RAMİZ MEHDİYEVDƏN DƏYƏRLƏNDİRMƏ
Tarix: 20-06-2012, 13:46 | Çap et
“2003-CÜ İLİN PREZİDENT SEÇKİSİ DÖNÜŞ ANI OLDU”
AzərTAc Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin çapa hazırlanan kitabından bir fəsli oxuculara təqdim edib. Akademik yazır ki, yeni yüzilliyin birinci onilliyi dünyada xalqların həyatının bütün sahələrini əhatə edən ciddi transformasiyalara dəlalət edir: “Cəmiyyətlərin formalaşması problemlərinin həllində əvvəlki yanaşmaların potensialı artıq tükənmişdir. İndi güclü inkişafa stimul yaradan yeni innovasiyalı metodlar və mənbələr tələb olunur. Baş verən qlobal dəyişikliklər millətlərdən mütəşəkkillik, intizam və salamat qalmaq, dövlətin rəqabət qabiliyyətini təmin edə biləcək yeni sosial-iqtisadi forma və dəyərlər yaratmaq üçün səmərəli yollar axtarmağı tələb edir. Bu hədəflərə nail olmağın lokomotivi qismində millət özü çıxış edir, onun intellektual səviyyəsi və yaradıcı qabiliyyətləri yeni dəyişikliklərə müvafiq olaraq təkmilləşdirilməlidir”.
“Media forum” saytının məlumatına görə, Ramiz Mehdiyev qeyd edir ki, Azərbaycan bəşər tarixində müasir mərhələnin tələb etdiyi vəzifələrin həyata keçirilməsi üçün nadir imkanlara malikdir: “Azərbaycan milləti insan resurslarına və təbii resurslara, yaradılmış sosial-iqtisadi və mənəvi bazaya, təbii-coğrafi şəraitə güvənməklə yeni eranın ruhuna müvafiq cəmiyyət formalaşdırmağa qadirdir. Bu erada bir dövlət deyil, bir sıra dövlətlər hökmranlıq edəcək və cazibə mərkəzi tədricən Qərbdən Şərqə doğru dəyişəcəkdir. Azərbaycanın dəyəri və bənzərsizliyi ondan ibarətdir ki, o, Avropa ilə Asiyanın qovuşduğu məkanda yerləşir, buna görə də o, milli inkişaf strategiyasında sivilizasiyaların təcrübəsindən öz xeyrinə bacarıqla istifadə etməlidir.
Sağlam düşüncəli hər bir şəxsiyyətin həyatda öz məqsədləri olur, o, özünün həyat strategiyasına can atır. Bu sözlər bütövlükdə millətə də aiddir. Hər bir millətin öz milli strategiyası vardır (hər halda, olmalıdır), amma bu, heç də o demək deyildir ki, bütün millətlər həmin strategiyanı yaratmaq iqtidarındadır. Lakin çalışırlar. Konkret məsələlərin həllinə yönəlmiş milli strategiya millətin gücüdür. Milli strategiyanın həyata keçirilməsi hər bir millətin siyasi elitasının gündəlik qayğısıdır, onun üçün bir növ şüuraltı, təbii, şübhə doğurmayan məsələdir. Belə ki, Azərbaycanın milli strategiyası ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə, dövlət müstəqilliyinin və xalqın təhlükəsizliyinin möhkəmlənməsinə, müasir dövlət, müasir iqtisadiyyat və müasir cəmiyyət yaradılmasına yönəlmişdir. Bu halda yadda saxlanması zəruri olan ən başlıca məsələ budur: Azərbaycan ərazisinin nisbətən kiçik ölçülərini və əhalisinin sayının az olmasını (Rusiya və İranla müqayisədə) keyfiyyət və texnologiya baxımından üstünlüyə nail olmaqla kompensasiya etməlidir.
Bu strateji hədəfə nail olmaq o şərtlə mümkündür ki, Azərbaycan cəmiyyətinin hər bir üzvü müasir inkişafın meyillərini və yollarını dərk etməyə çalışsın, özü tərəqqiyə nail olmaq istəsin. Bunun üçün öyrənmək, təhsil səviyyəsini artırmaq, düşünmək, fikirləşmək, əmək vərdişlərini təkmilləşdirmək qabiliyyətini inkişaf etdirmək, sosial məsuliyyəti və nəticə etibarilə şəxsiyyətin və bütövlükdə ölkənin rəqabət qabiliyyətini gücləndirmək lazımdır. Millətin tərkibində kreativ və ağıllı insanların, yaradıcı enerjiyə malik olan intellektualların sayının artması ona Azərbaycanda müasir cəmiyyət qurulmasına gətirib çıxaracaq başlıca qüvvə verə bilər. Millətin bu keyfiyyətləri milli ideyanın maddiləşməsinin əsas tərkib hissəsi kimi ölkənin innovasiyalı modernləşməsinin əsasını təşkil etməlidir.
Bununla bərabər, “Qızıl milyard” dövlətlərinin təcrübəsi göstərir ki, ölkənin innovasiyalı modernləşməsi məsələlərinin həllinin, müasir cəmiyyət quruculuğunun daha bir mühüm amili sosialyönümlü liberal iqtisadiyyatın, sosial ədalətin və güclü prezident hakimiyyətinin mövcud olmasıdır. Güclü milli liderin təşkilatlandırıcı və istiqamətləndirici rolu olmadan ölkəni inkişaf etmiş dövlətlər sırasına çıxarmaq üçün göstərilən bütün cəhdlər uğursuz ola bilər.
1993-cü ilin ortalarından başlayaraq Azərbaycan öz strateji seçimini etmişdir. O, dünya birliyinə inteqrasiya edən, demokratik əsaslara sadiq olan müasir dünyəvi ölkə kimi inkişaf etməyə başlamışdır. Siyasi modernləşmə sahəsində artıq ilk addımlar iqtisadiyyatın güclənməsinə təkan vermiş, bu isə yığılıb qalmış sosial problemlərin tədricən həll edilməsinə gətirib çıxarmışdır. Hakimiyyət özü üçün müəyyən etmişdir ki, o, öz səylərini inkişafın yeni vasitələrinin axtarışına yönəltməlidir, çünki milli təhlükəsizliyin möhkəmlənməsi sahəsində uğurlar çox cəhətdən iqtisadiyyatın inkişafı, sosiumun mənəvi və intellektual vəziyyəti ilə şərtlənir.
Bir sıra dövlətlərin təcrübəsi göstərir ki, ölkədə daxili siyasi və iqtisadi sabitlik artdıqca ayrı-ayrı dəyərləri müasir şəraitə uyğunlaşdırılan keçmişin yenidən dərk edilməsinə köklənmiş cəmiyyətin gələcək inkişaf meyillərinə cavab verən dəyərlərə tələbat yaranır. 1998-ci ildə Heydər Əliyevin prezidentliyinin ikinci dövrünün başlanğıcında Azərbaycan cəmiyyəti hərc-mərclik və özbaşınalıq vəziyyətini arxada qoyaraq özündə yeni dəyərlərə meyil hiss etmiş, yeni inkişaf ideologiyası bu dəyərlərin ifadəsi olmuşdur. Yeni şəraitdə milli dövlət quruculuğu ideyalarına uyğun olan daha etibarlı dəyərlər bazasına və kollektivlik mənlik şüuruna zərurət yaranmışdır. Milli identikliyin inkişafı ilə yanaşı, cəmiyyət ölkənin rəqabət qabiliyyətini təmin edə biləcək yeni inkişaf mənbələrinə müraciət etməyə başlamış, qloballaşma proseslərinin hələ heçə endirmədiyi dəyərlər qorunub saxlanmışdır.
Bu baxımdan 2003-cü ilin prezident seçkisi dönüş anı oldu. O dövrdən başlayaraq prezident İlham Əliyev Heydər Əliyevin strateji kursunu davam etdirərək, yaradılmış sosial-iqtisadi bazaya güvənərək və zamanın çağırışlarına uyğun olaraq yeni dövləti vəzifələr həyata keçirməyə başlamışdır: sənaye cəmiyyətinin tələblərindən irəli gələn problemləri sürətlə həll etmək və postsənaye (informasiya) cəmiyyəti quruculuğuna keçmək lazım idi. Prezident bilirdi ki, qarşıya qoyulmuş məqsədə nail olmağın zəruri şərti cəmiyyət həyatının bütün sahələrini əhatə etməli olan yenilənmədir.
İlham Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan dövlətinin həyatında keyfiyyətcə yeni mərhələ başlanır. Prezident İlham Əliyev öz vəzifəsinin icrasına başlayaraq “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair tədbirlər haqqında” (noyabr 2003-cü il), “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” (fevral 2004-cü il) ilk fərmanları ilə ölkənin sosial-iqtisadi inkişafına təkan vermişdir. Deyə bilərik ki, Azərbaycanın inkişafı problemlərinin yeni, innovasiyalı dərkinə keçid prosesinə təkan verən də məhz bu fərmanlar olmuşdur. Dünyanın ən çox inkişaf etmiş dövlətləri sırasına daxil olmaq üçün cəmiyyət həyatının bütün cəhətlərinin modernləşdirilməsi prioritetə çevrilir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Əgər İran dağılarsa... - GƏLİŞMƏ
Bu gün, 21:50 |
|
|
|
• Azərbaycandan Fars körfəzinə dəmir yolu çəkiləcək - İran prezidenti razılıq verdi
Bu gün, 21:45 |
|
|
|
• Ermənistana 300 milyon avrodan artıq kredit veriləcək
Bu gün, 21:43 |
|
|
|
• "Özü kimi sadə bir də özüdür..." - FOTO
Bu gün, 21:42 |
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
|