Naftalan KTİB-də biri kartan pul çıxarırdı, digəri isə tenderlərdən silir - İLGİNC FAKTLAR
Tarix: 17-08-2021, 11:48 | Çap et
Naftalan şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyinin rəisi Rüfət Həsənov və Birliyin Baş mühasibi Zəfər Mamedov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində 12 mart 2021-ci ildə həbs olundular. Onlar Birliyə işçi qəbul etmək adı ilə saxta müqavilələr bağlayaraq ümumilikdə 87 şəxsin adına olan plastik kartlara köçürülmüş cəmi 121 min 520 manat məbləğdə pul vəsaitini müxtəlif bankomatlardan məxaric etməklə mənimsəmişlər.
Hazırda Naftalan şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyinə Eyvaz Nəcəfov rəislik edir. Onu bu vəzifəyə 04 dekabr 2019-cu il tarixdə Naftalan şəhər İcra Hakimiyyətinə başçı təyin edilmiş Vüqar Novruzov gətirib. Amma Eyvaz Nəcəfov buna qədər Naftalanda ad çıxarmış biridir. Onu zonada çox böyük imkanları olan biri kimi tanıyırlar. Regionlarda Birləşmiş Sukanal İdarələri yaradılana qədər Eyvaz Nəcəfov uzun müddət Naftalanda Su kanalizasiya idarəsinin müdiri olub. Burada onun yol verdiyi qanunsuzluqların sayı-hesabı olmadığı bildirilir. Daha sonra Eyvaz Nəcəfov Dövlət Sosial Müdafiə Fondunun Naftalan şəhər Şöbəsinin müdiri olub.
Aktualinfo.org-a verilən məlumata görə Naftalan şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyində rəhbərliyə keçən kimi Sukanal idarəsində tətbiq etdiyi metodlardan istifadə etməyə başlayıb. Belə ki, bütün nəqliyyat vasitələrinə ayrılan yanacağı azaltmaqla bərabər bir sıra ehtiyyat hissələrinin alınmasını da sürücülərin boynuna qoyub. Amma apardığımız araşdırmalar zamanı Naftalan şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyi hər il nəqliyyat vasitələrinə ehtiyyat hissələrinin alınması məqsədi ilə xeyli vəsait ayırdığı bəlli oldu. Məlumatlara görə Eyvaz Nəcəfov bu malların satınalmasını kağız üzərində təşkil edir. Onun rəis təyin edilməsindən sonra Birlik tərəfindən keçirilmiş tenderlər də bunları görməmək mümkün deyil və şübhələnməyə də əsas verir.
Mal materialin alınması üzrə 66 906.24 manat məbləğində satınalma müqaviləsi 10.08.2021-ci il tarixdə “MİNGƏÇEVİR TƏMİR TİKİNTİ-18” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MİNGƏÇEVİR TƏMİR TİKİNTİ-18” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsində 12.06.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı MINGƏÇEVİR ŞƏHƏRİ, MİNGƏÇEVİR ŞƏHƏRİ, NƏSİMİ, ev 8 B, qanuni təmsilçisinin isə Mirzəyeva Elnurə Sabir qızı olduğu göstərilir.
Qeyd edək ki, Naftalan şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyi tərəfindən mal-materialların satınalması üzrə keçirilən bütün tenderlərdə, mənimsəmə üstündə həbs olunmuş əvvəlki rəisin dövründə də belə,qalib “MİNGƏÇEVİR TƏMİR TİKİNTİ-18” MMC olub. Mal-materialın alınması üzrə 21.09.2020-ci il tarixdə keçirilmiş tenderdə də 145 116.11 manat məbləğində satınalma müqaviləsi də bu MMC ilə bağlanılıb. Təbii ki,bunun bəhrəsini Eyvaz Nəcəfov görməyib. Barəsində heç bir məlumat olmayan, bir qadının adına formal olaraq yaradılmış bu MMC-nin əsas funksiyası məlumatlara görə tenderin şərtlər toplusunda göstərilən mal-materialların qiymətlərini şişirtmək və daha çox pul silməkdən ibarətdir.
Naftalan şəhərində abadlıq işləri üzrə müsabiqə yolu ilə keçirilmiş tenderdə 142 905.71 manat məbləğində satınalma müqaviləsi 28.07.2021-ci il tarixdə “ƏRDAGI” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ƏRDAGI” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər İdarəsində 10.12.1992-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10.60 manat olan MMC-nin hüquqi ünvanı GƏNCƏ ŞƏHƏRİ, ASFALT ZAVOD, qanuni təmsilçisinin isə Məmmədov Nazim Fuad oğlu olduğu göstərilir.
Bu MMC-nin də apardığımız araşdırmalara görə heç bir maddi texniki bazası yoxdur. Elə Naftalan şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyinin işçi qüvvəsinin hesabına aparılan abadlıq işləri kağız üzərində “ƏRDAGI” MMC-nin adına rəsmiləşdirilir. Naftalan şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyinin tenderlərin keçirilməsi zamanı yol verdiyi saxtakarlıq halları açıq aydın görsənir. Belə ki, maaş kartlarından pul çıxaran əvvəlki rəisdən fərqli olaraq, Eyvaz Nəcəfov tenderlərdən pul çıxarır.
Eyvaz Nəcəfovun Naftalan şəhər Kommunal Təsərrüfatı İsehsalat Birliyində idarəetməsinə gəlincə. İdarəetmədə elementar qaydalara nəzarət edə bilməyən bir rəisdir. Birliyin elektron poçtuna ünvanladığımız sorğu məktubuna cavab verilmədi. Telefon nömrələrinin heç biri ya işləmir, ya da işçilər yerində yoxdu. Hətta İcra başçısının müavinindən aldığımız telefon nömrəsinə İsehsalat Birliyində cavab verən olmadı. Bütün bunlardan da gənc kadr olaraq Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun xəbəri təbii ki,yoxdur.
Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|