Nazirliyə qarşı iddia: 60 ildir fənlər yenilənmir - Gülünc faktlar sadalandı
Tarix: 25-03-2021, 12:48 |
Çap et
“Təhsil islahatlarında ali təhsil müəssisələri və pilləsi tamamilə yaddan çıxıb”- Bu sözləri təhsil eksperti Kamran Əsədov özünün “Facebook” hesabında yazıb. O, “Sherg.az”a açıqlamasında narazılığının əbəs olmadığını belə izah etdi:
“Bu istiqamət özbaşına gedir. Nə ixtisasların əmək bazarına uyğunluğunu yoxlayan var, nə də keyfiyyəti ölçən. Konsepsiya var, Azərbaycan gələcəyə baxış 2023, bir də 2030. Kiminlə buna keçid edəcəklər? Hansı universitetin məzunları ilə? Müəllimimin 1960-cı ildə aldığı diploma baxdım. 2007-ci ildə tarixli bakalavr diplomumla 80 faiz eyni fənlər idi. Ümumiyyətlə, ali məktəblərə plan yerlərini kim müəyyən edir? Necə müəyyən edir? Misal üçün, 2020-ci ildə bakalavr pilləsində dinşünaslıq, ilahiyyatçı ixtisasına ölkə üzrə 87 plan yeri ayırılmışdı. Stomatologiya ixtisasına isə 85 yer. Belə gülünc nümunələr çoxdur”.