“FORMONİX” MMC nə vaxt yaradıldı və dərhal neçə kotirovka “uddu”?? - İLGİNC FAKTLAR
Tarix: 23-02-2022, 15:38 | Çap et
Uzun müddət boş qalan Səhiyyə naziri vəzifəsinə nəhayət 19 yanvar 2022-ci ildə Teymur Musayev təyin edildi. 2021-ci ilin aprelin 23-dən səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini müvəqqəti icra etmiş Teymur Musayevdən əvvəl də, indi də respublikanın bir çox xəstəxanalarında qanunsuzluqlarin, rüşvətxorluğun baş alıb getməsi barədə çoxsaylı şikayətlər olur. Bu barədə sosial şəbəkələrdə yetərincə məlumatlara rast gəlmək mümkündür. Son bir neçə ayda səhiyyə işçilərinin rüşvət üstündə tutulması da buna əyani bir sübutdur.
Bunlar azmış kimi səhiyyə sisteminə ayrılan milyonlarla dövlət vəsaitlərinin də talamnası barədə ciddi ittihamlar irəli sürülür. Lakin baş verən qanunsuzluqların qarşının alınması üçün heç bir tədbirin görülməməsi ağır durumda olan səhiyyə sistemin vəziyyətini daha ağırlaşdırır.
Səhiyyə Nazirliyinin müəssisələri tərəfindən dövlət satınalmaları yolu ilə həyata keçirilən təmir-tikinti işləri və zəruri mal-materialların alınması üzrə keçirilən tender və kotirovka sorğularının qeyri şəffaf şəkildə aparılmasını subut edən konkret, təkzibolunmaz faktlar var. Təəssüflər olsun ki, fəaliyyət sferaları şübhə doğuran, ixtisas göstəriciləri heç bir kriteriyaya uyğun gəlməyən, heç yerdə heç kəsin tanımadığı birdəfəlik (odnorazovıy) şirkətlərin böyük bir dövlət qurumunun elan etdiyi çox sayda tenderlərin qalibi olmaları adi hal kimi qəbul edilir.
Səhiyyə Nazirliyinin Müharibə Veteranları Respublika Xəstəxanası tərəfindən keçirilmiş kotirovka sorğuları ətrafında apardığımız araşdırmalarda yuxarıda qeyd etdiyimiz kimi, görünməmiş qanun pozuntusuna yol verildiyi məlum oldu. Belə ki, xəstəxananın Tender Komissiyası maşın və avadanlıqların satın alınması üzrə keçirdiyi kotirovka sorğusunda “FORMONİX” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 30.12.2021-ci ildə 22 870 manat məbləğində müqavilə bağlayıb.
Xəstəxananın Tender Komissiyası kotirovka sorğusunun keçirilməsi barədə 16.11.2021-ci il tarixdə verdiyi elanda kotirovka sorğusunda iştirak etmək üçün sənədlərin 16.11.2021-ci ildən 30.11.2021-ci il tarixə qəbul olunduğu göstərilir.
Müharibə Veteranlrı Respublika Xəstəxanasının qalib elan etdiyi “FORMONİX” MMC bəs nə vaxt dövlət qeydiyyatına alınıb?
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FORMONİX” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 17.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, SÜLEYMAN RÜSTƏM ev 55, m 48, qanuni təmsilçisinin isə Cabbarova Tutu Rafiq qızı olduğu göstərilir.
Qeyd edək ki, “FORMONİX” Məhdud Məsuliyyətli Cəmiyyəti elə yarandığı ilk gündən satınalmalarda iştirak edib və Səhiyyə Nazirliyinə tebeli qurumların bir ayda keçirdiyi 4 kotirovka sorğusunun qalibi olub.
Elmi Tədqiqat Kordiologiya İnstitutunun 19.11.2021-ci il tarixdə maşın və avadanlıqların satınalması ilə bağlı elan etdiyi kotirovka sorğusunda iştirak etmək üçün sənədlərin 19.11.2021-ci ildən 07.12.2021-ci il tarixə qəbul olunduğu göstərilir. Lakin 17.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış “FORMONİX MMC iki gün sonra kotirovka sorğusunda iştirk üçün sənəd verir və 28.12.2021-ci il tarixdə 49 534 manat dəyərində kotirovka sorğusunun qalibi olur.
Səhiyyə Nazirliyinin Tibbi Reabilitasiya Xəstəxanasının 26.11.2021-ci il tarixdə dəftərxana və təsərrüfat mallarının satınalması ilə bağlı elan etdiyi kotirovka sorğusunda iştirak etmək üçün sənədlərin 26.11.2021-ci il tarixdən 10.12.2021-ci il tarixə qəbul olunduğu göstərilir. Lakin 17.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış “FORMONİX MMC 9 gün sonra kotirovka sorğusunda iştirak üçün sənəd verir və 30.12.2021-ci il tarixdə 24 300 manat dəyərində kotirovka sorğusunun qalibi olur.
Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitunun 01.12.2021-ci il tarixdə cari təmir xərclərinin satınalması ilə bağlı elan etdiyi kotirovka sorğusunda iştirak etmək üçün sənədlərin 02.12.2021-ci il tarixdən 16.12.2021-ci il tarixə qəbul olunduğu göstərilir. . Lakin 17.11.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış “FORMONİX MMC 15 gün sonra kotirovka sorğusunda iştirak üçün sənəd verir və 17.01.2022-ci il tarixdə 28 804 manat dəyərində kotirovka sorğusunun qalibi olur.
Satınalmaların vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi, “FORMONİX” Məhdud Məsuliyyətli Cəmiyyəti 28.12.2021-ci ildən 17.01.2022-ci il tarixə, yəni 20 günə Səhiyyə Nazirliyinə tebeli qurumların keçirdiyi 4 kotirovka sorğusunun qalibi olub və ümumi olaraq 125 508 manat dəyərində dövlət sifarişi alıb. Yenə də, verilmiş elanlardan da görsəndiyi kimi, MMC səhiyyə qurumlarının birində cari təmir xərcləri, digərində dəftərxana və təsərrüfat malları, başqa birisində isə maşın və avadanlıqların satınalması üzrə iştirak edib və qalib olub. Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi olan Tutu Cabbarovanın adına yaradılmış belə bir neçə MMC var ki, iş və xidmət adı altında hesabına hər il külli miqdarda dövlət vəsaitləri köçürülür.
Buradan suallar yaranır. Satınalmalara nəzarət edən dövlət qurumu hara baxır? Hanı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti satınalmaların şəffaf şəkildə keçirilməsinə nəzarət edir? Satınalmalardan 1-15 gün əvvəl, hətta satınalma elanından sonra dövlət qeydiyyatına alınmış, maddi texniki bazasının və ixtisas göstəricilərini qeyri müəyyən olduğu bir şirkətlə 20 gün ərzində 125 min manatlıq dövlət sifarişini həvalə etmək nə dərəcədə qanunauyğundur.
Təbii ki, normal və azad rəqabət şəraitində maddi texniki bazası olan hər hansı bir şirkətin çoxlu sayda tender qazanmasını adi hal kimi qəbul etmək olardı. Ancaq göründüyü kimi bu belə deyil və məmur müdaxiləsi olmadan hər hansı bir dövlət satınalmasında qalib gəlmək çətin məsələdir. Nə qədər nazir dəyişsə belə, nə qədər islahatlar aparılsa belə, nə qədər şəffaf və azad rəqabət görüntüsü yaradılsa belə. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
|