Eldar Mahmudovun “brilyant ovçuları”nın gizlinləri - cinayət dosyesi
Tarix: 27-03-2017, 09:04 | Çap et
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qiymətli daş-qaşlara, brilyanta xüsusi sevgisi olub. Sabiq nazirin sevgisi ilə tamahı ölkəyə qiymətdə ağır, çəkidə yüngül mallar gətirənlər üçün əməlli-başlı başağrısına çevrilib.
Sabunçu Rayon Məhkəməsində Həbib Həsənovun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Monitorinq Mərkəzinin rəisi, general Teymur Quliyev və digərlərinin cinayət işi üzrə keçirilən proseslərdə brilyant alverçilərinin ifadələri bu baxımdan qiymətlidir. Məlum olur ki, onlar dünyanın dörd bir tərəfindən ölkəyə ən müxtəlif yollarla qiymətli daş-qaş daşıyıb gətiriblər. Sərhədləri aşan brilyantlar Eldar Mahmudovun “brilyant ovçuları”ndan ibarət xüsusi dəstəsindən yan keçə bilməyiblər.
Məhkəmədə üzə çıxan ifadələrdən məlum olur ki, “mahmudovçular” ixtiyarlarına verilmiş, dövlətin, millətin maraqlarına xidmətlərində yardımçı olmağa hesablanan xüsusi vasitələrdən - xüsusi nəqliyyat vasitələri, agentura şəbəkəsi və şəbəkənin saxlanılması üçün büdcədən ayrılan pul vəsaitlərindən tutmuş xüsusi dinləmə qurğularına qədər - ölkəyə qaçaq və leqal yolla brilyant gətirənlərə qarşı istifadə ediblər. Azərbaycan sərhədlərini rahatca aşa bilən brilyant alverçiləri elə hava limanının qarşısındakı avtodayanacaqda qandallanıblar. Bundan sonra illərlə işlək vəziyyətdə olan ssenari işə düşüb. MTN-in girişindəki xüsusi buraxılış məntəqəsinə aparılan brilyant alverçiləri qaçaqmal yolu ilə ölkəyə brilyant gətirməkdə ittiham olunublar. Sübahir Qurbanov və digərlərinin işi üzrə keçirilən prosesdə zərərçəkmiş kimi tanınan brilyant alverçilərindən biri də Mübariz Paşayevdir. Bir müddət əvvəl onun istintaq zamanı verdiyi ifadələr üzə çıxmışdı. Zərərçəkən göstərib ki, 2008-ci ildən zərgərlik məmulatlarının alveri ilə məşğul olmağa başlayıb, Hindistandan və Dubaydan brilyant daş-qaş alıb Bakıya gətirərək, Bakı Mərkəzi və “Moskva” univermaqlarında icarəyə götürdüyü ticarət məntəqələrində satışını həyata keçirib. Bildirib ki, 2010-cu ilin təxminən noyabr ayında növbəti dəfə daş-qaş almaq üçün təyyarə ilə Dubaya gedib oradan 580 min ABŞ dolları dəyərində brilyant daş-qaşlar alıb.
“Həmin daşlar 2 min karat olmaqla əksəriyyəti xırda və ucuz, orta şəffaflı daşlar idilər. Bu işlə mütəmadi məşğul olduğum üçün hindistanlıların firmasında etibar qazanmışdım. Bu səbəbdən də 580 min ABŞ dolları dəyərində brilyant daş-qaşları nisyə vermişdilər ki, Bakıda satdırıb pullarını hissə-hissə ödəyim. Dubayda olan zaman orada zərgərlik fəaliyyəti ilə məşğul olan Araz adlı şəxslə görüşərək, 580 min ABŞ dolları dəyərində brilyantın rüsumunu ödəməyə gücüm çatmadığını bildirdim. Araz təklif etdi ki, brilyantların bir hissəsini özüm aparım, qalan hissəsinin də Bakıya çatdıracaq.
Dubaydan aldığım brilyant daş-qaşın 300 min ABŞ dolları dəyərində olan hissəsini özümlə götürüb təyyarə ilə Bakıya gəldim. Təxminən 20 gün keçəndən sonra axşam 23 radələrində özünü MTN əməkdaşı Fizuli Əliyev kimi təqdim edən şəxs mənə zəng edərək şam yeməyi yemək adı ilə küçəyə çağırdı. Həmin vaxt mən, Mərdəkanda, bağda idim. Fizulinin danışığından başa düşdüm ki, mənim yerimi dəqiq bilir. Belə ki, tam əminliklə mənə ”biz trasda səni gözləyirik" dedi. Əvvəllər Fizuli Əliyevlə heç vaxt rastlaşmamışdım, lakin barəsində “zərgərlərin qan içəni” kimi eşitmişdim.
Zəngdən sonra qaynım Ramin Nəzərov ilə birlikdə yola çıxdım. Yolda evimin qarşısında ağ rəngli “Toyota Prado” markalı avtomaşının dayandığını, avtomaşına yaxınlaşdıqda isə içərisində iki nəfər tanımadığı şəxsi gördüm. Sükan arxasında oturan özünü MTN əməkdaşı Fizuli Əliyev kimi təqdim etdi və şam yeməyi yemək üçün onlarla birlikdə getməyimizi istədi. Yolda gedərkən Fizuli Dubay şəhərində fəaliyyət göstərən Arazın işçisi Azər adlı şəxsi başqa bir şəxslə birlikdə brilyant gətirəndə metronun “Koroğlu” stansiyasının qarşısında tutduqlarını və ona görə də MTN-nə getmək lazım olduğunu bildirdi. MTN-nə çatandan sonra qaynım Ramini geri qaytardılar.
Mənim özümü isə girişdən sağda olan komendaturanın 2-ci mərtəbəsinə qaldırdılar. Orada Dubaydakı tanışım Arazın işçisi Azəri də gördüm. Məlum oldu ki, Dubaydan alıb Bakıya gətirmək üçün Araza verdiyim brilyantları o, Azərə verib. O da Fizuli Əliyevin işçiləri tərəfindən saxlananda, həmin brilyantların mənə məxsus olduğunu bildirib. Fizuli, Natiq və Fizulinin adını bilmədiyim digər işçiləri izahatımı alanda məni həbslə hədələyirdilər, lakin məni döymədilər.
Mən də onlara hər şeyi olduğu kimi danışdım. Həmin gecə məni komendaturanın bir otağında, Azəri isə başqa otaqda saxladılar. Gecə həyəcandan və qorxudan yata bilmədim, kabinetə saldıqlarından yatmağa şərait də olmadı. Ertəsi gün saat 9-10 radələrində Fizuli mənimlə təklikdə olan zaman sərbəst buraxılmağım üçün 1 milyon manat pul və Dubaydan gətirdiyim 580 min ABŞ dollar dəyərində olan brilyant daşlarını verməyimi tələb etdi. Əks təqdirdə həbs olunacağımı və malların müsadirə ediləcəyini bildirdi. Ona bu məbləğdə maddi imkanım olmadığını söylədim, malları borca götürdüyümü dedim. Fizuli Əliyev otaqdan çıxıb rəhbərliklə məsləhətləşəcəyini deyərək bir müddət keçəndən sonra yenidən qayıtdı.
Hər dəfə qayıdıb gələndə ona istədiyi məbləğdə pulu və brilyantları verməyimi deyirdi. Uzun müddət ərzində alver söhbəti apardıqdan sonra Dubaydan gətirilən 280 min ABŞ dolları dəyərində brilyantın müsadirə olunması, özüm tərəfindən qanuni yolla gətirilmiş 300 min ABŞ dolları dəyərində brilyantları da onlara verəcəyim təqdirdə buraxılacağım barədə razılaşdıq. Bundan sonra Fizuligil mənim işlədiyim, Kukla Teatrı ilə üzbəüz olan Bakı Univermağındakı ticarət obyektinə getdilər. Həmin ticarət obyektinin seyfində saxlanılan 300 min ABŞ dolları dəyərində olan brilyantları Fizuliyə və yanında olmuş Natiq Alıyevə verdim. Həmin vaxt Fizuli kiminləsə telefonla danışdı və danışandan sonra seyfdən götürdüyü brilyantları geri qaytarıb çıxıb getdilər" deyə, zərərçəkən istintaqa verdiyi ifadəsində qeyd edib.
“Mahmudovçu”ların işi üzrə oxşar ifadələr az deyil. Belə aydın olur ki, ölkəyə qaçaq yolla brilyant gətirənlər daim və xüsusi nəzarət altında olublar. Sadəcə, onlara imkan verilib ki, ölkəyə brilyant gətirsinlər və çoxlu pul qazansınlar. Sonradan isə bir əməliyyatla onları saxlayıb brilyantlarını da, pullarını da əllərindən alıblar. Diqqət çəkən digər məqam isə “brilyant ovçuları”ndan ibarət “mahmudovçu” qrup üzvlərinin rəhbərliyinin sabiq “OBXSS”-çilərdən ibarət olmasıdır. Bu da ondan irəli gəlir ki, sabiq nazirin özü də sovetlər dönəmində OBXSS-in rəisi olub. Köhnə işçilərini sonradan MTN-ə transfer etməklə onlar üzərində brilyant sevgisini qarşılayıb.
Bu sevginin qurbanları sırasında xeyli brilyant qaçaqçıları var. Onların bir çoxları bu gün də üzə çıxmaqdan çəkinirlər. Bilirlər ki, əməlləri qanuna uyğun deyil. Üstəlik aralarında döyülənləri, təhqir olunanları olub. Bir çoxları ölkəyə gətirdikləri brilyantlarla vidalaşaraq oranı tərk edə biliblər. Bəzilərinin isə vəziyyəti lap pis olub - bir neçə yüz min manat, hətta milyon manatla ölçülən qiymətli daş qaşları ilə bərabər bir neçə yüz min xərac verməklə canını “mahmudovçular”dan qurtara biliblər. Bununla belə elələri də olub ki, aylıq xərac qarşılığında illərlə ölkəyə qaçaq yolla brilyant gətirməkdə davam ediblər. Brilyant alveri Eldar Mahmudovun şifahi göstərişi ilə tam olaraq nəzarətə götürülüb. Brilyant alverçiləri bu gün də Sübahir Qurbanovun işçisi, polkovnik Füzuli Əliyevin adı gələndə özlərini yaxşı hiss etmirlər. Onun rəhbərliyi ilə illərlə xüsusi brilyant ovçuları fəaliyyətdə olub. Ölkəyə daş-qaş, qızıl və digər zinət məmulatlarını gətirənlər MTN-ə aparılıb, aylıq haqq verməyə məcbur ediliblər. Xüsusilə brilyant qaçaqmalçıları daim nişangahda saxlanılıb. “Ovlanmış” brilyant qaçaqçılarından bəziləri Eldar Mahmudova brilyant daşımağa məcbur ediliblər.
Füzuli Əliyevin bu cür fəaliyyəti nazir Eldar Mahmudov tərəfindən bəyənilib. Onun vəzifəsi tez bir zamanda yüksəldilib. Brilyant qaçaqçılarını inhisarda saxlayan qrupa rəhbərlik edən Füzuli Əliyev qısa müddət ərzində IV Baş İdarədə məsul vəzifələrə təyin olunub. Eldar Mahmudov onu 2011-ci ildə 2-ci idarənin rəis müavini, 2012-ci ildə 1-ci idarənin rəisi, 2015-ci ildə Baş İdarənin rəis müavini vəzifəsinə qədər irəli çəkdirib. 2013-cü ildən başlayaraq həmin qrup brilyant qaçaqçıları ilə yanaşı qara pulların leqallaşdırılması ilə məşğul olan, büdcə pullarının nağdlaşdırılması və sonradan mənimsənilməsini gerçəkləşdirən ayrı-ayrı şəxslərə də qarmaq atmağa başlayıb. Eldar Mahmudovun brilyant sevgisi, pul hərisliyi onun yaratdığı qrupun fəaliyyəti ilə təmin olunub.
Qeyd edək ki, hazırda məhkəmə qarşısına çıxarılan Sübahir Qurbanov və digərlərinə qarşı Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
|