"Futbolumuz `Aşsüzən dövrü`nə yenidən qayıtdı" - deputat
Tarix: 28-03-2023, 08:17 |
Çap et
DİA.AZ: - "Futbolumuz `Aşsüzən dövrü`nə yenidən qayıtdı. Yalandan Byazinin boynuna yıxmayın". DİA.AZ bildirir ki, bunu AVRO-2024-ün seçmə mərhələsində mübarizə aparan yığmamızın dünən İsveçə böyük hesabla uduzmasına münasibət bildirən deputat Fazil Mustafa qeyd edib.
"Milli komandada oynamanın məsuliyyətini futbolçu anlamırsa və fədakarlıq etmirsə, hansı məşqçını gətirsəniz də belə davam edəcək" deyə fikrini əsaslandıran millət vəkili daha sonra qeyd edib:
"Azərbaycanda böyük mənada futbol yoxdursa, milliyə oyunçu götürmə alternativləri hədsiz məhdud olacaq. Qurban Qurbanovu intriqalara qurban verərək uzaqlaşmağa məcbur etdilər ki, millimiz həmişə bu cür sınıq-salxaq durumda qalsın. Komandanın liderinin olmaması ilə yanaşı həm də xarakteri yoxdur. Bərabər səviyyədə 70-ci dəqiqəyədək davam edən oyunda son 30 dəqiqədə tam bir acizlik mənzərəsi ortaya qoyuldu. Udub-uduzmaqdan da önəmli deyil, bütün hallarda əzmkarlık göstərmək lazımdı. Əvəzində tam doqquzluğa vurdular. Bəs nə etməli? Gürcüstan və Ermənistan millilərinin oyunlarını diqqətlə izləyib, ən azı Aşsüzən olmamanın yolunu tapmaq yaxşı olardı".