Anar Əsədli ilə bağlı daha bir şikayət - "Rent A Car"ın pulunu ödəməyib
Tarix: 25-04-2023, 17:57 |
Çap et
Bir neçə gün əvvəl həbs edilən Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli ilə bağlı daha bir şikayət ortaya çıxıb.
DİA.AZ xəbər verir ki, şikayətə görə Anar Əsədli 2020-ci ildə keçirilən Parlament Seçkilərində təbliğat və təşviqat dövründə seçicilərlə görüşə getmək üçün Bakıda fəaliyyət göstərən “Rent A Car 023” şirkətindən avtomobil icarəyə götürüb.
İddia olunur ki, partiya sədri icarəyə götürdüyü avtomobillə qəza törədib və maşına dəymiş ziyanı şirkətə ödəməyib.
Şirkətdən Lent.az-a faktı təsdiqləyiblər.
Bildirilib ki, hələlik bu barədə hüquq-mühafizə orqanlarına müraciət olunmayıb: "Zərər ödənilməzsə bu barədə polisə müraciət olunacaq".