Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                 

"Yeni Müsavat"da Əli Kərimliyə qarşı sərt ittihamlar... - Abırsızlığın son həddi
Tarix: 30-07-2015, 09:30 | Çap et
"Yeni Müsavat"da Əli Kərimliyə qarşı sərt ittihamlar...
Əli Kərimli öz qəzetində Akif imzası ilə “Yeni Müsavat” və Rauf Arifoğlu haqda məqalələr yazmaqdadır. Yeri gəlmişkən, adı “Azadlıq” olan, amma heç bir azadlığı, müstəqilliyi, müxtəlifliyi tanımayan, qəbul etməyən qəzet hər sayında barəmizdə bir neçə məqalə dərc edir. Dünənki sayında da ən azından 3 məqalə həsr edib bizə. Məqalələrdən birində yazılıb ki, kim Əli Kərimli haqda tənqidi məqalə yazırsa, deyirsə, həmin adamlar hakimiyyətdən mükafata umurlar. Guya camaat işini-gücünü atıb Ə.Kərimli haqda yazır ki, iqtidardan mükafat alsın.

Burda deyirlər, “adımı sənə qoyum, səni yana-yana”. Əli Kərimli hakimiyyətdən mükafat – mandat, ev, pul və s. – almaq üçün nəyi vardısa satışa çıxarıb zamanında. Bu üzdən də elə bilir hamı onun kimidi. AXCP-nin sədri Əbülfəz Elçibəy Kələkidə məcburi sürgündə olanda ona yaşadığı kənddən kənara çıxmağa icazə vermirdi hakimiyyət. Kəndi üzük qaşı kimi mühasirədə saxlayırdı polis və hərbçilər. Amma Əli Kərimli Bakıda rahat kabinetdə otururdu. Üstəlik ürəyi istədiyi vaxt Avropaya, Amerikaya, Türkiyəyə gedirdi. 1993-cü ildə AXC iqtidarının məmurlarına verilmiş evlər YAP iqtidarı tərəfindən qanunsuz olaraq qəsb edildi. Prezident Administrasiyasının işçiləri üçün tikilən binadan Əli Kərimliyə də ev verilmişdi. Bu “fərasətli oğlan” hakimiyyətlə separat danışıqların içində olduğundan onun evinə toxunmadılar. Bu gün də o mənzildə yaşayır.

1995-ci ilin payızı. Əbülfəz Elçibəy Kələkidə ən ağır şərtlər altında yaşayır. Cəbhənin bir çox üzvləri, funksionerləri həbsdə, mühacirətdə. Belə bir şəraitdə ölkə parlament seçkisinə hazırlaşır. AXC-nin adını dəyib, arxasına bir P artırıblar. Təşkilatı partiyaya çeviriblər, çünki qanunvericiliyə görə, hərəkat şəklində seçkiyə gedə bilməzdi. Repressiyaya məruz qalmış bir təşkilat seçkiyə buraxılır. Əli Kərimli və onun “Yurd” təşkilatının əsas fiqurları parlamentə düşür. Tam saxta yolla hakimiyyətdən mandat alan Əli Kərimli Milli Məclisdə müxalifəti təmsil edir.

Bu, 5 il sonra yenidən təkrarlandı. 2000-ci ilin parlament seçkilərində də hakimiyyət Əli Kərimliyə yenidən mandat verdi. Sonradan hakimiyyət qarşısında nə səhvi, günahı oldusa, heç kimin, hətta özünün belə gözləmədiyi halda onu təhqir edib parlamentdən qovdular.

Əli Kərimli hakimiyyətdən təkcə mandat almamışdı o zamanlar. Tapşırıqlar da alırdı. Ən əsas tapşırıqlardan biri də müxalifətin mümkün birliyinə mane olmaq idi. AXCP-ni dağıtmaq, gerçək hərəkatçıları, vicdanlı partiya funksionerlərini təşkilatdan didərgin salıb onların müxalifətdəki təsir imkanlarını azaltmaq da onun qarşısına qoyulan vəzifələrdən idi. Bütün bu xidmətin müqabilində hakimiyyət ona geniş biznes şəbəkəsi yaratmışdı. O da boş dayanmırdı, biznesdən əldə etdiyi pullarla özünə az qala media-holdinq yaratmışdı. O vaxt “Yurd”a xeyli qəzet açmışdı Əli Kərimli. Jurnalist ordusu saxlayırdı – hər birinə də paket-maaş verirdi.

Siyasi tərcümeyi-halı separatçılıqla, satqınlıqla, xəyanətlə zəngin olan biri indi kim xoşuna gəlmirsə, ona satqın damğası vurmağa çalışır. Və həyasızcasına deyir ki, məni söyüb iqtidardan para, mandat alırlar. Sən elə dəyərlisənsə, özünə gün ağla də. “Ətəyimi buraxmırlar, çünki mənim ətəyimdən ruzi qazanır məni söyənlər”. Sənin ətəyin elə bərəkətli, bol ruzilidirsə öz dostların, qohum-əqrəban yapışsın. Xeyli insan sənin üzündən türmələrdədir, canını repressiyadan qutaranlar da vətəndən didərgin düşüblər. Əli Kərimli, sən ruzi verən yox, ruzi, çörək kəsənsən. İnsanların halal haqqına girib onları özünə düşmən edənsən. Biz Allahın ətəyindən yapışmışıq, Yaradanın verdiyi ruziyle yaşayırıq. Səndən fərqli olaraq bu iqtidardan nə ev almışıq, nə deputat mandatı. Nə də sənin kimi satqınlıq edib özümüzə biznes şəbəkəsi qurmuşuq.

Özünü çox da əhəmiyyətli bilmə. Sənə baş qoşmaq fikrimiz yoxdu - sadəcə hər gün öz zombilərinə bizi söydürdüyün üçün arada cavabını veririk. Əslində sən bizim hesabımıza dolanırsan, başını girləyirsən. Şəxsən sənin və AXCP rəhbərliyinin başqa işi yoxdu. “Hakimiyyətlə mübarizə aparırıq” deyib, əslində hakimiyyətə xidmət edirsiz. İctimai diqqəti yayındırmaq üçün Rauf Arifoğlunu, “Yeni Müsavat”ı söyürsüz, təhqir edirsiz. Sənin bu ölkəyə, bu millətə verə biləcəyin şey budur – söyüş, təhqir, şər-böhtan... Bu xalq niyə sənin arxanca gəlsin ki?! Belə bir idbar “lideri” Azərbaycan insanı haqlı olaraq boykot edir – tədbirlərinə gəlməməklə, arxanca getməməklə.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru