Təhsil Nazirliyinin İMTAHAN FIRILDAĞI... - İTTİHAM
Tarix: 24-03-2021, 11:38 | Çap et
“Deməli, Təhsil Nazirliyi 19 martda direktorların işə qəbulu üzrə test imtahanları keçirdi. Düzdür, bir müddət əvvəl də keçirilmişdi, amma texniki nasazlıqla əlaqədar (?) təxirə salındı”.
Bu sözləri təhsil eksperti Kamran Əsədov özünün Facebook səhifəsində yazıb. O, nəticələrdən razı deyil. K. Əsədovun fikrincə, sözügedən imtahanlarda neqativ hallar çoxdur. Ekspert “Sherg.az”a açıqlamasında işə götürülən kadrların lazımi hazırlıq səviyyəsində olmadıqlarını bildirdi:
“Məsələdə diqqəti iki faktora çəkmək lazımdır. Birincisi, imtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunub. Biliyin yoxlanıldığı hər üç istiqamət, məktəbə rəhbərlik edəcək şəxs üçün zəruridir. Amma imtahanda iştirak edənlərin nəticələri mənə görə qənaətbəxş deyil. İki min nəfərdən çox ali təhsilli, azı beş il stajı olan və hətta minlərlə direktor vəzifəsini əvəz edən şəxs arasında bir nəfər də maksimum nəticə əldə edən yoxdur. 55 baldan yuxarı nəticə əldə olunmayıb. Bilirik ki, imtahan iştirakçılarının böyük əksəriyyəti həm təhsil sistemində rəhbər postda çalışır, həm də repititor yanında bu imtahan üçün hazırlaşır. Bəli, bizim özündən deyən pedaqoji kadr hazırlayan universitetlərin məzunları müəllim olmaq üçün müəllim yanına hazırlığa gedir, əvəzedici direktorlarımız direktor olmaq üçün repititor və hazırlıq kurslarına gedir, orta məktəbdə çalışan uzunmüddətli stajı olan müəllimlər diaqnostik imtahan, sertifikasiya imtahanı üçün müəllim yanına, hazırlıq kurslarına gedirlər. Bəli, dövlət təhsilinin yükünü özəl sektor çəkir, repititor və hazırlıq kursları məsuliyyəti daşıyır. Fəaliyyəti dövründə yalnız təhsil qanunvericiliyi əsas götürəcək şəxslərin, işçi ilə münasibətləri əmək məcəlləsi ilə tənzimləyəcək şəxslər arasında bu vacib istiqamətdə maksimum bal toplayan yoxdur. Hamının 100 faizli nəticə göstərməsi şərt deyil. Ümumiyyətlə, bu tipli imtahanda 80 faizdən yuxarı nəticə müsbət hesab olunur”.
K. Əsədovun sözlərinə görə, belə namizədlər vakansiya yerlərinə təyin edilməməlidirlər. Əks halda ciddi problemlər yarana bilər: “Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək. Bu, diqqət çəkmək istədiyim ikinci biabırçı faktordur. Yəni bir rayon üzrə 10 imtahan iştirakçıları arasında toplanan ən yüksək nəticə beş baldır. Həmin adamı da vəzifəyə təyin edəcəklər. Niyə? Bu 5-10 balı toplayan nə verəcək təhsilə? Özü də o 5-10 balı toplayan illərdir direktor vəzifəsini əvəz edəndir. Bir kadr ki, təhsil qanunvericiliyindən, əmək məcəlləsindən heç nə bilmir, onu həmin postda saxlamaq ayıbdır. Fikrimcə, direktor vəzifəsinə təyin olunmaq üçün bütün ölkə üzrə konkret keçid balı olmalıdır. Yoxsa, bir məktəbə kimsə 10 balla qəbul olur, amma başqa yerdə kimsə 45 balla kənarda qalır. Ola bilər ki, bu zaman yerlər yenə də boş qalacaq. Qoy, qalsın. Və əsas, əvəzedici keçid balı toplaya bilmirsə, onu yenə də saxlamaqda Təhsil Nazirliyinin marağı nə ola bilər? Təhsilin inkişafı, keyfiyyəti onun idarəetməsində iştirak edənlərin bilik və bacarıqlarının səviyyəsindən asılıdır. Heç kim özündə olmayandan artığını edə bilməz”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərb Rusiyaya müharibə elan etdi: ABŞ-dan sonra bu ölkələr də hücum qərarı verdi - “Le Figaro”
Bu gün, 00:24 |
|
|
|
• Bayden Ukraynaya Rusiya ərazisini vurmaq üçün icazə verdi - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• Ermənistanda yüksəkvəzifəli məmurlar istefa verdi - Adlar
Bu gün, 00:18 |
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Dünən, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Dünən, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Dünən, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Dünən, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Dünən, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Dünən, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Dünən, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Dünən, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Dünən, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Dünən, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Dünən, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Dünən, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Dünən, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Dünən, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Dünən, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Dünən, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Dünən, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Dünən, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Dünən, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Dünən, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Dünən, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Dünən, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Dünən, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Dünən, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Dünən, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Dünən, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Dünən, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Dünən, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Dünən, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Dünən, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Dünən, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Dünən, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Dünən, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Dünən, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Dünən, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Dünən, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Dünən, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Dünən, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Dünən, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Dünən, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Dünən, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Dünən, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Dünən, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Dünən, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Dünən, 08:46 |
|
|
|
|