"Kərimə dövləti"nin “ideoloqunun” adı əfv siyahısına necə düşüb? - HƏQİQƏTƏN DƏ...
Tarix: 12-04-2023, 09:01 | Çap et
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun ötən həftə açıqladığı birgə məlumatda adı keçən Rufulla Axundzadənin vaxtilə əfvlə azadlığa buraxılması məlum olub. 2011-ci ilin yanvar ayında tutularaq, Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (terrora hazırlıq), 278-ci (hakimiyyəti zorla ələ keçirmə) maddələri üzrə ittiham edilən və 11 il 6 ay azadlıqdan məhrum olunan Rufullah Höcət oğlu Axundzadə necə olub ki, əfv sərəncamına düşərək azadlığa çıxıb?!
Bildirilir ki, Rufullah Axundzadə həbsdə olarkən də ailə üzvləri vasitəsilə İrana bağlı mediaya məlumatlar ötürərək heç bir əməlindən peşman olmadığını dilə gətirirdi. O, həbsdə olarkən “Məni əfv etməyin! Üzr istəyin və bəraət verin!” demişdi. Təsadüfi deyil ki, R.Axundzadə 2021-ci ilin mart ayında azadlığa çıxandan dərhal sonra Azərbaycan vətəndaşlığından imtina etdiyini bəyan edərək İrana gedib. 11 il 6 ay həbs cəzası alan və cəzasının çəkilməyən hissəsindən (1 il 4 ay) azad edilən R.Axundzadə necə olub ki, azadlığa çıxıb? O, İrandadır və yenidən fars xüsusi xidmət orqanlarının tapşırıqları ilə Azərbaycan əleyhinə fəaliyyətini davam etdirir.
Oxu.az yazır ki, R.Axundzadə əfv sərəncamına salınmamışdan öncə onun İranda yaşayan və "Kərimə dövləti"nin əsas "ideoloq"larından olan Tohid İbrahimbəylinin qayınatası olması nəzərə alınmalı idi. Çünki R.Axundzadə həbsdə olarkən T.İbrahimbəyli Azərbaycana təhdidlər yağdırır və burada müxtəlif şəxsləri İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edirdi. T.İbrahimbəylinin qayınatası R.Axundzadənin azadlığa çıxması hüquqi və mənəvi baxımdan ciddi məsuliyyət yaratmalı idi.
“Əldə olunan məlumatlardan görünür ki, Penitensiar Xidmətin 15 saylı rejimli cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan R.Axundzadə həbsdə olduğu müddətdə güzəştli şəraitdə saxlanılıb. Cəzaçəkmə müəssisəsinin rəisi digər məhkumlardan fərqli olaraq, R.Axundzadəyə xüsusi diqqət göstərib. O, səliqəli otaqda saxlanılıb, "razvod"a çıxmayıb və cəzaçəkmə müəssisəsinin qanunla müəyyənləşdirilmiş sərt qaydalarından tamamilə kənarda tutulub. Həbsdə olduğu müddətdə daha da radikallaşan R.Axundzadənin islah olunması ilə bağlı heç bir addım atılmayıb", - deyə saytın məlumatında bildirilir.
dia-az.life-ın məlumatına görə, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev “Yeni Müsavat”a bildirdi ki, əfv siyahısına düşən şəxslər mərhəmət, humanizm və sosial ədalət prinsiplərinə əsaslanaraq tərtib olunur. O qeyd etdi ki, məhbuslar bir neçə məqamı nəzərə alaraq bu siyahıya düşə bilərlər: “Məhbusun yaş həddi, sağlamlıqla bağlı problemi, yaxud ailəsində şəhid, qazi olması nəzərə alınır. Eyni zamanda davranışı qənaətbəxşdirsə, zərərçəkmiş barışığa hazırdırsa, dəymiş ziyan ödənibsə, əvvəllər cinayət törətməyibsə və s. kimi amillərə diqqət edilir. Əlbəttə ki, qərar qəbul edilərkən cəmiyyətin, dövlətin, zərərçəkmişin maraqları nəzərə alınır. Əfv sərəncamına düşən şəxslərin 99 faizi yenidən cinayət törətmir. Bu da onu göstərir ki, əfv çox effektiv, səmərəli işləyir. Belə görünür ki, sözügedən şəxs cəzasının böyük hissəsini çəkdiyi üçün bu amil nəzərə alınıb”.
Ə.Nuriyev vurğuladı ki, azadlığa çıxmış şəxsin yenidən cinayət törədib-törətməyəcəyini proqnozlaşdırmaq mümkün deyil: “Nəzərə almaq lazımdır ki, əfv sərəncamına düşən şəxs yenidən cinayət törədirsə, ikinci dəfə əfv olunmur. Bunun üçün müstəsna səbəblər olmalıdır. Bu, xüsusilə ağır cinayət törətmiş şəxslərə aiddir”.
dia-az.life-ın məlumatına görə, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, həqiqətən dinlə məşğul olan, İranla əlaqəsi olmayan şəxslər üçün müraciət edilir. N.Cəfəroğlu hesab edir ki, ağır cinayət törətmiş şəxslərin azadlığa çıxması üçün müstəsna səbəb olmalıdır: “Biz siyahı tərtib edərkən istisna halları nəzərə alırıq. Rufulla Axundzadənin adı Sülh və Demokratiya İnstitutunun siyahısında var idi”.
Xatırladaq ki, Sülh və Demokratiya İnstitutu ((SDİ) 2014-cü ildə Azərbaycandakı siyasi məhbusların siyahısını təqdim edib. SDİ-nin direktoru Leyla Yunus 2014-cü ilin yanvarınadək olan 134 siyasi məhbusun və ya siyasi motivlərlə həbs olunmuş şəxslərin siyahısını təqdim etmişdi. Həmin siyahıda dindar fəallar arasında Azərbaycan İslam Partiyasının üzvləri arasında Rufulla Axundzadənin adı var.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|