Stefan Şenak Azərbaycanın AŞ PA-da cəzalandırılmasına qarşıdır - AÇIQLAMA
Tarix: 1-05-2023, 09:19 |
Çap et
Avropa Şurası Parlament Assambleyasının son sessiyası çərçivəsində Azərbaycanla bağlı dinləmələr keçirilib.
DİA.AZ-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, hökumətin sərt tənqidi üzərində təşkil olunan dinləmələrdə bir sıra AŞ PA üzvləri Azərbaycanın cəzalandırılmasını təklif edib.
AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şenak Gununsesi.info-ya açıqlamasında bu təklifə münasibət bildirib.
Azərbaycanın cəzalandırılmasının çıxış yolu olmadığını vurğulayan Şenak bildirib ki, belə bir addım insan haqları ilə bağlı vəziyyəti dəyişməyəcək: “Azərbaycan hökuməti ilə dialoq davam etdirilməlidir. Biz burada deyildiyi kimi Azərbaycandan olan heyətin səsvermə hüququnun dondurulmasına nail olsaq, o zaman heç nə dəyişməyəcək. Mən xatırladıram ki, biz Mehman Hüseynovun həbsxanadan azadlığa çıxmasına dialoq yolu ilə nail olduq. Ona görə də dialoq davam etdirilməlidir”.