Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək .....                     Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək .....                     "Özü kimi sadə bir də özüdür..." .....                     Ermənistanın COP29-da deməyə sözü yoxdur .....                     Sülhə doğru addım Zəngəzurdan keçir .....                     Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək .....                     "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" .....                     Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq .....                     ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır .....                     "Kainat gözəli" seçildi .....                     Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox .....                     Abxaziya gərginliyində erməni izi .....                     Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? .....                     36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır .....                     Bu da Ranın son ünvanı... .....                     “Mehriban düşmən”lər yollarını ayırır? .....                     "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." .....                     Azərbaycana qarşı qarayaxma yarışı gedir .....                     İsrail Prezidenti COP29-a niyə gəlmədi? .....                     Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə .....                     Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək .....                     Ermənistanın Rusiyaya yeganə yolu bağlandı .....                     Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının .....                     Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi .....                     Tramp kürəkəninə vəzifə verəcək .....                     Bakıda kafenin qarşısında QƏTL .....                     "Bu barədə ciddi şəkildə düşünməliyik" .....                     “525-ci qəzet” və "Qol.az"ın .....                     Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? .....                     7 rayonda DOST filialları təmir olunacaq .....                     “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu .....                     Buralar rəsmən yiyəsiz qalıb... .....                     Deputat üçün özəl gün .....                     Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" .....                     Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi .....                     İrəvandan Bakıya qarşı YENİ İTTİHAM .....                     Saxtakarların meydan suladığı ünvan... .....                     Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                 

"Paşinyan başda olmaqla, erməni rəsmilərin dünən söylədikləri ilə bu gün dedikləri üst-üstə düşmür" - deputat
Tarix: 3-06-2023, 09:48 | Çap et
"Paşinyan başda olmaqla, erməni rəsmilərin dünən söylədikləri ilə bu gün dedikləri üst-üstə düşmür"
İyunun 1-də Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri arasında qeyri-rəsmi formatlı görüş keçirilib. Görüşdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron da iştirak ediblər.
Beştərəfli, qeyri-rəsmi formatlı görüşün pozitiv müstəvidə keçdiyi bildirilib.

Görüşdə əsasən sülh müqaviləsi ilə bağlı danışıqların davam etdirilməsinin vacibliyi danışılıb. İyulun 21-də Brüsseldə növbəti üçtərəfli görüş keçiriləcək. Buna qədər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqtonda növbəti görüşü baş tutacaq. Vaşinqtondakı danışıqlarda əsas müzakirə mövzusunun sülh müqaviləsi olacağı barədə məlumat verilib. Qeyd olunub ki, Brüssel formatında Şarl Mişelin vasitəsilə aparılan danışıqlar daha çox koordinasiya xarakteri daşıyır və əsas müzakirələrin bu üçtərəfli görüşdə aparıldığını qeyd eləmək mümkündür. Şarl Mişel deyib ki, mayda Brüsseldə toxunulan bütün mövzular yenidən müzakirə predmeti olub: "Kişineu görüşü iyulun 21-də Brüsseldə keçiriləcək növbəti görüş üçün çox yaxşı hazırlıq oldu. Bu, o deməkdir ki, biz çox çalışırıq və əlaqələrin normallaşması istiqamətində bütün müsbət səyləri dəstəkləmək niyyətindəyik. Eyni zamanda bu da bəyan edildi ki, Prezident Əliyev və Baş nazir Paşinyanı, kansler Şolts və Prezident Makronu İspaniyada keçiriləcək növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində bir daha dəvət etmək niyyətindəyik". Məlumat üçün deyək ki, bu il oktyabrın 5-də İspaniyada keçiriləcək 3-cü Avropa Siyasi Birliyi sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Aİ liderlərinin daha bir beştərəfli görüşü keçiriləcək. Prezidentin köməkçisi Hikmət Hacıyev də qeyri-rəsmi görüşlə bağlı paylaşım edib: “Prezident Şarl Mişel tərəfindən üçtərəfli formatda, həmçinin Almaniya və Fransanın iştirakı ilə Avropa Siyasi İcması çərçivəsində keçirilən görüş qeyri-rəsmi, müsbət və səmərəli atmosferdə keçdi. İyulda üçtərəfli görüşlərin növbəti mərhələsinin Brüsseldə keçirilməsi razılaşdırılıb”.
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında danışıqların növbəti raundu iyunun 12-də ABŞ-də başlayacaq. Ekspertlərin sözlərinə görə, Kişineuda beştərəfli formatda keçirilən qeyri-rəsmi görüşdə heç bir nəticə əldə olunmayıb. Mişelin bəyanatından aydın olur ki, masada indiyə qədərki gündəlik yenidən müzakirə olunub və növbəti beştərəfli görüşün keçirilməsi razılaşdırılıb. Növbəti beştərəfli görüşlə bağlı razılıq Bakı-İrəvan münasibətlərinin qurulması prosesində oyunçuların sayının çoxalması deməkdir və formatın böyüməsi maraqların da çoxalması ilə nəticələnəcək. İrəvan bunu prosesdən yayınmaq üçün manevr imkanı olaraq görür.

DİA.AZ-ın məlumatına görə, Kişineu görüşü ilə bağlı "Sherg.az"-a danışan millət vəkili Elman Məmmədov deyib ki, beynəlxalq vasitəçilər və Ermənistan məqsədyönlü şəkildə vaxtı uzatmağa çalışırlar. Deputatın sözlərinə görə, 44 günlük Vətən müharibəsindən ötən 3 ilə yaxın zaman ərzində çoxsaylı görüşlər keçirilib:

"Həm Rusiyanın, həm də ABŞ və Avropanın vasitəçiliyi ilə görüşlər baş tutub. Həmin görüşlərlə bağlı müsbət yanaşmalar da olub, mənfi rəylər də. Kişineu görüşü haqqında verilən bəyanatlardan, açıqlamalardan aydın olur ki, müəyyən irəliləyiş var. Ancaq əfsuslar ki, bunlar sözdə irəliləyişlərdir, əməldə, reallıqda irəliyə doğru heç nə müşahidə olunmur. 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən, Qarabağdakı qeyri-qanuni silahsız dəstələr torpaqlarımızdan çıxmalı idi. Baş nazir Nikol Paşinyan da bu sənədə qol çəkib. Lakin iki il yarım zaman ötsə də, qanunsuz dəstələr hələ də çıxarılmayıb, separatçılar zərərsizləşdirilməyib. Heç bu istiqamətdə hansısa addım da atılmır. Sərhədlərin delimitasiya və demarkasiyası prosesində də ancaq söz-söhbət var, ortada əməli addımlar yoxdur. Zəngəzur dəhlizi məsələsi də ara-sıra gündəmə gəlsə də, İrəvan bununla bağlı konkret mövqe ortaya qoymur. Əlbəttə, Ermənistan özbaşına deyil, Rusiya İrəvana imkan vermir ki, hansısa məsələlərlə bağlı addımlar atsın. Moskva Azərbaycan-Ermənistan arasında dayanıqlı sülhün imzalanmasında maraqlı deyil. Bunun da səbəbi gün kimi aydındır. Sülhün imzalanması o deməkdir ki, ondan sonra bölgədə Rusiyanın varlığına ehtiyac qalmayacaq. Kreml öz mövcudluğunu qorumaq üçün İrəvanın sülh danışıqlarında, müzakirələrdə irəliyə doğru addımlamasına mane olur. İstənilən görüş təşəbbüsü zamanı, hətta görüşlər vaxtı dərhal sərhəddə, Qarabağda təxribatlar gündəmə gəlir. Müvəqqəti olaraq ərazimizə yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti də bu məqsədə qulluq edir. Nəticədə Paşinyan başda olmaqla, erməni rəsmilərin dünən söylədikləri ilə bu gün dedikləri üst-üstə düşmür. Sözləri ilə əməlləri ziddiyyət təşkil edir. Ona görə də Vaşinqton və Brüssel görüşlərindən ciddi nəticələr hasil olmur".

Parlament üzvü vurğulayıb ki, avantürist Minsk qrupuna bənzər yeni formatları ortaya atmağa çalışırlar:

"Ermənistan yenə də əvvəlki hiyləgər, məkrli siyasətlə məşğuldur. Görünən odur ki, vasitəçilər də qalib və məğlub dövlət arasında fərq qoymadan Ermənistanın nazı ilə oynayırlar. 15-20 min erməninin taleyindən "narahat" olan beynəlxalq vasitəçilər 30 il blokadada qalmış Naxçıvanla maraqlanmayıblar. Azərbaycan öz işini görür, haqq davasını aparır. Əgər mənasız görüşlər nəticə verməzsə, BMT-nin 4 qətnaməsini savaş meydanında icra etdiyimiz kimi Ermənistanla münasibətləri də özümüz həll edəcəyik. Qarabağda separatçılığa son qoyaraq, erməni quldurlarını torpaqlarımızdan rədd edəcəyik".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45
Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43
"Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42
Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00
Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57
Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53
"İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49
Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46
ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43
"Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18
Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15
Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40
Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22
36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12
Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10
“Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55
"Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52
Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48
İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43
Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25
Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22
Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19
Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16
Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14
Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03
Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55
"Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27
“525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23
Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19
7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13
“Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08
Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58
Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50
Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44
Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35
İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31
Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru