“Müsavat, AXCP və REAL qeydiyyata alınacaq” - Novella Cəfəroğlu
Tarix: 21-07-2023, 08:48 | Çap et
“Yeni Azərbaycan Partiyası "Siyasi partiyalar haqqında" yeni qanunun tələbinə uyğun olaraq üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim etmişdi. Artıq nazirlikdən bizə müsbət cavab gəlib. 750 min üzvümüzlə yenidən dövlət qeydiyyatına alınmışıq". Bunu Gununsesi.info-ya açıqlamasında YAP sədrinin birinci müavini, partiyanın Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov deyib.
Ədliyyə Nazirliyi əməkdaşlarının siyahıda üzv kimi təqdim olunan YAP-çılara telefon açıb-açmamasına gəlincə, Tahir Budaqov deyib ki, nazirlik bunu dəqiqləşdirmə üçün edib: “Bəli, bizim də adlarını təqdim etdiyimiz üzvlərimizə zənglər edilib. Burada qeyri-adi nəsə yoxdur”.
Qeyd edək ki, Ədliyyə Nazirliyi REAL və Müsavat partiyalarına, həmçinin AXCP-yə mənfi cavab verib. Müsavat başqanı Arif Hacılının iyulun 19-da yaydığı məlumata görə, nazirlikdən partiyaya göndərilən məktubda sənədlərdə qüsurlar olduğu vurğulanıb, o cümlədən qeyd edilib ki, reyestrdə adı göstərilmiş 5212 nəfərin 2766-sı barədə bilgilər dəqiq deyil, 250 nəfər telefon zənginə cavabında partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkrarlanıb. Çatışmazlıqları aradan qaldırmaq üçün partiyaya 30 gün vaxt verilib. 1911-ci ildə yaradılan Müsavat Partiyası sovet hakimiyyəti illərində mühacirətdə fəaliyyət göstərib, 1992-ci ildə Bakıda keçirilən qurultayda bərpa olunaraq dövlət qeydiyyatına alınıb.
AXCP-nin də təqdim etdiyi üzvlər siyahısı araşdırılıb və 5 min üzvdən az sayda partiya üzvünün dəqiq olduğu məlum olub. Ədliyyə Nazirliyi AXCP-yə də çatışmazlıqları aradan qaldırmaq üçün 1 ay vaxt verib.
İyulun 17-də isə REAL-a Ədliyyə Nazirliyindən mənfi cavab daxil olub. Bildirilib ki, siyahıdakı 986 nəfər partiyanın üzvü deyil, 1058 nəfərin telefon nömrəsi yerinə partiyanın ofisinin telefon nömrəsi göstərilib, 2527 nəfərin adı, soyadı və doğum tarixləri dövlət reyestrində təsdiqini tapmayıb, 68 nəfərin adı təkrar göstərilib, 16 nəfər isə vəfat etmiş şəxslərdir. Yalnız 463 nəfər barədə bilgilərə hər hansı irad olmayıb. REAL sədri İlqar Məmmədov isə Ədliyyə Nazirliyinə məktub göndərib. O, partiya üzvlərinin reyestrinə dair iradları konkret göstərməyi xahiş edib. REAL Partiyası 2018-ci ildə Respublikaçı Alternativ Hərəkatının bazasında yaradılıb, 2020-ci ildə dövlət qeydiyyatına alınıb.
İyulun 20-də REAL Partiyasının rəhbərliyi məsələ ilə bağlı mətbuat konfransı keçirib. Partiyanın icraçı katibi Natiq Cəfərli deyib ki, REAL-ın qeydiyyatını əsassız olaraq ləğv etsələr, dərhal Erkin Qədirli deputat mandatından imtina edəcək: “Bu, REAL-ın qərarıdır. Partiyaya qarşı təzyiqə, qeydiyyatımıza əngələ bu yolla cavab verəcəyik. Bununla da Erkin bəy Avropa Şurasındakı təmsilçiliyini itirəcək. 20 ildən sonra ilk dəfədir ki, Avropa Şurası Parlament Assambleyasında səsverməyə iqtidar nümayəndələri ilə eyni yanaşmayan deputatımız var. Məsələn, Ukrayna məsələsində Rusiyanın əleyhinə səs verən Erkin bəy idi. Hansı ki, bu, Avropada geniş əks-səda yaratmışdı. Bundan başqa, AŞ PA-da kvotalara görə yox, Erkin özünün fəaliyyətinə görə Prosedurlar Komissiyası kimi çox vacib komissiyaya sədr müavini seçilib. Bu, uzun illərdir Azərbaycanın nail olmaq istədiyi məsələ idi ki, Erkin bunu bacardı. REAL-ın bir deputatının fəaliyyəti Azərbaycana əlavə dividentlər qazandırıb. Erkinin deputat mandatından imtina etməsi kimi məsələnin riskini hakimiyyət gözə almalıdır. Əgər REAL-ın qeydiyyatını saxlamasalar, mandatdan imtina Avropa və dünya mediasında geniş ajiotaja səbəb olacaq”.
Bəs əgər Müsavat, AXCP kimi köklü partiyalar, həmçinin REAL Partiyası qeydiyyata alınmasa, bu, cəmiyyətdə hansı gərginliklərə səbəb olacaq? Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna hansısa mənfi təsirləri ola bilər?
DİA.AZ-ın məlumatına görə, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a bildirdi ki, Müsavat və AXCP kimi köklü müxalifət partiyalarının, o cümlədən parlamentdə təmsilçisi olan, təmsilçisi AŞ PA-da olan REAL Partiyasının qeydə alınmaması Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən narazılıqla qarşılanar və Azərbaycanın beynəlxalq nüfuzuna mənfi təsirləri olar. Həmin partiyaları hökumət istəsə də, istəməsə də, beş mindən çox üzvü var: “Mən buna əminəm. Həmin partiyaların və digər müəyyən qədər nüfuzu olan partiyalar var ki, onların qeydə alınmaması problem yaradacaq. İndiki həssas vaxtda bu, Azərbaycana lazım deyil, Azərbaycanın maraqlarına cavab verməz. Ona görə də əminəm ki, adını çəkdiyiniz üç partiya dövlət qeydiyyatına alınacaq. O partiyalara üzümü tutaraq deyirəm ki, narahat olmalarına ehtiyac yoxdur. Sadəcə, sənədlərini daha da dəqiqliklə hazırlayıb təqdim etsinlər. Müvafiq rəsmi qurumlara isə demək istəyirəm ki, partiyaların üzvlərinin araşdırılmasının telefonla zəng etməklə həyata keçirmək yanlışdır və yaxşı effekt verməyəcək. Bəzi insanlar onlara nazirlikdən zəng gələndə və "müxalifət partiyasının üzvüsünüz" sualı ünvanlananda ehtiyatlanır, qorxurlar ki, görəsən nə üçün araşdırma aparılır, işimə-filana problem yarana bilər və s. Ona görə də bu qorxunun təsiri altında bir sıra insanların partiya üzvü olduğunu danması halları ola bilər. Bəzi insanların isə telefonu olmaya bilər. Bu və digər məsələləri nəzərə alsaq, hesab edirəm ki, partiyaların üzvlərini telefonla araşdırmaq düzgün deyil, reallığı ortaya çıxarmayacaq. Vətəndaşı qorxuya salmayan başqa araşdırma, sorğu formasını tətbiq etmək lazımdır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|