Gömrük Komitəsi “mafiya qanunları” ilə idarə olunur - İTTİHAM
Tarix: 18-12-2020, 11:51 | Çap et
Bugünlərdə redaksiyamıza müraciət edən Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, məhəllə 2942, ev 53, mənzil 95 ünvanında qeydiyyatda olan Səməd Cəfər oğlu Niftəliyev Dövlət Gömrük Komitəsinin qanunsuz əməllərindən şikayətləndi. Belə ki, bu ilin oktyabr ayında Türkiyədən “Hyundai R380LC-9” markalı bir ədəd ekskavator alaraq, onu Azərbaycana gətirməsi üçün qardaş ölkənin vətəndaşı Kaynar Faruk adlı şəxsə etibar etdiyini deyən şikayətçinin sözlərinə görə, Dövlət Gömrük Komitəsinin əməkdaşları onun əmlakını qanunsuz olaraq mənimsəyiblər.
“Sürücü “Qırmızı Körpü” gömrük postundan keçərkən, gömrük əməkdaşları ekskavatorun ehtiyat hissələrini zorla alıb, müvəqqəti saxlanca yerləşdiriblər”
Səməd Niftəliyev qeyd etdi ki, Kaynar Faruk idarə etdiyi yük avtomobili ilə həmin ekskavatoru, o cümlədən ekskavator üçün nəzərdə tutulan bir neçə ehtiyat hissəsini Azərbaycana gətirərkən, 29.10.2020-ci il tarixdə “Qırmızı Körpü” gömrük postundan keçərkən, gömrük əməkdaşları ekskavatorun ehtiyat hissələrini zorla alıblar: “Ekskavatoru alanda nasazlığı vardı. Lakin pandemiya ilə bağlı Türkiyədə çox qala, ehtiyat hissələrini orada dəyişdirə bilmədik. Buna görə də qərara gəldik ki, ekskavatorun ehtiyat hissələrini götürüb gətirək burda nasazlığı aradan qaldırarıq. Beləcə, ehtiyat hissələri ekskavatorun kabinkasına qoyduq. Özümüz isə təyyarıə ilə Azərbaycana gəldik. Oktyabrın 30-da sürücü bizə zəng etdi və gömrükdə olduğunu bildirdi. Biz də Lökbatan qəsəbəsində yerləşən gömrük idarəsinə getdik. Sənədləşdirmə işlərinə başladıq, “rastamojka”nı ödədik və gömrüyə 17 min manat verdik. Bundan sonra ekskavatoru götürdük. Lakin məlum oldu ki, ekskavatordakı ehtiyat hissələri yerində yoxdur. Sürücüdən soruqduqda dedi ki, gömrükdə götürdülər. Bəlli oldu ki, “Qırmızı Körpü” gömrük postundan keçərkən, gömrük əməkdaşları ekskavatorun ehtiyat hissələrini zorla alıb, müvəqqəti saxlanca yerləşdiriblər. Kaynar Faruk həmin ehtiyat hissələrinin gömrük rüsumunu ödəməyə hazır olduğunu bildirsə də, bunun heç bir xeyri olmayıb və həmin ehtiyat hissələri gömrük əməkdaşları tərəfindən mənimsənilib. Gömrük əməkdaşları ona deyiblər ki, ekskavatorun sahibi Tovuza, ya da Gəncəyə gəlib ordan alar. Soruşdum ki, sənə bu barədə hər hansı bir sənəd verdilər? Bildirdi ki, heç nə vermədilər, sadəcə vəsiqəmi aparıb surətini çıxardılar, sonra “get” dedilər. Qeyd etdiyim kimi, mən bu barədə oktyabrın 30-da məlumat almışam. 31 oktyabr və 1 noyabr tarixləri qeyr-iş günləri olduğu üçün noyabrın 2-də Dövlət Gömrük Komitəsinə gedərək, komitənin rəisi Səfər Mehdiyevin qəbuluna yazılmaq istədim. Orada hadisə ilə bağlı məlumat verdikdən sonra dedilər ki, pandemiya ilə əlaqədar qəbullar dayandırıldığı üçün yazılı müraciət edin. Buna görə də geri qayıtdım və noyabrın 4-də yazılı formada müraciət etdim”.
“Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayevin məktubunda göstərilib ki, guya ehtiyat hissələri Türkiyə vətəndaşı Kaynar Faruk tərəfindən gömrük nəzarətinə təqdim edilənədək imtina edilib”
Müraciətində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdən “Qırmızı Körpü” gömrük postunda müvəqqəti saxlanca verilmiş ehtiyat hissələrinin, gömrük rüsumunun ödənilməsi şərtilə qaytarılmasına köməklik göstərməsini xahiş etdiyini deyən Səməd Niftəliyevin sözlərinə görə, onun müraciəti baxılması üçün Qərb Ərazi Baş Gömrük İdarəsinə göndərilib: “Həmin idarənin rəisi Rauf Rzayev mənə 15.11.2020-ci il tarixli cavab məktubu göndərərək, bildirib ki, guya ehtiyat hissələri Türkiyə vətəndaşı Kaynar Faruk tərəfindən gömrük nəzarətinə təqdim edilənədək imtina edildiyi üçün 120101100500147 saylı aktla müvəqqəti saxlanca verilib, aktda göstərilən 3 günlük müddət keçdiyinə görə həmin mallar Dövlət Gömrük Komitəsinin müvafiq sərəncamına əsasən “Azərterminalkompleks” Birliyinə təhvil veriləcək. Halbuki, mallar Türkiyə vətəndaşı Kaynar Faruk tərəfindən gömrük əməkdaşlarına könüllü şəkildə verilməyib, o aldadılmış, istədiyi vaxt gəlib malları götürmənin mümkün olacağı bildirilib. Beləliklə, o, gömrük əməkdaşlarının sözlərinə inanaraq ekskavatorun ehtiyat hissələrini təhvil versə də, indiyə qədər mallar mənə geri qaytarılmayıb. Bu səbəbdən də hələ də gətirdiyimiz texnikanı işlədə bilmirik. Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayevin məktubunda göstərilən 3 günlük müddətin keçməsi məndən asılı olmayan səbəblərdən baş verdiyi üçün mənə məxsus malların məhz bu əsaslarla “Azərterminalkompleks” Birliyinə təhvil verilməsi tamamilə qanunsuz və əsassızdır. Bu, həm də mənim konstitusion hüquqlarımın kobud şəkildə pozulması deməkdir”.
“Dedilər ki, Rauf Rzayev Ali Məhkəmənin sədri Ramiz Rzayevin qardaşıdır və heç bir məhkəmə onun əleyhinə qərar verəcək gücdə deyil”
Üzləşdiyi problemin yoluna qoyulması məqsədiylə Dövlət Gömrük Komitəsində Ümid Hüseynovla görüşdüyünü deyən şikayətçi bildirdi ki, bunun da heç bir faydası olmayıb: “Bundan sonra təkrarən bir neçə dəfə Dövlət Gömrük Komitəsində olsam da, ancaq qurumun rəisi Səfər Mehdiyevin qəbuluna düşə bilmədim. Hər dəfəsində hələlik görüşün olmadığını bildirdilər. Orda Mübariz adlı bir şəxs vardı, o dedi ki, Qərb Ərazi Baş Gömrük İdarəsi ilə danışmışıq, gedin malınızı götürün. Beləcə, Gəncəyə yola düşdüm. Qərb Ərazi Baş Gömrük İdarəsinə çatdıqda oranın rəisi Rauf Rzayev bizi qəbul etmədi. Bir neçə saat gözlədikdən sonra yenidən görüşə cəhd etdik. Lakin yenə onunla görüşümüz alınmadı. Bu zaman idarənin əməkdaşlarından birinin yardımı ilə Rauf Rzayevin müavini və ya köməkçisi olan Əli Eminbəyli ilə telefonla əlaqə saxladım. O isə dedi ki, mümkün olan iş deyil, bu mallar sizə verilməyəcək. Bildirdi ki, mənə məxsus olan mallar hərraca gedəcək, ancaq ordan ala bilərəm. Bir sözlə, gömrük əməkdaşları mallarımı qaytarmaq niyyətində deyillər. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəldim. Lakin sonra dedilər ki, Rauf Rzayevlə bağlı məhkəməyə müraciət etməyin heç bir əhəmiyyəti yoxdur. Çünki o, Ali Məhkəmənin sədri Ramiz Rzayevin qardaşıdır və heç bir məhkəmə onun qardaşının əleyhinə qərar verəcək gücdə deyil”.
“Dedilər ki, bizim – Dövlət Gömrük Komitəsinin ona gücü çatan deyil, sən ancaq Rauf Rzayevə “xod” tapmalısan”
Türkiyə vətəndaşı Kaynar Farukun da Dövlət Gömrük Komitəsinə gələrək, ekskavatorun ehtiyat hissələrinin ona məxsus olmadığını və həmin mallardan imtina etmədiyini bildirdiyini deyən Səməd Niftəliyev qeyd etdi ki, qurumdan onlara malların geri qaytarılmasının mümkünsüz olduğu bildirilib: “Dedilər ki, mallar qırmızıya düşüb. Əgər bu və ya digər mal qırmızıya düşdüsə, gömrükdə onu qeyri-qanuni özəlləşdirir, bundan sonra isə öz anbarlarına qoyurlar. Daha sonra isə istədikləri adama verirlər. Mən gömrükdə də dəfələrlə qeyd etdim ki, həmin ehtiyat hissələri satış məqsədi üçün gətirilməyib, onlar məhz gətirilən ekskavatorun ehtiyat hissələri olub. Lakin buna rəğmən, Dövlət Gömrük Komitəsinin rəisi Səfər Mehdiyevə müraciət edərək, 120101100500147 saylı aktla müvəqqəti saxlanca verilmiş malların gömrük rüsumunun ödənilməsi şərtilə mənə qaytarılması barədə göstəriş verməsini xahiş etsəm də, buna əhəmiyyət verən olmadı. Sizi inandırım, bu məsələ ilə bağlı Dövlət Gömrük Komitəsində döymədiyim qapı, müraciət etmədiyim adam qalmayıb. Ən sonda dedilər ki, bu, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayevin öz göstərişidir, bizim – Dövlət Gömrük Komitəsinin ona gücü çatan deyil. Bildirdilər ki, məsələni ancaq orda, yəni, Qərb Ərazi Baş Gömrük İdarəsində həll etmək olar. Dedilər ki, bunun üçün sən ancaq Rauf Rzayevə “xod” tapmalısan. Vallah, mən ona necə “xod” tapmaq lazımdır, onu bilmirəm. Əlimdə gömrük bəyannaməsi və digər müvafiq sənədlər olduğu halda, hazırda çarəsiz qalmışam, mənə məxsus olan mallar qanunsuz olaraq mənimsənilsə də, problemi həll edən, hüquqlarımın bərpası istiqamətində kömək edən yoxdur. Odur ki, sizin vasitənizlə yenidən Dövlət Gömrük Komitəsinə və digər müvafiq qurumlara müraciət edir, mənə məxsus malları müvəqqəti saxlanca qanunsuz olaraq yerləşdirmiş gömrük əməkdaşları barəsində qanuni tədbirlər görülməsi, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi Rauf Rzayevin qanunsuz əməllərinə son qoyularaq, 120101100500147 saylı aktla müvəqqəti saxlanca verilmiş malların gömrük rüsumunun ödənilməsi şərtilə mənə qaytarılmasında yardımçı olmalarını xahiş edirəm”.
Səməd Niftəliyevin dediklərindən belə qənaətə gəlmək olar ki, Dövlət Gömrük Komitəsi dövlətin qanunlarıyla deyil, sanki “mafiya qanunları” ilə idarə olunur. Əks halda, qardaşına arxalanan və bu səbəbdən də toxunulmazlıq qazandığını düşünən Rauf Rzayev vətəndaşın əmlakını mənimsəməz, qanunun aliliyini hər şeydən üstün tutardı. Dövlət Gömrük Komitəsində işlərin heç də arzuolunan səviyyədə getmədiyini, qanun şah yox, şahın qanun olduğunu, neqativ halların geniş vüsət aldığını təsdiqləyən digər fakt isə adıçəkilən qurumun rəisi Səfər Mehdiyevin Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisinə sözünü keçirə bilməməsidir. Görünür, Səfər Mehdiyev Ali Məhkəmənin sədri Ramiz Rzayevdən çəkindiyi, ehtiyat etdiyi üçün onun qardaşı Rauf Rzayevə “gözün üstə qaşın var” deyə, Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisinin qanunsuz əməllərinə qanunamüvafiq formada reaksiya verə bilmir. Biz bunu qəti əminliklə deməsək də, hər halda Dövlət Gömrük Komitəsinin dəhlizlərində gəzən söh-söhbət məhz bu yöndədir.
(ardı var)
“Hürriyyət”
P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 30 il uşaq bağçasında yaşayan Laçın sakini kömək istəyir - GİLEY
Bu gün, 06:47 |
|
|
|
• Yediyimizə necə haram qatırlar... - NƏ ETMƏLİ?
Bu gün, 06:36 |
|
|
|
• Mən onun kimi Putinə zəng etməyəcəyəm - Böyük Britaniyanın Baş naziri
Bu gün, 06:25 |
|
|
|
• Onu Bakıya gəlməyə qoymayan səbəb – Gözlənilməz qərarın pərdəarxası
Bu gün, 06:23 |
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
|