BƏRDƏ KOMİSSARININ KRİMİNAL ÖVLADLARI
Tarix: 11-06-2012, 11:38 | Çap et
“PAPASININ GÜL BALALARI”NIN MACƏRALARI (FOTOLAR)
Xəbər verildiyi kimi, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tətbiqi ilə əlaqədar olaraq hərbi komissarlıqlar ləğv edildi. Müdafiə Nazirliyinin tabeliyində olan hərbi komissarlıqların səlahiyyəti yeni yaradılan hərbi quruma - Azərbaycan respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə verilib. Qurumun rəhbəri postuna isə Dövlət Miqrasiya Xidmətinin keçmiş rəhbəri general Arzu Rəhimov təyin edilib.
Onu da bildirək ki, məlum dəyişiklik cəmiyyətdə birmənalı qəbul olunmayıb. Bu qərar hakimiyyət təmsilçiləri tərəfindən ordu quruculuğu yönündə atılan ciddi islahat kimi dəyərləndirilsə də, müstəqil hərbi ekspertlər bunun əksini düşünür. Yeni qurumun yaradılmasını tamamilə lüzumsuz bir addım kimi dəyərləndirən ekspertlər hesab edir ki, çağırış və səfərbərlik sistemi ilə bağlı neqativ halları aradan qaldırmaq üçün hərbi komissarlıqlar sistemində müəyyən islahatlar aparmaq kifayət idi. Onların fikrincə, bu addım problemin həllindən çox hakimiyyət içində güclü bir şəbəkənin korporativ maraqlarına xidmət etməkdən başqa bir işə yaramayacaq. Ekspertlər düşünür ki, peşəkar hərbi rəhbərlik bu işin mahiyyətini və müsbət yöndə heç bir işə yaramayacağını anladıqlarından bu məsələdə maraqlı deyillər. Eyni zamanda, onlar Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı gözləntilərin müsbət nəticə verməyəcəyi qənaətindədirlər.
Müstəqil hərbi qurum kimi fəaliyyət göstərəcək Dövlət Xidmətinin üzərində heç bir nəzarət olmadığı üçün, əslində bu qurumda korrupsiya üçün daha geniş zəmin formalaşacaq.
Xatırladaq ki, Əliağa Hüseynov baş komissar vəzifəsindən azad ediləndən sonra hərbi çağırış sistemində rüşvət və korrupsiya elementləri təxminən bir il müddətində aradan qalxmış, Azərbaycan vətəndaşının çoxdan arzu etdiyi şəffaflıq formalaşdı. Lakin görünür, siyasi hakimiyyətdə bəzi şəbəkələri bu cür rüşvətsiz mühit qane etmir və yeni qurumun yaradılmasını da məhz bu maraqlar kontekstində dəyərləndirmək lazımdır. Çünki araşdırmarlara görə, son bir ilə qədər ilboyu çağırış zamanı bəzi ciblərə 50-70 milyon manat rüşvət axıb. Məhz buna görə, yeni qurumun yaradılmasını itirilmiş milyonların yenidən qaytarılması cəhdi kimi dəyərləndirilə bilər.
Hərbi çağırış sistemində aparılan islahatlar zamanı diqqət çəkən məkanlardan biri də Bərdə rayon hərbi komissarlığı, daha doğrusu rayon hərbi komissarı polkovnik-leytenant Valeh Nəcəfovdur. Çoxları gözləyirdi ki, hərbi komissarlıq sistemi ləğv olunduqda V. Nəcəfovun da qanunsuz əməllərinə son qoyulacaq və o nəhayət ki bu sistemdən uzaqlaşdırılacaq. Amma bu baş vermədi.
Onu da bildirək ki, V.Nəcəfovun hərbi komissar kimi əməlləri Bərdə rayonunda hər kəsə bəllidir. Polkovnik leytenant rütbəsi daşıyan bu şəxs sağlam gənci ordu sıralarından uzaqlaşdırmaqdan tutmuş istənilən hərbi hissəyə təyinatla bağlı işinin ustasıdır. Bir sözlə, Bərdə rayon hərbi komissarlığı əsl mənada korrupsiya komissarlığına çevrilib. Bunun da nəticəsində V.Nəcəfov küllü miqdarda kapitala nəsib olub. Bu kapital isə artıq elə bir həddə çatıb ki, o bir çox məsələlərdə özünü ölkə miqyaslı oliqarxlara çatdırıb. Xüsusilə hərbi komissarın övladları ilə bağlı. Söhbət Valeh Nəcəfovun Qurban Qurbanzadə və Nəsimi Nəcəfov adlı oğlanlarından gedir.
Azərbaycan cəmiyyətində ailə varisliyinin siyasi və mənsəb varisliyinə çevrilməsi ənənəsi kök atması ilk hadisə deyil. Yüksək vəzifəli məmurların övladları öz atalarının inhisar yaratdığı gəlir mənbələrinin xələfinə çevrilməyə başlayıblar. Çünki böyük maliyyə oliqarxiyası yaratmış nazirlərin topladıqları sərvətin yeganə təminatçısı yalnız əziz xələf övladları ola bilər. Görünür, yüksək mənsəb sahibləri 10-15 il tutduqları vəzifəni nə vaxtsa tərk edəcəklərini düşünməyə başlasalar da, həmin sahələrdəki biznes imtiyazlarını əldən vermək istəmirlər. Məsələn, Baş nazirin sabiq müavini Abbas Abbasov da öz oğlu Aydın Abbasovu siyasi varisə çevirdikdən sonra vəzifədən getdi.
Son vaxtlar belə gül balaların adları tez-tez eşidilir.
“Papasının gül balaları” sırasında adı daha çox hallandırılan nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur. Oliqarx varisi olaraq adı çəkilən digər şəxs fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur. Ölkədə ən çox ad çıxaran varislərdən biri də Vasif Talıbovun oğlanları Seymur və Rzadır.
Valeh Nəcəfovun övladları da artıq bütün parametrlərlə həmin məmur balalarına çatıblar. Sizə təqdim etdiyimiz fotolarda onların tək maddi durumları deyil, həm də qanunlara hörmətsizliyi öz əksini tapır. Bu fotolara diqqətlə baxın: Bahalı maşınlar, kef məclisləri bir yana, bunların hansı pullar hesabına başa gəldiyi hər kəsə bəllidir. Necə olmasa ataları V.Nəcəfov neçə vaxtdır ki, rayon hərbi komissarıdır. Bəs dövlət orqanında vəzifə kreslosu arxasındakı şəkil? Silah? Bunları nə ilə izah edək? Yoxsa Valeh Nəcəfov pulla qanunları da özününküləşdirə biləcəyini düşünür?
Bu iki qardaş özlərini “Qurdlar vadisi” serialının məşhur qəhrəmanları ilə müqayisə edir. Bir az yekə çıxsa da, dövrümüzün ərsoyuluğbəyləridir bunlar (Məşhur “Qurdlar Vadisi” serialının nifrət olunan obrazı - red.). Nə ədəb tanıyarlar nə ərkan, nə böyük bilərlər nə kiçik - hamının gözlərinin qarşısında istədiklərini edirlər. Öz sıraları daxilində həmrəy deyillər, bu millətlə necə həmrəy olacaqlar? Öz aralarında bir-birlərinə əzələ nüməyiş etdirirlər, əzirlər, bu millətin sıravi və güvəncəsiz insanlarını necə qoruyacaqlar? Ona görə bizim hamımızı əzilir, millətimizin nümayəndələrini adam yerinə qoymurlar. Deyirlər ki, pis övlad altıncı barmaq kimidir - kəssən ağrıyar, kəsməsən eybəcər görünür. Bu gün Azərbaycanda vəzifə başında oturan bir çox məmurların övladları elə altıncı barmaq kimidir. Birinin gül balası Dubayda öz əxlaqsızlığı ilə ad qazanır, o birinin balası Hollandiyada öz həmcinsi ilə ailə qurur, birinin balası erməni ilə eşq macərası yaşayır, o birinin oğlu isə dələduzluq üzündən tutulur. Biz hələ atasından xəlvət onun sevgilisi ilə eşq yaşayan məmur balasından, ayı əti yeməyi öyrənmiş nazir ciyərparasından, hələ 1-ci sinifdən uşaqlara: “Mən yalnız ceyran əti yeyirəm” - deyən gül balalardan danışmırıq.
Çinlilərin gözəl bir məsəli var: “Uşağı həddindən artıq əzizləmək, onu fəlakətə hazırlamaq deməkdir”. Bir də ki, ata uşağını kiçiklikdən tərbiyə etməsə, günah uşağın deyil, atanındır”. Çünki uşağı tərbiyə etmək üçün idarəçilikdə tələb olunduğundan daha çox bacarıq və müdriklik lazımdır. Həm də unutmaq olmaz ki, övlad valideynlərinin ona verdiyi nəsihət və məsləhətlərdən deyil, atanın göstərdiyi nümunələrdən ibrət alır. Odur ki, məmur balalarını bu məsələdə qınamaq olmaz.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|