinə dəstəkçi kimi digər bir ölkənin – Rusiyanın hərbi kontingenti heç bir beynəlxalq mandatı-filanı olmadan “sülhməramlı” adı altında ərazimizə soxulub və həmin işğalçı erməni ordusuna maddi-texniki və ruhi-mənəvi dəstək verir. Onların gözü qarşısında emənilər canlı qüvvə və texnikalarının sayını artırır, təlimlər keçirlər, əlavə torpaq yollarla silah-sursat daşıyır, yeni yollar salmağa çalışırlar. Bu, nə deməkdir? Və indi artıq məsələ o yerə çatıb ki, Azərbaycan ordusu separatçı və işğalçı ermənilərin addımlarını nəzarətdə saxlamaq üçün hansısa bir yüksəklikdə mövqe tutur, Rusiyanın “sülhməramlı” kontingenti isə ordumuza qarşı həmin yüksəkliyi tərk etmək haqda tələblər irəli sürür. Bu, “sülhməramlı”ların həddini aşmasıyla yanaşı, həm də zamanında atılmayan addımların nəticəsidir”- deyə Arif Paşa yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|