"Ermənistanın daxilində vəziyyət sabit deyil" - Etibar Məmmədov
Tarix: 11-05-2023, 16:16 | Çap et
44 günlük savaşdakı hərbi qələbəmizdən bəri keçən iki il yarım müddətində Azərbaycan və Ermənistan arasında liderlər və ya xarici işlər nazirləri səviyyəsindəki görüşlər, danışıqlar ərəfəsində, yaxud onlardan sonra iki ölkə sərhədi və ya Qarabağdakı təmas xəttində təxribatlar nəticəsində atəşkəsin pozulması artıq bir növ “zərurət” halını alıb. Bu dəfə xarici işlər nazirlərinin Vaşinqton danışıqları, həmçinin Ermənistan hökumət başçısı N.Paşinyanın Moskvada Putinin “qələbə” paradındakı iştirakından sonra və Brüsseldə ölkə başçılarının gözlənilən görüşü ərəfəsində yenidən Azərbaycan-Ermənistan sərhədində itki və yaralılarla müşayiət olunan növbəti qanlı toqquşma baş verdi... Ermənistan baş naziri N.Paşinyanın Putinin keçirdiyi paraddakı iştirakını bir manevr hesab etsək və onun Azərbaycanın ərazi bütövlüyünü tanıması, Yuxarı Qarabağı Azərbaycanın tərkib hissəsi bilməsini, eyni zamanda Qərbə meyilli bir siyasətçi olmasını və s. diqqətə gətirsək, o halda sual yaranır: Ermənistan başçısı nədən sərhəddəki təxribatlarda və sülh danışıqlarının pozulmasında maraqlı olsun? Və o da maraqlıdır ki, aprelin 11-də Dığ kəndi yaxınlığında baş vermiş ötən qanlı təxribatdan sonra Paşinyan Ermənistan ordusunda onun deyil, “başqa liderlərin əmrini icra edə bilən komandirlər” olduğunu bəyan etmişdi. Bəlkə bu təxribatı da Azərbaycan-Ermənistan arasında sülh yaranmasını istəməyən və bu səbəbdən danışıqlar prosesinin də Vaşinqton, yaxud Brüsselin yox, məhz Moskvanın moderatorluğuyla keçirilməsinə çalışan Rusiyanın agentura şəbəkəsi törədib?.. DİA.AZ bildirir ki, mövzu ilə bağlı Moderator.az əməkdaşının suallarını cavablandıran Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov bunları söyləyib: “Əvvəla, məlumdur ki, Ermənistanın daxilində vəziyyət sabit deyil. Və Azərbaycanla sülh sazişinin bağlanmasnı istəməyən qüvvələr çox güclüdür. Odur ki, sülh müqaviləsi imzalansa belə, bundan sonra Ermənistanda ara qarışacaq. Yəni sülh sazişi həmin müxalif qüvvələrin tərəfindən Paşinyan üçün böyük təhlükə hesab olunur. Ona görə də hakimiyyətdəkilər də məsələyə ehtiyatla yanaşırlar. Ancaq digər tərəfdən, o da var ki, həmin sülh müqaviləsi imzalanmasa, bu da həm Ermənistan, həm də Paşinyanın özü üçün ağır nəticələr verə bilər. Yəni sülh sazişinin imzalanması rəsmi İrəvan üçün məcburi bir zərurətdir. Lakin sülh müqaviləsindəki şərtlər məsələsinə gəldikdə, Paşinyan və onun komanda üzvləri bir yandan deyirlər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar və istəyirlər ki, Azərbaycan da onların ərazi bütövlüyünü tanısın. Ancaq Qarabağdakı ermənilər məsələsinin müzakirəsinin hansısa beynəlxalq platformada davam etdirilməsinə çalışırlar ki, sülh müqaviləsinə əlavə kimi qəbul etsinlər”. Siyasətçi hesab edir ki, sərhəddəki bu dəfəki qanlı təxribatın da məhz Rusiyanın Ermənistan siyasi hakimiyyəti və ordusundakı agentura şəbəkəsi vasitəsilə törədilməsi ehtimalı daha böyükdür. “Rusiya isə sülh sazişi ilə bağlı mövqeyində bildirir ki, həmin sazişə Qarabağ məsələsi də daxil olmalıdır. Və qondarma status məsələsi gələcəyə qalmaq şərti ilə... Məsələnin sonraya qalması isə o deməkdir ki, Kreml Azərbaycan ərazisindəki – Qarabağdakı mövcudluğunu davam etdirmək və öz hərbi qüvvəsinin buradakı varlığını qorumaq və ümumiyyətlə, Azərbaycan-Ermənistan müstəvisindəki prosesləri daim öz nəzarətində saxlamaq əzmindədir. Digər tərəfdən isə ABŞ və Avropa məsələyə moderatorluğu öz üzərinə götürüb öz himayəsi altında həll etməyə çalışır. Yəni eyni zamanda onlar da Qarabağ məsələsini hansısa formada gündəmdə saxlamaq istəyirlər. Rəsmi Bakının isə qəti mövqeyi belədir ki, Qarabağdakı ermənilərin hüquqları, gələcəyi və s. Azərbaycanın daxili işidir, Ermənistanla sülh sazişi imzalanmalıdır və Azərbaycan Qarabağ torpağında yaşayacaq vətəndaşlarıyla münasibətlərini özü müəyyənləşdirməlidir. Oradakı ermənilər də özləri üçün müəyyən etməlidirlər ki, ya Azərbaycan vətəndaşlığını qəbul edirlər, yaxud qəbul etmirlərsə, burada müvəqqəti qonaq kimi statusa malik olmalıdırlar. Buna görə də xarici işlər nazirlərinin sonuncu görüşündən sonra da ABŞ Dövlət katibi Blinken bəyan etdi ki, hansısa irəliləyişlər var, müəyyən məsələlərdə razılıqlar var və bunun da davamı Brüsseldə ola bilər. Təbii ki, Moskva buna mane olmağa çalışacaqdı və buna da çalışır. O da məlumdur ki, Ermənistan Silahlı Qüvvələri, həmçinin siyasi hakimiyyəti içərisində Rusiyadan idarə olunan kifayət sayda fiqurlar mövcuddur və onlar istənilən vaxtda Azərbaycanla sərhəddə, yaxud Qarabağdakı təmas xəttində atəşkəsin pozulmasına və böyük silahlı qarşıdurmanın yaranmasına nail ola bilirlər. Mənim fikrimcə, sərhəddəki son təxribat da məhz bunun nəticəsidir”- deyə Etibar Məmmədov vurğulayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|