Ramiz Mehdiyev Neft Fonduna da KƏF GƏLDİ... - AMEA-nın maşınları Mehdiyevlərin biznesinə xidmət edir
Tarix: 4-06-2021, 11:17 | Çap et
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin AMEA-da həyata keçirdiyi növbəti özbaşınalığı, korrupsiyaya yol açan aşkar maliyyə maxinasiyaları üzə çıxır. Adının önündə akademik elmi adını daşıyan, lakin, ölkə elminin real inkişafına heç bir innovativ töhfə verməmiş, əslində baltalamış biri - indiki ahıl çağında belə bu barədə düşünməyən Ramiz Mehdiyev sən demə AMEA-nın istifadəsində olan avtomaşınları da özünün və ailə üzvlərinin dəyəri 100 milyonlarla ölçülən bizneslərinin inkişafına yönəldirmiş. Çünki oliqarxiya maraqları ilə nəfəs alan cənab Mehdiyevi elmi mühit yox, yenə öz doğmaları və varidatı daha çox maraqlandırır. "Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, Ramiz Mehdiyev 06 fevral 2020-ci il tarixli Dövlət Neft Fondu (bundan sonra DNF-red) ilə AMEA arasında bağlanmış /DNF/X-02 nömrəli/ müqavilə əsasında Dövlət Neft Fondu tərəfindən AMEA-nın İşlər İdarəsinin istifadəsinə verilmiş müxtəlif markalı müasir nəqliyyat vasitələrini təyinatından yayındıraraq nəvəsinin adına təsis edilmiş "Hikmət İnşaat" MMC-nin istismarına verib. Akademik baba "nəvəsi"nin ixtiyarına buraxdığı avtomaşınların əslində Neft Fondunun yalnız AMEA-nın elmi-tədqiqat işləri, sosial tədbirləri və digər ehtiyacları üçün ayırmış olduğunu heçə sayaraq quruma və kollektivinə faydası toxunmayan həmin avtomaşınların yanacağının və servisinin də AMEA büdcəsi hesabına qarşılanmasını təmin edib.
"Hikmət İnşaat" MMC ilə AMEA arasında 28 iyul 2020-ci il tarixdən mövcud olan rəsmi müqavilədən görünür ki, "FORD-Transit-350L" markalı 1 ədəd mikroavtobus, eləcə də "Toyota Land-Cruiser" markalı 2 ədəd, "Honda-Kvadrotski" markalı 5 ədəd minik avtomobillərini 1 ildir ki, AMEA özü deyil, faktiki olaraq sözügedən MMC istifadə edir.
Bir daha qeyd edirik ki, ilkin icarə məqsədlərində AMEA-nın əməkdaşlarının gediş-gəlişini və akademiya üçün nəzərdə tutulan zəruri işlərin təşkilini asanlaşdırmalı olan həmin avtomaşınlar yalnız Ramiz Mehdiyevin maddi maraqları naminə "Hikmət İnşaat" MMC-yə xeyir verir, AMEA-nın büdcəsinə isə maddi zərər vurur.
Baş verənlər artıq akademiyada geniş müzakirələrə və narazılıqlara da səbəb olub, nəticədə cari ilin aprelində AMEA Rəyasət Heyəti İşlər İdarəsinin müdiri Elton Məmmədovun imzası ilə AMEA ilə "Hikmət İnşaat" MMC arasındakı müqaviləyə 01 may 2021-ci il tarixdən etibarən xitam verildiyi elan edilib. Lakin, qarşı tərəf avtomaşınları geri qaytarmaqdan yayınıb. Ramiz Mehdiyev də öz növbəsində E.Məmmədovun məktubuna qarşı çıxıb və sonuncunun vəzifəsindən azad edilməsi üçün hərəkətə keçib. Elton Məmmədovun hazırda məzuniyyətdə olduğu bildirilir.
Onu da bildirək ki, avtomaşınlar "saxlayıcı"ya icarəyə verilsə də xoşbəxtlikdən Dövlət Neft Fondunun mülkiyyətində və sərəncamında saxlanılır. Amma Ramiz Mehdiyev bununla da yetinməyib. O, kürəkəni olan İlham Əliyevin qardaşı, hazırda AMEA-da Rəyasət Heyəti İşlər İdarəsinin (bundan sonra - İİ) müdir əvəzi kimi təmsil olunan Fikrət Əliyevlə sövdələşərək İİ-nin "Dentlab" MMC ilə aralarında bağlanan müqaviləyə əsasən, 108 saylı, 03 may 2021-ci il tarixli ƏMR də imzalatdırıb. Həmin əmrə əsasən isə, "Dentlab" MMC-yə məxsus "TOYOTA-AVALON" markalı AZ90-AF-040 dövlət nömrə nişanlı 2015-ci il buraxılışlı avtomobili xidməti ehtiyaclar üçün istifadə adı altında AMEA-nın balansına aldırıb. Və həmin maşının da texniki qulluğunu, yanacaq sərfiyyatını, bütün təmir-servis işləri üzrə xərclərin təminatını AMEA-nın maliyyə vəsaiti hesabına qarşılanması barədə süni maddi öhdəlik yaradıb.
Ramiz Mehdiyevin AMEA-nın guya istifadəsinə götürdüyü, lakin həmişəki kimi kürəkəni İlham Əliyevə məxsus "Dentlab" MMC-nin faktiki xidmətində qalan maşın Fikrət Əliyevin öz sürücüsü Azad Əmirovun adına təhkim edilib. Belə çıxır ki, AMEA Rəyasət Heyəti İİ-nin müavini Fikrət Əliyevin istifadəsində paradoksal olaraq iki xidməti avtomaşın var. Çünki, Fikrət Əliyev onsuz da AZ99-PD-525 dövlət nömrə nişanına sahib olan xidməti avtomaşında gəzirdi və həmin maşın da sürücüsünə təhkim olunub. Başqa maşına da ehtiyac duyulmayıb. Bu hal özü dəlildir ki, AMEA-nın inzibati-nəqliyyat-təsərrüfat şöbəsi və sözügedən "xidməti maşınlar" Mehdiyevlərin şəxsi biznes maraqları ilə idarə edilir.
Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında "Hikmət İnşaat" MMC və "Dentlab" MMC-nin eyni ünvanda - AZ1029, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, HEYDƏR ƏLİYEV PROSPEKTİ, ev 115-də qeydiyyata alındığı görünür.
Təəssüf edirik ki, akademik Ramiz Mehdiyev ailə biznesi naminə Dövlət Neft Fondunu da aldatmaqdan çəkinməyib. İnanaq ki, "boz kardinal"ın bu əməlinə ölkə rəhbərliyi tərəfindən hüquqi qiymət veriləcək, AMEA adı altında sürülən avtomaşınların əyləci basılacaq... (mövzu diqqətimizdədir)
Demokratik.Az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|