Fars-molla rejiminin PSEVDODİN TƏƏSSÜBKEŞLİYİ... - Bəs nə oldu... Gəncə "imamlar şəhəri" idi axı...
Tarix: 14-10-2020, 11:45 | Çap et
Ermənistanın Azərbaycanın mülki əhalisini hədəf alaraq, onlarla şəxsi öldürməsi, xüsusilə də Gəncə şəhərinə törədilən vəhşi hücum dünya ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanıb. Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu vurğulayan bir çox dövlətlərin rəsmiləri Ermənistanın mülki vətəndaşlarımıza atəş açmasını qəti şəkildə pisləyirlər. Gəncədə yaşayış evinin Ermənistan tərəfindən vurulmasından 4 gün ötsə də, cənub qonşumuz İranın rəsmi şəxsləri susqunluğa davam edirlər. Rəsmi Tehrandan Ermənistanın vəhşi hərəkətini pisləyən bir cümlə belə açıqlanmayıb.
İran mətbuatının yaydığı məlumata görə, İslam İnqilabının Keşikçilər Ordusu komandanının siyasi məsələlər üzrə müavini Yədulla Cavani qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Qarabağ münaqişəsinin həlli üçün tutarlı bir əsas ola bilər: “BMT Təhlükəsizlik Şurasının bu qətnamələrinə görə Qarabağ Azərbaycana aiddir və hazırkı vəziyyət də ondan xəbər verir ki, Ermənistan onu işğal edib. Qarabağ işğal vəziyyətindən çıxmalıdır”.
İranlı general eyni zamanda bildirib ki, bu məsələnin müharibə ilə həll edilməsi hər iki tərəfə ziyanlar və xəsarətlər vurub. Onun sözlərinə görə, məsələnin köklü həlli yolu danışıqlardır. Göründüyü kimi, iranlı general Azərbaycanın öz torpaqlarını azad etmək üçün hərb yolunu seçməsinə rəğmən, problemin həll yolunun danışıqlar olduğunu qeyd etməklə əslində ermənilərin hərbi əməliyyatlar başlayandan bəri etdiyi çağırışları dəstəkləyib.
Politoloq, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı qeyd edir ki, İranın Dağlıq Qarabağ münaqişəsinə yanaşması hissi bir yanaşma deyil: “Onların öz aləmlərində strateji hesab etdikləri bir yanaşmaları var. Bu yanaşmanın əsasında Azərbaycan adıyla bağlı narahatlıqları dayanır. Azərbaycan adlı dövlətin uğurlu addımları onlarda narahatlıq doğurur. Əslində Azərbaycan belə bir narahatlıq üçün heç bir əsas vermir: onlara qarşı heç bir iddia qaldırılmır, Azərbaycan heç zaman İranla bağlı mənfi proseslərin içində yer almır. Amma nədənsə bu, İran rəhbərliyi üçün yetərli görünmür, fərqli yanaşma sərgiləyir, Azərbaycanın uğurlu dövlət modelinə nail olmasına hər zaman mane olmağa çalışır. Bu, dövlət müstəqilliyinin, daxili sabitliyin qorunması, ərazi bütövlüyünün bərpası kimi taleyüklü məsələlərdə açıq hiss olunur. Biz bütün bu məsələlərdə, təəssüf ki, İrandan gözləmədiyimiz münasibət görmüşük. Bu münasibəti biz Dağlıq Qarabağ münaqişəsi başlanandan bu günə qədər görürük: istər münaqişənin başlanğıcında müəyyən vasitəçilik təşəbbüslərində, istər atəşkəs dövründə Ermənistanın inkişafı üçün görülən işlərin timsalında, istərsə də indiki hərbi əməliyyatlar dövründə. İndi İran Ermənistanın silahlandırılmasında koridor rolunu oynayır. Bütün bunlar, təbii ki, Azərbaycan cəmiyyətində narazılıq yaradır”.
Politoloqun sözlərinə görə, Ermənistanın mülki Azərbaycan əhalisini hədəf aldığı indiki günlərdə də İrandan hər hansı etiraz yoxdur: “Ümumi sözlər, hər iki tərəfi eyni dərəcədə məsuliyyət daşıyıcısı kimi təqdim edən fikirlər səsləndirirlər. Halbuki işğalçı Ermənistandır, Azərbaycanın ərazisində hərbi təcavüz reallaşdıran da bu dövlətdir. Öz torpaqlarını işğaldan azad etməyə çalışan Azərbaycanla işğalçını eyniləşdirmək elə Ermənistanın mövqeyini dəstəkləməkdir. İran işğalçıya Azərbaycan ərazisindən çıx deməkdənsə, ikitərəfli münasibət sərgiləyir. Son olaraq Gəncədə baş verən vəhşiliyə susmaqla İran öz mövqeyini tam olaraq ortaya qoymuş olur. Özü də guya İranın Gəncəyə xüsusi münasibəti vardı, orada olanları həssaslıqla izləyirdi. Düzdür, İran daxilində bəzi dini xadimlər, müəyyən siyasətçilər məsələyə daha həssas yanaşma nümayiş etdirib, müəyyən müsbət münasibətlər ortaya qoymağa çalışırlar. Lakin Azərbaycanın gözləntiləri İranın ali siyasi-dini rəhbərliyi, hətta ali hərbi rəhbərliyinin bu məsələdə konkret mövqe ortaya qoymasından, işğalçını adı ilə çağırmasından yanadır. Bu, həm İranın özünün öz üzərinə götürdüyü dini öhdəliyindən, həm yaxın qonşu öhdəliyindən, eyni zamanda İranın beynəlxaq münasibətlərin subyekti, BMT üzvü kimi beynəlxalq hüquqdan qaynaqlanan öhdəliyindən irəli gələn bir addım olacaq. İran başqasının ərazisini işğal etmiş dövləti öz adı ilə çağırmalıdır”. Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Amerikalı iqtisadçı İrəvana məsləhət verib
Bu gün, 09:21 |
|
|
|
• `R.İ.S.K` MTK KÖHNƏ ƏHVALDA: Evi bir neçə nəfərə satırlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 09:18 |
|
|
|
• Paşinyan İrəvanda deyil: nazirləri SMS-lə işdən çıxarıb - “Hraparak”
Bu gün, 09:14 |
|
|
|
• Müəllimlər məhkəməyə, həmkarların sədri polisə müraciət etdi - Kollecdə qalmaqal
Bu gün, 09:00 |
|
|
|
• Neft-Kimya Prosesləri İnstitutunda yarım milyon manatlıq təmir işləri aparılacaq
Bu gün, 08:58 |
|
|
|
• Manana Çaparidzeyə ağır itki
Bu gün, 08:56 |
|
|
|
• "Qiymətlər menyu ilə uyğun gəlmir..." - GİLEY
Bu gün, 08:54 |
|
|
|
• Bayden onunla sonuncu görüşdə də nəticə əldə etmədi - İNCƏLƏMƏ
Bu gün, 08:43 |
|
|
|
• İşçilərin əməkhaqqı məsələsi... - Ekspert danışır...
Bu gün, 08:41 |
|
|
|
• İctimaiyyətin hiddətlə qarşıladığı ABŞ konqresmeni Frank Peloni Azərbaycandan qaçıb - SƏHƏRƏ YAXIN...
Bu gün, 08:37 |
|
|
|
• Azərbaycandan qaçaq düşən FRANSA ƏLALTISI: Eldar Qəribov və yaxın çevrəsi... - İLGİNC FAKTLAR...
Bu gün, 08:35 |
|
|
|
• ABŞ “gedən qoca”nın əli ilə III Dünya savaşı başladır - GƏLİŞMƏ
Bu gün, 07:36 |
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksək vəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
|