Yardımlı səhiyyəsində də durum BƏRBADDIR... - "Neçə-neçə rayon sakini baş həkimin bu tələsinə düşüb"
Tarix: 27-01-2021, 11:15 |
Çap et
DİA.AZ: - "Yardımlı rayon Mərkəzi Xəstəxanasının Baş Həkimi Əkbərov Rasim Şahbaz oğlu COVİD-19 pandemiyasıyla bağlı dövlət tərəfindən həkimlərə verilən əlavə əməkhaqqı ödənişlərini mənimsəyir". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza yazan Aqil Sənanlı adlı Yardımlı sakini belə iddia edir.
Daha sonra narazı vətəndaş bildirir ki, baş həıkimin işləri bununla yekunlaşmır və onun üçün kəndlərdəki tibb məntəqələri əsas yeyinti ünvanıdır.
Narazı vətəndaşın dia-az.life-a yazdıqlarından belə anlaşılır ki, pensiya yaşına çatmış xəstələr üçün də baş həkim əlavə "tarif" məyyən edib: "2000—4000 min manat arası pul alaraq onların sənədlərini TSEK komisiyyasından keçirəcəyinə söz versə də, sonradan buna əıməl etməyib. Neçə-neçə rayon sakini baş həkimin bu tələsinə düşüb".
"Bu işdə Rasim Əkbərov, TSEK Nümayəndəsi Ramin Verdiyev və Baş həkimin müavini Mirəbülfəz Məmmədov əsas iştirakçılardır" deyən narazı vətındaş daha sonra dia-az.life-a yazır: "Bu gün Yardımlı rayon Mərkəzi Xəstəxanasının özünə müalicə lazımdır, ona görə də bura gələn xəstələrin əksəriyyəti sonradan başqa xəstəxanalara müraciət etməli olurlar".
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...